{category-title}

"Binə"dəki sahibkarlar narazılıq edirlər... - GİLEY

 “Bu gün Binə Ticarət Mərkəzində bazarın sahibi Kəbirə Məmmədova bir-bir mağazaları gəzib hamıya aylıq əlavə xərc təyin edib”.

Bu sözləri saytımıza ticarət mərkəzində işləyən, adının çəkilməsini istəməyən sahibkarlar deyiblər.

Sahibkarların sözlərinə görə, Kəbirə Məmmədova mağaza sahiblərinə bildirir ki, vergi bazara girmək istəyir, ona görə aylıq 350 manat əlavə ödəniş etməlisiz.

“Bundan əvvəl də vergi adı ilə hər mağaza azı 250 manat ticarət mərkəzinin sahibinə pul ödəyib. Bu günə qədər vergi adı ilə bizdən alınan pullara görə heç bir sənəd verilməyib, nə qəbz, nə başqa bir şey. İndi də onu artırıb 600 manat edirlər, amma sahibkarların hamısı bundan narazıdır”.

Sahibkarlar bildirir ki, ticarət mərkəzində onsuz vəziyyət ürəkaçan deyil, üstəlik onların xərcləri, yükləri bazar rəhbərliyi tərəfindən müxtəlif yollarla ağırlaşdırılır.

“Ayda 1000-1500 manat icarə haqqı, üstəlik 250 manat vergiyə, indi də əlavə 350 manat yenə vergi pulu təyin ediblər. Bizim qazancımız nədir ki, olan qalanımızı da bazar sahibi Kəbirə Məmmədovaya verək?”

Sahibkarlar bildiriblər ki, ticarət mərkəzində belə qanunsuzluqlar, haqsızlıqlar davam etsə, kütləvi şəkildə Prezident Administrasiyasının qarşısına şikayətə gedəcəklər.

Məsələ ilə bağlı Binə Ticarət Mərkəzinin rəhbərliyindən münasibət öyrənməyə çalışsaq da, telefon zənglərimiz cavabsız qaldı.
abzas.org
 

Son xəbərlər

Qoxu itkisi və yuxusuzluğa diqqət: Gizli əlamət ola bilər

XTQ-nin bölmələrində inspeksiya yoxlamaları keçirilib

Naxçıvanda Ombudsman təsisatı ləğv edilib

Xameneinin nümayəndəsi: İran Hörmüz boğazını ABŞ-la müharibə bitdikdən sonra açacaq

MİDA-nın bir qrup əməkdaşı "Tərəqqi" medalı ilə təltif edilib

WUF13: Bakı qlobal şəhərsalma siyasətlərinin formalaşdığı mərkəzə çevrilir

BMT: Livan İsrailin zərbələri səbəbindən ərzaq böhranı ilə üzləşəcək

MM əməkhaqqında cinsə görə ayrı-seçkiliyin qarşısının alınması təklifini ilk oxunuşda qəbul edib

Ermənistanın vətəndaş cəmiyyətinin nümayəndələri Azərbaycana gəliblər

Bu gün Suraxanıda işıq kəsiləcək

Məleykə Abbaszadə: Son 10 ildə imtahan zallarından 6 milyondan çox insan keçib

KİV: İranda gecə partlayışlar və atışma səsləri eşidilib

Parlamentdə vacib gün: 11 məsələ bir iclasda

İsrail ordusunun Livana hücumlarında 303 nəfər ölüb

Danışıqlarda İranı onlar təmsil edəcək

İnvestorlar atəşkəsə görə 1 milyard - Pul qoydular

Ceyhun Bayramov Pakistanın ABŞ-İran atəşkəsinin əldə edilməsində rolunu yüksək qiymətləndirib - YENİLƏNİB

Paytaxtın bəzi yollarında gecə saatlarında təmir işləri aparılacaq

Vilayət Eyvazov Türkiyənin daxili işlər naziri ilə görüşüb

MM-də Azərbaycan-Türkiyə-Şimali Kipr Parlamentlərarası əlaqələr üzrə işçi qruplarının iclası keçirilir

Litvanın Baş naziri Bakıda şəhidlərin xatirəsini anıb

MSK nümayəndə heyəti Macarıstanda parlament seçkilərini müşahidə edəcək

Türkiyədə daha 14 tanınmış sima istintaqa cəlb olunub

Azərbaycan nefti 20 dollardan çox ucuzlaşıb

Bütün xəbərlər