{category-title}

Azərbaycanın pambıq sənayesi inhisarçıların nəzarətindədir - SİYAHI

 “Azərbaycanda bütün pambıq tədarükü məntəqələri və istehsalı zavodları birbaşa iri məmurların himayəsi altında olan holdinqlərə məxsusdur. Bu sahədə məmurlara bağlılığı olmayan müstəqil biznes qurumu yoxdur”. 

Reyting.az-ın məlumatına görə, bu fikri “Azərbaycan pambıqçılığı” səhifəsi paylaşıb. Bildirilib ki, pambıq sənayesi faktiki olaraq çoxlu qəbul məntəqələri və pambıq zavodları olan 3 böyük biznes qurumunun əlində cəmlənib:

1. "MKT İstehsalat Kommersiya” MMC Azərbaycanda ən böyük pambıq tədarükü və istehsalı şirkətidir. Azərbaycanın 20 rayonunda 13 pambıq qəbulu və emalı zavodu, 11 pambıq qəbulu məntəqəsi, 5 innovasiya təsərrüfatı fəaliyyət göstərir.

2. “CTS AGRO” MMC -nin tabeliyində 6 pambıq emalı zavodu, 10-dan çox pambıq tədarükü məntəqəsi var.

3. “Azərpambıq ASK” MMC isə yeni yaradılıb. 25 may 2018-ci il tarixdə “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC tərəfindən təsis olunub, pambıq istehsalı, tədarükü, emalı və emaldan alınan məhsulların (pambıq mahlıcı, texniki çiyid, pambıq yağı, köməkçi məhsullar, çiyid cecəsi və s.) satışı ilə məşğul olur.

Bu üç böyük şirkət pambığı digər fermer və ailə-kəndli təsərrüfatlarından qəbul etməklə yanaşı qabaqcadan fermerlərlə, ailə-kəndli təsərrüfatları ilə bağladıqları müqavilələr əsasında pambıq əkini ilə məşğul olurlar. 

"MKT İstehsalat Kommersiya” MMC hər il 80 min hektara yaxın sahədə, “CTS AGRO” MMC isə 20 min hekatara yaxın pambıq əkir. “Azərpambıq ASK” MMC 2019-cu ildə 15 pambıqçılıq rayonunda (Bərdə, Ağcabədi, Beyləqan və s.) 29 001 hektarda pambıq əkib.

Adıçəkilən şirkətlər yerlərdə olan kiçik pambıq istehsalı zavodlarını alıb pambıq sənayesini öz əllərində cəmləşdirməyə çalışırlar. Məsələn, 2019-cu ilin martında "MKT İstehsalat Kommersiya” MMC "Leqno-İmişli" MMC, "Leqno-Neftçala" MMC (pambıq zavodları) və "İnnovasiya Fermer Təsərrüfatı" MMC-ni (pambıq yetişdirmə şirkəti) alıb.

3 əsas şirkətdən əlavə “Aqro-Az MMC”, “P-Agro” MMC və Kənd Təsərrüfatı Nazirliyinin yerli idarələrinin təsis etdiyi MMC-lər də (Məsələn, “Yevlax kənd təsrrüfatı” MMC, “Salyan kənd təsrrüfatı” MMC və s.) pambıq tədarükü ilə məşğul olurlar.
 

Son xəbərlər

Bakının bəzi küçələrində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

“Nizami” metrostansiyası qarşısında avtobus dayanacağı ərazisi uzadılıb

Kreml: Putin və Tramp noyabrda Çində görüşə bilərlər

Azərbaycanlı jurnalistlər İsrailin şimalında druz icmasında olublar

Maqsud Adıgözəlov: "Sabah" UEFA Çempionlar Liqasının əsas mərhələsində sonadək mübarizə aparacaq

Prezident İlham Əliyev BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident əlaqələndiricisini qəbul edib

İlham Əliyev müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb

Bakıda 30, rayonlarda 32 dərəcə isti olacaq

Bakıda ustanı evin damında cərəyan vuraraq öldürüb

İlham Əliyev: Azərbaycan dünyanın mina ilə ən çox çirklənmiş ölkələrindən birinə çevrilib

Yeni tədris ili üzrə I sinfə elektron qəbul sabah başa çatacaq

Axtarışda оlan 317 nəfər sərhəddə saxlanılıb

İstisuda çimmək üçün icazə və ödəniş tələb olunmur – RƏSMİ

Putin yenə Qarabağdan danışdı

Sabah Mərdəkan qəsəbəsində qaz olmayacaq

Azərbaycan idmançılarının növbəti reytinqi açıqlanıb

İlham Əliyevin sosial media hesablarında "ŞƏT plyus" formatında görüşündəki çıxışına dair paylaşım edilib

"Formula 1" üzrə Azərbaycan Qran-prisi üçün yeni tribuna quraşdırılıb

Paşinyan: İrəvan kommunikasiya və ticarət layihələrinin icrası üçün Bakı və Ankara ilə sıx işləyir

İndiyədək Birinci və İkinci Qarabağ müharibəsində itkin düşmüş 267 nəfərin qalıqları ailələrinə təhvil verilib

Ərdoğan: Türkiyə sülh və sabitlik naminə işləməyə davam edəcək

Sabah Bakıda 28, rayonlarda 31 dərəcə isti olacaq

Kiyevdə Rusiya PUA-larının hücumundan sonra 16 mərtəbəli binada yanğın baş verib

Sahibə Qafarova Belqradda Qoşulmama Hərəkatının konfransında iştirak edir

Bütün xəbərlər