{category-title}

Sahil Babayevin kadrı haqda ŞOK İDDİA - Gədəbəy DSMF-nın müdiri və yaxınları qoçuluq edir

 

DSMF-nın Gədəbəy rayon şöbəsinin müdiri Elsun Xudaverdiyev saxta sənədlərlə vətənaşların evlərini ələ keçirir, - bunu Gədəbəy rayon Saratovka kənd sakini Yazgül Əmiraslanova öz şikayətində bildirib.
Əmiraslanova deyir ki, Saratovka kəndində yaşayan bir rusdan ev və həyətyanı torpaq sahəsi alıb. Həmin evdə himayəsində olan yaşlı anası, epilepsiya xəstəsi olan uşaqı ilə yaşayır. Ailənin ehtiyaclı olmasına baxmayaraq həm vəzifə, həm də pul baxımından geniş imkanı olan ata-oğul Xudaverdiyevlər onun torpağını əlindən almaq istəyir. "Bunlar mənə qədər bir neçə rusun evini və torpağını müxtəlif yollarla ələ keçiriblər. İndi də mənim torpaq sahəmə öz adlarına saxta sənədlər çıxarmaqla sahiblənmək istəyirlər. Lakin həmin torpaq sahəsinə dair mənim hər cür sənədlərim var”, - Əmiraslanova vurğulayır.
Xanımın sözlərinə görə, vətəndaşların evlərini Xudaverdiyevlər saxta sənədlər düzəltmək yolu ilə ələ keçirir. " Elsun Xudaverdiyev Saratovka kəndində əvvəl icra nümayəndəsi işləyib və o zamanlar düzəltdikləri saxta sənədlərə əsasən iddia edirlər ki, guya 1996-ci ildə Torpaq İslahat Komissiyası Gədəbəydə torpaq bölgüsü aparan zaman həmin ərazini onlara verib. Halbuki, həmin ailə 2002-ci ilə kimi Gəncə şəhərində yaşayıb və orda qeydiyyatda olublar. "Bu məsələ ilə bağlı evlərinə getmişəm. Atası Cahangir Xudaverdiyevdən xahiş edirəm ki, mənim torpaq sahəmdən əl çəksinlər. Əks təqdirdə prezidentə müraciət edəcəm. Cahangir Xudaverdiyev o qədər özünə arxayındır ki, hətta mənimlə söhbətdə prezidenti təhqir edir, məni isə hədələdi”, - deyə xanım əlavə edir.

Həmin səsyazısını təqdim edirik:

Məsələ ilə bağlı DSMF-nın Gədəbəy rayon şöbəsinin müdiri Elsun Xudaverdiyev ilə əlaqə saxladıq. O, deyilənləri təkzib etdi. Atasının prezidenti təhqir etməsini inkar etdi və kənddə xeyriyyə ilə məşğul olduğunu söylədi. (Anews.az)

Son xəbərlər

Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin olunub

Bakı, Sumqayıt və Abşeronda pensiyalar sabah ödəniləcək

Gürcüstanı Azərbaycanla birləşdirəcək yeni avtomagistralın inşası üzrə tenderin müddəti uzadılıb

DYP piyadalara müraciət edib

Azərbaycan nefti 95.5 dollara satılır

Mahmud Abbas Türkiyədə səfərdədir

Kobaxidze: Azərbaycan-Gürcüstan-Türkiyə əlaqələrinin gücləndirilməsi olduqca vacibdir

İranla ABŞ atəşkəslə bağlı razılığa gəlib?

Naxçıvanda binalar belə görünəcək - Video

"Anadolu": ABŞ və İran 60 günlük atəşkəsi uzatmaq barədə razılığa gəlib

"Qarabağ"ın heyətində "Dinamo" ilə Bakıdakı görüşdə rotasiyalar gözlənilir

Sabah 37 dərəcə isti olacaq

Zelenski: Rusiya donanmasının Qara dənizdəki sonuncu dayaq məntəqəsini vurmuşuq

Naxçıvanın sosial-iqtisadi inkişafının sürətləndirilməsi üçün 258 milyon manat ayrılıb - SƏRƏNCAM

Siyəzəndə kafedə 79 yaşlı kişinin meyiti tapılıb

Rusiya Xarkov və Xerson vilayətlərinə zərbə endirib: 2 nəfər ölüb, 15 nəfər xəsarət alıb

Ötən gün 37 nəfər Almaniyadan Azərbaycana geri gətirilib

Dayı-bacıoğlu kabinetin qapısını sındırıb gizlənən şəxsi döyüblər

Nazir İsaxan Aşurovun oğluna yeni vəzifə verdi - Foto

Mossad-ın eks-rəhbəri: İranın nüvə obyektinə baş çəkmişəm

Azərbaycanda icraatda olan vergi cinayəti işlərinin sayı artıb

MÜTDA: 300 min məzunun attestatı elektron formada hazırlanıb

Husilər Bab əl-Məndəb boğazında gəmiyə hücum edib, 3 heyət üzvü ölüb

"Diario La R": Azərbaycan müxtəlif sivilizasiyaların ənənələrini özündə birləşdirir

Bütün xəbərlər