{category-title}

 

İyunun 19-da Vyanada keçirilmiş "Dinlərarası və sivilizasiyalararası əməkdaşlıqdan bəşəri həmrəyliyə" mövzusunda konfransa Mərkəzi Avropa ölkələrinin aparıcı mətbuat orqanlarının diqqət mərkəzində dayanıb.

AZƏRTAC xəbər verir ki, Avstriya, Almaniya və İsveçrənin aparıcı mətbu orqanları və internet portalları dinlərarası və mədəniyyətlərarası dialoqun təbliğinə həsr olunmuş bu mühüm tədbiri geniş işıqlandırıblar. Avstriyanın APA agentliyi, “Die Presse“ və “Der Standard” gündəlik qəzetləri, Almaniyanın “Der Tagesspiegel” və “Focus online“ portalları, www.pr-board.de, www.finanzen.net saytları, İsveçrənin www.presseportal.ch saytı Vyana beynəlxalq konfransın gedişatı, əhəmiyyəti və qəbul olunmuş Yekun Bəyannamənin mahiyyəti barədə məqalələr dərc ediblər.

Məqalələrdə konfransın Qafqaz Müsəlmanları İdarəsinin nəzdində Bakı Beynəlxalq Dinlərarası və Sivilizasiyalararası Əməkdaşlıq Mərkəzinin, KAİCİİD Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzinin, Cenevrə İnsan Hüquqları və Qlobal Dialoq Mərkəzinin və Azərbaycanın Avstriyadakı səfirliyinin birgə təşkilatçılığı ilə baş tutduğu qeyd edilib. Bildirilib ki, nüfuzlu beynəlxalq konfransda Avstriya və dünyanın 30-dan çox ölkəsindən hökumət, parlament üzvləri, beynəlxalq qurumların, qeyri-hökumət təşkilatlarının, iqtisadi dairələrin, dini konfessiyaların təmsilçiləri, eləcə də Vyanada akkreditə olunmuş səfirlik və beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər. Qafqaz Müsəlmanları İdarəsinin sədri, Bakı Beynəlxalq Dinlərarası və Sivilizasiyalararası Əməkdaşlıq Mərkəzinin baş katibi şeyxülislam Allahşükür Paşazadənin və Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun rəhbərlik etdikləri Azərbaycan nümayəndə heyətinin tərkibində hökumət və parlament təmsilçiləri, elm və din xadimləri yer alıblar.

Həmçinin qeyd edilib ki, beynəlxalq konfransın təşkili multikulturalizm modelinin təbliğinin bəşəri önəminə diqqət çəkmək, dinlərarası və sivilizasiyalararası dialoq və əməkdaşlığın inkişaf etdirilməsinin müasir dünyanı narahat edən problemlərin aradan qaldırılmasında əhəmiyyətini vurğulamaq məqsədi daşıyır. Avropanın aparıcı dövləti olan və müxtəlif mədəniyyətlərin, dinlərin təmsil olunduğu Avstriyada keçirilən beynəlxalq konfrans qlobal əhəmiyyət kəsb edən bu mövzuya dünya ictimaiyyətinin diqqətini daha da artırmaq, sülhü və əmin-amanlığı təhdid edən amillərə, xüsusilə dinlərarası ixtilaflara qarşı müxtəlif mədəniyyətlərin, sivilizasiyaların və dinlərin nümayəndələrinin birgə mövqeyini nümayiş etdirmək məramına xidmət edir. Konfransda Azərbaycan Respublikası Prezidentinin beynəlxalq konfransın iştirakçılarına müraciəti oxunub. Müraciətdə Vyana beynəlxalq konfransında aparılan müzakirələrin və verilən konstruktiv təkliflərin dünyada dinlərarası dialoqun təbliğinə, mədəniyyətlərarası harmoniyanın güclənməsinə, sülhə və qarşılıqlı anlaşmaya töhfələr verəcəyinə əminlik ifadə olunub.

Diqqətə çatdırılıb ki, tədbirdə, həmçinin BMT Baş katibinin müavinləri Migel Angel Moratinos və Rəşid Xalikov çıxış ediblər. şeyxülislam Allahşükür Paşazadə çıxışında Azərbaycanda milli və bəşəri dəyərlərə, multikulturalizm ənənələrinə böyük önəm verildiyini, müxtəlif mədəniyyətlər və dinlər arasında əməkdaşlığın dövlət səviyyəsində dəstəkləndiyini bildirib. O, Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində işğal olunmuş ərazilərimizdə tarixi, mədəni və dini abidələrin məhv edildiyini diqqətə çatdıraraq, münaqişənin beynəlxalq hüququn normaları əsasında sülh yolu ilə həllinin vacibliyini, BMT-nin məlum qətnamələrinin yerinə yetirilməsinin və ATƏT-in Minsk qrupunun öz səylərini artırmasının zəruriliyini vurğulayıb. Vyana konfransında Azərbaycanın sivilizasiyalararası və dinlərarası əməkdaşlığın inkişafında rolunu və multikulturalizm dəyərlərini əks etdirən “Bəşəri çağırış” filmi nümayiş etdirilib.

Vurğulanır ki, tədbirin sonunda beynəlxalq konfransın iştirakçıları yekun sənəd – Vyana Bəyannaməsi qəbul ediblər. Sənəddə qeyd olunur ki, müasir dünyada humanist ideyaların təşviqi və multikultural həyat tərzinin təbliği baxımından önəm kəsb edən belə forumların davamlı keçirilməsi olduqca aktual və zəruridir.

Son xəbərlər

Sabah Mərdəkan qəsəbəsində qaz olmayacaq

Azərbaycan idmançılarının növbəti reytinqi açıqlanıb

İlham Əliyevin sosial media hesablarında "ŞƏT plyus" formatında görüşündəki çıxışına dair paylaşım edilib

"Formula 1" üzrə Azərbaycan Qran-prisi üçün yeni tribuna quraşdırılıb

Paşinyan: İrəvan kommunikasiya və ticarət layihələrinin icrası üçün Bakı və Ankara ilə sıx işləyir

İndiyədək Birinci və İkinci Qarabağ müharibəsində itkin düşmüş 267 nəfərin qalıqları ailələrinə təhvil verilib

Ərdoğan: Türkiyə sülh və sabitlik naminə işləməyə davam edəcək

Sabah Bakıda 28, rayonlarda 31 dərəcə isti olacaq

Kiyevdə Rusiya PUA-larının hücumundan sonra 16 mərtəbəli binada yanğın baş verib

Sahibə Qafarova Belqradda Qoşulmama Hərəkatının konfransında iştirak edir

Ceyhun Bayramov Abbas Əraqçi ilə regional məsələləri müzakirə edib

Bişkekdə İlham Əliyevin Rəcəb Tayyib Ərdoğanla görüşü olub - YENİLƏNİB

İlham Əliyevin "ŞƏT plyus" formatında görüşdə çıxışı gözlənilir

Bişkekdə Hikmət Hacıyev Alen Simonyanla görüşüb

Rusiya "Ukrayna Dəmir Yolları"nın Kiyevdəki anbarına zərbə endirib, yeddi nəfər həlak olub

Azərbaycan–Qırğızıstan müttəfiqliyi və ŞƏT platformasında yeni imkanlar - ŞƏRH

Magistraturaya boş qalan plan yerlərinin nəticələri elan olunub

Bişkekdə Azərbaycan və İran prezidentlərinin görüşü keçirilir

Hakan Fidan: Rusiya və Ukrayna ilə "Taxıl sazişi"nə oxşar layihə üzrə danışıqlar davam edir

İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü keçirilib - YENİLƏNİB

Azərbaycan və Ermənistan liderləri sülh prosesinin irəlilədilməsi üzrə addımları davam etdirmək barədə razılaşıblar

Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Ermənistanın Baş naziri ilə görüşü keçirilib

Ukrayna Rusiyanın S-400 radiolokasiya stansiyasına və komanda-qərargah maşınına zərbə endirib

İlham Əliyevin sosial media hesablarında Bişkekdə Nikol Paşinyanla görüşünə dair paylaşım edilib

Bütün xəbərlər