{category-title}

Gənc azərbaycanlı musiqiçilər Vyanada Yeni il konsertinə dirijorluq ediblər

 

 

Avstriyada fəaliyyət göstərən "Culture Meeting Point" dərnəyinin təşkilatçılığı ilə Vyana şəhərində "Vyana Yeni İl Konserti” Beynəlxalq musiqi müsabiqəsinin qaliblərinin konsert proqramı keçirilib. Konsert beynəlxalq müsabiqələr laureatı, pianoçu, bəstəkar, dirijor bacı-qardaş musiqiçilər Abuzər və Turan Manafzadələrin dirijorluğu ilə baş tutub.

AZƏRTAC xəbər verir ki, konsertdə beynəlxalq müsabiqədə qalib gələn musiqiçilər solist kimi çıxış ediblər və onları Vyana Şəhər Simfonik Orkestri müşayiət edib. Konsertdə koreyalı pianoçu Hansol Noh, italyan violonçel ifaçısı Raffaella Kardaropoli, ispan fleytaçısı Elizabet Franç, çinli tenor Çen Xu və serbiyalı Sanya Radisiç (mezzosoprano) solist kimi çıxış ediblər.

Sonra müsabiqənin rəhbəri, azərbaycanlı musiqişünas alim Fərəh Tahirova solistlərə mükafatlarını təqdim edib. Antonin Dvorak, Pablo de Sarasate, Stanislav Prokofyev, Cüzeppe Verdi, Şarl Quno, Frans Lehar və digər bəstəkarların əsərlərinin səsləndirildiyi konsert Avstriya bəstəkarı Yohann Ştraussun “Radetski marşı” ilə başa çatıb.

Dünyanın müxtəlif ölkələrində səhnə karyeralarını davam etdirən gənc Turan və Abuzər Manafzadələr yaradıcılıq fəaliyyəti ilə yanaşı, peşəkar musiqi təhsilini də diqqət mərkəzində saxlayırlar. Azərbaycanın Əməkdar artisti Turan Manafzadə hazırda italiyalı dirijor Antonio Pirollinin sinfində dirijorluq dərsləri alır, Abuzər Manafzadə isə Vyana Musiqi və Səhnə Sənətləri Universitetində dirijorluq, Anton Brukner Universitetində isə fortepiano üzrə magistratura təhsilini davam etdirir.

Son xəbərlər

Martda ABŞ bazasını bombalayandan sonra itkin düşən üç iranlı pilotu Qətər əsir götürübmüş

İlham Zəkiyev Avropa çempionatında finala vəsiqə qazanıb

İndoneziyada ölənlərin sayı 38-ə çatdı - YENİLƏNİB

Sabah Bakıda külək, bölgələrdə şimşək və leysan olacaq - PROQNOZ

İmişlidə iki avtomobil toqquşub, ölən və xəsarət alan var

Azərbaycan XİN Lixtenşteynin Milli Gününü təbrik edib

FHN küləkli havada çimərliklərə gedən vətəndaşlara xəbərdarlıq edib

Li Çje Myon sabit Koreya yarımadasının yaradılmasına çağırıb

“28 May” və “Nizami” stansiyaları arasında qatarların hərəkəti dayandırıldı

Azərbaycan manatının dövriyyəyə buraxılmasından 34 il keçir

“Reuters”: Türkiyə Ukraynanın Qara dənizdəki zərbələrindən sonra Rusiyadan neft alışını azaldır

ƏƏSMN çağırışçıların yekun tibbi müayinəyə cəlb edilməsi məsələsinə aydınlıq gətirib

Sabah güclü külək əsəcək - XƏBƏRDARLIQ

SEPAH: ABŞ-nin "MQ-9" dronu vurulub

Baş Qərargah: Ukrayna Rusiyanın iki retranslyatorunu və beş PUA idarəetmə məntəqəsini məhv edib

Fransada yanğın törətməkdə şübhəli bilinərək həbs edilənlərin sayı 474 nəfərə çatıb

Sabah 37 dərəcə isti olacaq

Kamran Əliyev: Çin beynəlxalq platformalarda Azərbaycanın haqlı mövqeyini dəstəkləyib

Bakı, Sumqayıt, Abşeron və Naxçıvan üzrə pensiyalar ödənilib

9 illik bazadan kolleclərə qəbulun nəticələri elan olunub

Yaponiya XİN başçısı Səudiyyə Ərəbistanı və Omana səfər edəcək

Bəzi yerlərdə leysan yağış yağır, şimşək çaxır - FAKTİKİ HAVA

Gəncədə avtomobil piyadanı vuraraq öldürüb

Almaniyada meşə yanğını səbəbindən 1,8 minə yaxın sakin təxliyə edilir

Bütün xəbərlər