{category-title}

İki bələdiyyədən 1-ci Vitse-prezidentə şikayət - Müraciət

 

Mayın 21-də Birinci vitse-prezident Mehriban xanım Əliyeva Kürdəxanı qəsəbəsində sakinlərlə görüşərkən xanımın diqqətinə qəsəbənin məktəbinin və yolunun təmiri, bir də kanalizasiya sisteminin çəkilməsinin vacibliyi çatdırılıb.

Mehriban xanım Əliyevanın müvafiq göstəriş və tapşırığından sonra qəsəbə məktəbinin əsaslı təmirinə başlanılıb. Kanalizasiya sistemi isə 2020-ci ildə Pirşağıda su təmizləyici qurğularının inşasının başa çatmasında sonra çəkiləcək. Bununla yanaşı, qəsəbənin yollarına asfalt çəkilir. Qəsəbədə sakinləri yerli məmurlardan narazı salan bir problem var və hələ ki, bu bir neçə gündür ki, sakinlərinə müraciətinə baxmayaraq həllini tapmır.

Qəsəbənin yollarının asfaltlanması zamanı yol yarımçıq təmir olunur. Sakinlər əməkdaşımıza bildiriblər ki, Kürdəxanı qəsəbəsinin Yeni yaşayış massivi adlanan ərazinin yolu təmir edilmir. Bu isə təbii ki, sakinlərin haqlı narazılığına səbəb olub. Məsələylə bağlı sakinlər Kürdəxanı bələdiyyəsinin sədri Pərviz Dadaşovun qəbulunda olublar. Onlar deyirlər ki, P.Dadaşov deyib ki, adı çəkilən Yeni yaşayış massivi Məmmədli bələdiyyəsinin tabeçiliyində olduğu üçün yolları təmir edilməyəcək və bununla bağlı Məmmədli bələdiyyəsinə müraciət etsinlər.

Bundan sonra sakinlər üz tutublar Məmmədli bələdiyyəsinə. Sakinlər Məmmədli bələdiyyəsinin sədri Xəyaləddin Məmmədovun qəbulunda olublar. Bələdiyyə sədri onlara cavabında bildirib ki, yolların çəkilməsi üçün onlara heç bir maliyyə yardımı ayrılmayıb və ona görə də arzunuz ürəyinizdə qalacaq. Bir sözlə iş görüləcək deyə heç bir bələdiyyə sədri ərazinin problemini öz üzərinə götürmür.

Sakinlər bildirirlər ki, övladları Kürdəxanı qəsəbəsində yerləşən məktəbə və uşaq bağçasına gedirlər. Ərazi Kürdəxanı qəsəbəsinin mərkəzində yerləşir. Yeni yaşayış massivinin sakinləri bildirirlər ki, ev tikən zaman adları çəkilən qurumlardan gəlib rüşvət tələb edirlər, amma məsələ iş görməyə gələndə hamısı özlərini geri çəkirlər. Sakinlərin sözlərinə görə qış vaxtı uşaqlarını məktəbə apararkən yollar palçıq olduğu üçün gedib-gələ bilmirlər. Bu günə kimi isə yolarını həmişə öz aralarında pul yığaraq təmir ediblər. Onlar bildirirlər ki, yarımçıq yol çəkməklə bizləri narazı salacaqlarsa, heç bu bizlərə lazım deyil. Qış aylarında Yeni yaşayış massivində yerləşən gölün də tez-tez daşması zamanı sakinlərin evini su basır. Hələ ki, bu problemləri heç bir bələdiyyə sədri həll etmək niyyətində deyil. Ona görə də sakinlər hər iki bələdiyyə sədrinin fəaliyyətindən Birinci vitse-prezidentə şikayət ediblər.

Şikayətçi olan sakinlərin ad və soyadlarını təqdim edirik:

Nadir Əhmədov, Ramiz Quliyev, Vüqar Süleymanov, Ramin Rzayev, Rəşad Rzayev, Saməddin Allahyarov, Anar Quliyev, Kirman Niftəliyev, Hicran Niftəliyev, Eynur Sadıqov, Yılmaz Mövsümov, Bəşir Zəkiyev, Yusif Məmmədov, Elşad Rzayev, Hikmət İsmayılov, Rəşad Sadıqov, Bəhruz Sadıqov, Nizami Əliyev, Ramal Gülməmmədov, Rasim Gülməmmədov, Atababa Qədirov və Ceyhun Allahverdiyev. \\moderator.az\\
İki bələdiyyədən 1-ci Vitse-prezidentə şikayət - Müraciət
İki bələdiyyədən 1-ci Vitse-prezidentə şikayət - Müraciət

Son xəbərlər

Mahmud Abbas Türkiyədə səfərdədir

Kobaxidze: Azərbaycan-Gürcüstan-Türkiyə əlaqələrinin gücləndirilməsi olduqca vacibdir

İranla ABŞ atəşkəslə bağlı razılığa gəlib?

Naxçıvanda binalar belə görünəcək - Video

"Anadolu": ABŞ və İran 60 günlük atəşkəsi uzatmaq barədə razılığa gəlib

"Qarabağ"ın heyətində "Dinamo" ilə Bakıdakı görüşdə rotasiyalar gözlənilir

Sabah 37 dərəcə isti olacaq

Zelenski: Rusiya donanmasının Qara dənizdəki sonuncu dayaq məntəqəsini vurmuşuq

Naxçıvanın sosial-iqtisadi inkişafının sürətləndirilməsi üçün 258 milyon manat ayrılıb - SƏRƏNCAM

Siyəzəndə kafedə 79 yaşlı kişinin meyiti tapılıb

Rusiya Xarkov və Xerson vilayətlərinə zərbə endirib: 2 nəfər ölüb, 15 nəfər xəsarət alıb

Ötən gün 37 nəfər Almaniyadan Azərbaycana geri gətirilib

Dayı-bacıoğlu kabinetin qapısını sındırıb gizlənən şəxsi döyüblər

Nazir İsaxan Aşurovun oğluna yeni vəzifə verdi - Foto

Mossad-ın eks-rəhbəri: İranın nüvə obyektinə baş çəkmişəm

Azərbaycanda icraatda olan vergi cinayəti işlərinin sayı artıb

MÜTDA: 300 min məzunun attestatı elektron formada hazırlanıb

Husilər Bab əl-Məndəb boğazında gəmiyə hücum edib, 3 heyət üzvü ölüb

"Diario La R": Azərbaycan müxtəlif sivilizasiyaların ənənələrini özündə birləşdirir

Sabah Azərbaycanda yağış yağacaq

Balakəndə dünən baş verən zəncirvari qəzada ölənlərin sayı 4-ə çatıb

Qaluzin: Ermənistanın KTMT-dəki səsvermə hüququ noyabr sammitində nəzərdən keçirilə bilər

Ali Məhkəmə podrat müqavilələri ilə bağlı qərar qəbul edib

Babək prospektində avtomobil salonu yanıb

Bütün xəbərlər