{category-title}

Masallıda vətəndaşı kimlər incidir? - GİLEY

 

Masallı rayonu Şıxlar kəndi sakini Səmədov Alı Daxil oğlu ölkə başçısı İlham Əliyevə və Ədliyyə naziri Fikrət Məmmədova müraciət edib.

A. Səmədov üzləşdiyi qanun pozuntularından, əmlakının əlindən alınmasından və məhkəmə ədalətsizliyindən şikayətlənir.

O, Arqument.Az-a deyib ki, ona məxsus 1,32 ha payıbəlli torpaq sahəsi başqası tərəfindən mənimsənilib: "1997-ci ildə torpaq islahatları zamanı mən və ailə üzvlərimə 1,32 ha torpaq sahəsi düşüb. 2000-2005-ci illərdə Rusiyada yaşamışam. Mənə və ailə üzvlərimə məxsus torpaqdan qardaşım Səmədov Rəhman istifadə edib. Özünün payıbəlli torpağı olmasına baxmayaraq, sonradan bu torpağı məndən istəyib. Mübahisəmizi Masallı Rayon Məhkəməsi araşdırıb, ekspertiza rəyi ilə onun təqdim etdiyi dövlət torpaq aktının saxtalaşdırıldığı məlum olub və mənim xeyrimə qərar çıxarıb".

Masallı sakini deyib ki, Şirvan Apelyasiya məhkəməsi onun işi ilə bağlı saxtalaşdırmış sənədləri nəzərə almayıb və ədalətsiz qərar çıxarıb: "Masallı Rayon Məhkəməsinin qərarından sonra qardaşım apelyasiya şikayəti verib. İlk məhkəmə iclasında etiraf edib ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Ərazi İdarəsində saxtalaşdırılıb. Növbəti məhkəmə prosesi zamanı hakim Müşviq Həsənov heç nə olmayıbmış kimi heç bir sübuta, dəlilə ehtiyac görmədən Masallı Məhkəməsinin qərarını ləğv edib".

A. Səmədov ölkə başçısına və Ədliyyə nazirinə də müraciət edib: "Mən ölkə başçısına müraciət edirəm: məhkəmə islahatlarını tezləşdirin, yoxsa Müşviq Həsənov kimi hakimlər mənim kimi neçə-neçə insanın evini yıxıb, torpağını əlindən alıb imkanlı, pullu birisinə verəcək. Mən Ədliyyə naziri Fikrət Məmmədova müraciət ünvanlayıram ki, məhkəmələrin belə ədalətsiz qərar çıxarmasına münasibət bildirsin". (Arqument.Az)

Son xəbərlər

Mahmud Abbas Türkiyədə səfərdədir

Kobaxidze: Azərbaycan-Gürcüstan-Türkiyə əlaqələrinin gücləndirilməsi olduqca vacibdir

İranla ABŞ atəşkəslə bağlı razılığa gəlib?

Naxçıvanda binalar belə görünəcək - Video

"Anadolu": ABŞ və İran 60 günlük atəşkəsi uzatmaq barədə razılığa gəlib

"Qarabağ"ın heyətində "Dinamo" ilə Bakıdakı görüşdə rotasiyalar gözlənilir

Sabah 37 dərəcə isti olacaq

Zelenski: Rusiya donanmasının Qara dənizdəki sonuncu dayaq məntəqəsini vurmuşuq

Naxçıvanın sosial-iqtisadi inkişafının sürətləndirilməsi üçün 258 milyon manat ayrılıb - SƏRƏNCAM

Siyəzəndə kafedə 79 yaşlı kişinin meyiti tapılıb

Rusiya Xarkov və Xerson vilayətlərinə zərbə endirib: 2 nəfər ölüb, 15 nəfər xəsarət alıb

Ötən gün 37 nəfər Almaniyadan Azərbaycana geri gətirilib

Dayı-bacıoğlu kabinetin qapısını sındırıb gizlənən şəxsi döyüblər

Nazir İsaxan Aşurovun oğluna yeni vəzifə verdi - Foto

Mossad-ın eks-rəhbəri: İranın nüvə obyektinə baş çəkmişəm

Azərbaycanda icraatda olan vergi cinayəti işlərinin sayı artıb

MÜTDA: 300 min məzunun attestatı elektron formada hazırlanıb

Husilər Bab əl-Məndəb boğazında gəmiyə hücum edib, 3 heyət üzvü ölüb

"Diario La R": Azərbaycan müxtəlif sivilizasiyaların ənənələrini özündə birləşdirir

Sabah Azərbaycanda yağış yağacaq

Balakəndə dünən baş verən zəncirvari qəzada ölənlərin sayı 4-ə çatıb

Qaluzin: Ermənistanın KTMT-dəki səsvermə hüququ noyabr sammitində nəzərdən keçirilə bilər

Ali Məhkəmə podrat müqavilələri ilə bağlı qərar qəbul edib

Babək prospektində avtomobil salonu yanıb

Bütün xəbərlər