{category-title}

Pambıq zavodunun əlindən hava uda bilmirik - GİLEY

 “Pambıq zavodunun toz-dumanından həyətimizdə otura bilmirik. Guya pambığı torpaqdan ayırırlar. Bu zaman görünür filterlərdən istifadə etmirlər. Nəticədə həmin toz-torpağın hamısı havaya buraxılır. Ordan da bizim həyətlərimizə, evlərimizin içinə. Neçə ildir əziyyət çəkirik. Dəfələrlə icra hakimiyyətinə, zavodun özünə müraciət etmişik, xeyri olmayıb”.

İmişlinin Muğan küçəsinin sakini Münasibət Məmmədov belə deyir. Bildirir ki, həmin tozun əlindən bağları, bostanları da məhv olub. Onlar 3-4 ildir ki, bu vəziyyətdə yaşayılar.

“Lap əvvəl belə deyildi. Sonradan betər günə qaldı. Zavoddan hər dəfə söz verirlər ki, düzələcək, düzəlmir. Mən bilmirəm, bunların təmizləyici qurğuları ya işləmir, ya da işlətmək istəmirlər. Bilmirəm dərdləri nədir. Əkin-biçin, meyvə ağacı qalmayıb. Hamısı tozun-torpağın içində itib, batır”.

Sakinlər deyirlər ki, Sovet dövründə rayonda hətta illik gücü 50 min ton olan Pambıq Zavodu olub. Həmin dövrlərdə belə zir-zibili görməyiblər. İndiki kiçik bir zavoddur, ancaq tozu-dumanı özündən böyükdür:

“Tozun, torpağın əlindən yaşaya bilmirik. Son 3-4 ildir lap biabırçılıqdır. Paltar asa bilmirik. Xüsusən gecələr başlayır, səhərəcən hər yeri toza-dumana bürüyür. Nə pəncərə aça bilirik, nə də çöldə oturmaq mümkündür. Evlərimizin üstü tozla dolur. Yağış yağanda da palçıq tökülür. Ağacların üstünə bir baxın, hamısı pambıq lifləridir, inkişaf etmələri mümkün deyil. Yazıq bitkilər necə nəfəs alsınlar. Nəticədə bu boyda məhəllədə bir dənə ağac qalmayıb”, – sakinlərdən Rəsmiyyə Balakişiyeva belə deyir.

O bildirir ki, zavod rəhbərli problemin səbəbini insanlarda görür. Onların zavoda yaxın yerlərdə məskunlaşdıqlarını, günahın özlərində olduğunu deyir:

“Ancaq belə deyil. Biz bu topraqları 1957-ci ildə qəsəbə sovetinin qərarı ilə almışıq. Böyük pambıq zavodu isə 1980-ci illərdə tikilib. Hansı ki, illik gücü 50 min ton olan zavod idi. İndi bir baxın, bu kiçik pambıqtəmizləmə zavodu isə son 4-5 ildə bura köçürülüb. Bu boyda məhəllə əziyyət çəkir bu vəziyyətdən. İnanın, evdə xəstələrimiz var, havaya çıxara bilmirik. Tez-tez paltar batırırlar. Yuyub, sərə bilmirik. Hətta pəncərə də aça bilmirik. Mən 3 xəstə ilə bundan sonra hara köçüm? Evim-eşiyim, hamısı buradadır. Yəqin bu zavodu evlərə yaxın tikəndə bunları nəzərə alıblar. Zəhmət çəkib, filterləri də işə salsınlar”.

Sakinlərdən Rufanə Balakişiyeva da şikayətçidir . Deyir, gün ərzində evdə havası çatmır. Toz-duman əlindən isə çölə çıxmaq mümkün olmur:

“Paltar yuyub, sərə bilmirik. Xüsusən də ağ paltardırsa, batır. Göydən pambıq tökülür, toz da ki, yağış kimi yağır. Nəfəsim tutulur, havam çatmır. İllərdir belədir. Təmiz hava uda bilmirik. 2 körpə uşaq böyüdürəm. Evi təmizləyirəm, bir saat sonra qapqara toz olur. Güzgünün, pəncərənin önünü silməkdən bezmişəm. Uşaqları həyətə buraxa bilmirəm. Bir baxın, toyuq-cücənin tükləri də qapqaradır. İsti rayondu, yaydır, pəncərə aça bilmirik. Həyətdə oturmaq isə ümumiyyətlə, mümkün deyil”.

Bəhlul Məmmədov illərdir Muğan məhəlləsində çalışır. O, maşın təmir edir. Deyir, tozun əlindən işləmək də mümkün deyil:

“Mən burada maşın təmir edirəm, yaşamıram. Amma günüm burada keçir. Mümkün deyil, zülmdü. Ağzımı bağlayıb işləyirəm. Bir baxın, ətrafda ağac qalmayıb, hamısı pis gündədir. İnanın, torpağın-tozun əlindən oturmaq mümkün deyil”.

İmişli Rayon İcra Hakimiyyətinin yerli idarəetmə orqanları ilə iş şöbəsinin müdiri Mirzə Quliyev bildirib ki, orada elə bir problem olmamalıdır:

“Yox əgər elə bir ciddi problem varsa, biz müdaxilə edə bilərik. Zavoda məktub göndərib xahiş edərik ki, problemi aradan qaldırsınlar”.

İmişli Pambıq Zavodundan isə bildirilib ki, artıq problem öz həllini tapıb:

“Bəzi xırda problemlər var idi. İnsanların şikayətindən sonra yoluna qoyduq. Artıq hər hansı problem qalmayıb”.
 

Son xəbərlər

Bazar günü Bakıda 33 dərəcə isti olacaq

“Tasnim”: ABŞ-ın Hörmüzqan vilayətinə hücumunda 8 mülki şəxs ölüb

Bəhreyn İranın bir neçə hava zərbəsinin qarşısını aldığını bildirib

Küveytdə İranın zərbələrindən sonra elektrik stansiyası və duzsuzlaşdırma zavodu yanıb

İranın hücumlarına görə Küveyt aeroportunda bütün uçuşlar dayandırılıb

Ukrayna Tambov vilayətində logistika mərkəzini vurub, 7 nəfər ölüb

BDYPİ bütün yol hərəkəti iştirakçılarını diqqətli və məsuliyyətli olmağa çağırıb

Azərbaycan neftinin qiyməti 92 dollara yaxınlaşır

Azərbaycan və Rusiya xarici işlər nazirləri Moskvada görüş keçirirlər

Nazirlər Kabinetində 2029-cu il əhalinin siyahıyaalınmasına həsr olunan iclas keçirilib

Şənbə günü Bakıda 35, rayonlarda 38 dərəcə isti olacaq

İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

İlham Əliyev Omanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

Peter Pelleqrini Bakı haqqında: Qız qalası yaxınlığındakı küçələr xoşuma gəlir

DÇ-2026-nın final oyununu idarə edəcək hakim açıqlanıb

Çin Səfirliyi: Pekin ABŞ-dəki seçkilərə müdaxilə etməyib

Bakının bir sıra yollarında tıxac yaranıb

Bakı–Balakən-Bakı sərnişin qatarının fəaliyyəti müvəqqəti dayandırılacaq

Şabranda 53 yaşlı kişini cərəyan vuraraq öldürüb

Sabah Azərbaycanda 38 dərəcə isti olacaq

BMT: Benqal körfəzində iki qayıq batıb, 500-dən çox Rohinca qaçqını ölüb

Ermənistan hökuməti TRIPP üzrə ABŞ-la çərçivə sazişinin ratifikasiyasını təsdiqləyib

İlham Əliyev Fələstinin Baş nazirini qəbul edib

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

Bütün xəbərlər