{category-title}

Avtovağzalda 1 manat pul, 1 qəbz, onlarla gözlədilən insan: - “Giriş niyə pullu olmalıdır?”

 

Bakı Beynəlxalq Avtovağzal Kompleksinin ərazisinə nəqliyyat vasitəsiylə girişdə haqq alınmasıyla bağlı narazılıqlar səngimir.

Kimisə qarşılamaq və yaxud yola salmaq üçün avtomobillə avtovağzala daxil olan hər kəsdən 1 manat ödəniş tələb olunur. Ödənişlə bağlı qəbz verilir .

Sosial şəbəkə istifadəçilərindən biri iradını bu şəkildə bildirib: “Avtovağzal şlaqbaumla cib soyur. Hətta dilənçilik edir. Dedim, beş dəqiqə ərzində çıxacağam, hər hansısa bir yeri zəbt etmirəm, dedilər “Yox, 0-2 saat aralığında 1 manat ödənməlidir”. Üzərimdə xırda pul yox idi, 90 qəpik uzatdım, qəbul etmədilər, 5 manatı isə özləri xırdalamadı. Mən 5 manatı xırdalayana qədər nə qədər vətəndaş məni gözləməyə məcbur qaldı”.

Məsələ ilə bağlı Cebhe.info-ya açıqlama verən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətində mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova qurumun sahibkarlıq subyektinin ərazisinə daxil olmaq üçün vəsaitin müəyyən olunmasına müdaxilə etmədiyini bildirib: “Bu məsələyə artıq dəfələrlə tərəfimizdən açıqlama verilib, buna görə də geniş açıqlamaya ehtiyac duymuruq. Hesab edirik ki, Dövlət Avtomobil Nəqliyyatı Xidməti ümumiyyətlə Bakı Beynəlxalq Avtovağzal Kompleksinin, nə də hər hansı digər sahibkarlıq subyektinin ərazisinə daxil olmaq üçün vəsaitin müəyyən olunmasına qarışır, müdaxilə etmək səlahiyyəti də yoxdur. Qurum öz daxili qaydaları əsasında bu vəsaiti müəyyən edib. Dövlət Avtomobil Nəqliyyatı Xidməti sırf həmən avtovağzal ərazisində müəyyən olunan marşrut xətləri üzərində müəyyən olunan avtobuslara nəzarəti təmin edir. Müntəzəm və qeyri-müntəzəm marşrut xətlərinin avtovağzalın ərazisindən çıxışını və avtovağzalın ərazisinə daxil olmasına nəzarəti təmin edir. Hər hansı qiymət tənzimlənməsinə müdaxilə edən qurum deyil”.

Bakı Beynəlxalq Avtovağzal Kompleksinin mətbuat xidməti rəhbəri Pərvin Məmmədova da məsələyə münasibətində vətəndaşların etirazlarını kompleksin özünə bildirə biləcəklərini deyib. Həmçinin girişin ödənişli olması qaydasına dəyişikliyin mümkün olmadığını vurğulayıb : “Biz dekabr ayından bura qədər olan bütün məlumatı vermişik. Bu, fərdi sahibkarlıq obyektidir. Avtovağzal rəhbərliyinin daxili qərarı ilə həmin ərazidə tətbiq olunan xidmətlər artıq aylar əvvəl tətbiq olunub. Bunu birdən-birə dəyişmək isə mümkün deyil. Etirazçının iradına gəldikdə isə ona normal yanaşmaq olar , çünki burada hardasa bizim əməkdaşların da günahı olub ki, o qədər insanı gözlədiblər. 10 qəpik məsələsinə gəldikdə isə, bu, tətbiq olunmuş bir qaydadır. Kimsə mağazaya gedəndə aldığı məhsula beş qəpiyi çatmadıqda onu götürə bilmir, eləcə də burada. Məsələ 10-20 qəpikdən getmir, məsələ qərarın bu cür tətbiq olunmasından gedir. Lakin onların xırda pul olmadığı üçün digər insanları o qədər gözlətməyi xoşagələn hal deyil. Bununla bağlı irad bildirən şəxs yaxınlaşıb bizə də şikayətini bildirə bilər. Bununla bağlı hadisə nə vaxt olubsa, dəqiq şəkildə bildirilsə, biz lazımi tədbiri görə bilərik”. (Cebhe.info)

Son xəbərlər

Qobustanda daha bir körpü cəmi 38 günə inşa edilib

Kanaldan meyit tapıldı

“44” bədii filminin premyerasının keçiriləcəyi tarix məlum olub

Bolqarıstan MN-in nümayəndə heyəti Azərbaycanda səfərdə olub

Qiymətləndiricilər Palatasında məhkəmə ekspertizası üzrə təlim keçirilib

Əziz Səncər "Şöhrət" ordeni ilə təltif edilib

İpoteka və Kredit Zəmanət Fonduna yeni sədr təyin edildi

Vladimir Putin Azərbaycan Prezidentinə zəng edib

Sabah Bakıda və rayonlarda yağış yağacaq - PROQNOZ

Bakıda kamandan oxatma üzrə şəhər çempionatı keçiriləcək

Saymon Stil: İqlim maliyyələşdirməsi planları konkret layihələrə çevirir

Tarixi uğurdan gələcəyə - "Sabah"ın 10 milyon manatlıq inkişaf proqramı - ŞƏRH

Azərbaycan Türkiyədən elektrik məhsullarının idxalına çəkilən xərcləri açıqlayıb

Fransanın Ermənistandakı səfiri dəyişib

Rusiya Donetskdə bir kəndi ələ keçirib

"Sabah" uşaq futbolunun inkişafına dəstək məqsədilə 10 milyon manatlıq maliyyə proqramı yaradacaq

İstanbulda oteldə yanğın: 10-dan çox yaralı var

Media: İranın Xark adasında partlayış olub

Çempionlar Liqası: "Sabah" rəqiblərini Bakı Olimpiya Stadionunda qəbul edəcək

Azərbaycan-Ermənistan normallaşma prosesi: İrəvanın sözü ilə üst-üstə düşməyən əməli - ŞƏRH

Bakı metrosunun yeni stansiyası "20 Sentyabr" adlandırılacaq

Qaqik Tsarukyanın həbs müddəti 2 ay uzadılıb

M7 ekspres marşrutu açılır - “20 Yanvar”dan “Həzi Aslanov”a qədər gedəcək

Sabah bəzi rayonlarda leysan olacaq - XƏBƏRDARLIQ

Bütün xəbərlər