{category-title}

DYP hara baxır: Bakıdakı nömrəsiz avtomobillər kimindir?- VİDEO

 

Respublikanın yollarında hər gün dəfələrlə dövlət qeydiyyat nişanı olmadan idarə edilən "Naz Lifan" markalı avtomobillərə rast gələ bilirik.

Qaynarinfo-nun verdiyi xəbərə görə, bu avtomobillər Qarabağ müharibəsi iştirakçılarına da verildiyindən bəziləri "müharibə veteranı" adından istifadə edib bu cür qanuna zidd əmələ yol verirlər. Bir vətəndaş olaraq Qarabağ müharibəsi iştirakçısının "Naz Lifan" yox, ən son model, ən bahalı avtomobil sürməyə layiq olduğunu düşünürük. Çünki vətən uğrunda sağlamlıqlarından, canlarından keçiblər. Ancaq bu cür nömrəsiz avtomobil sürücüləri hər hansı qəza etsə, kimisə vursa və hadisə yerindən yayınsa, onların tapılması həqiqətən müşkül məsələ olacaq. Bu hal kamera olmayan yollarda olsa, vəziyyət lap qəlizləşəcək. Ancaq nədənsə rəsmilər belə hala göz yumur.

Sosial şəbəkələrdə paylaşılan bir video isə daha çox diqqəti çəkir. Videonu paylaşan sosial şəbəkə istifadəçisinin dediyi kimi, videogörüntüyə baxanda görünür ki, sürücünün uzağı 30 yaşı olar. Qarabağ müharibəsinin baş verməsindən isə 30 ilə yaxın vaxt keçməsini nəzərə alsaq, bu sürücü haçan, harda, necə "Qarabağ veteranı" oldu? Deməli bu sürücü də əsl Qarabağ veteranlarının adından istifadə edir. Ancaq biz əminik ki, əsl Qarabağ veteranları bu addımı atmırlar. Çünki onlar nömrəsiz avtomobil idarə etmək uğrunda yox, vətən uğrunda döyüşüblər. Vətən uğrunda döyüşən hər kəsin boynumuzda haqqı var. (Qaynarinfo)

Ümid edirik ki, DYP rəhbərliyi hadisənin ciddiliyini nəzərə alıb tədbirlərə başlayacaq.

Son xəbərlər

Ukrayna ordusu üç körpünü, sursat anbarını və idarəetmə məntəqələrini vurub

KİV: İsrail və Livan arasında sülh danışıqlarının yeni raundu sabah keçiriləcək

Sabahdan bəzi rayonlarda yağış yağacaq, külək güclənəcək - XƏBƏRDARLIQ - YENİLƏNİB

Qaluzin: TRIPP-in perspektivləri birmənalı deyil

Sepah zəifləyərsə, İran güclənər - ABŞ-İslam Respublikası savaşı bitər - ŞƏRH

Kamran Əliyev İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiyanın baş direktoru ilə görüşüb

Rusiyanın Dneprə raket hücumu nəticəsində 4 nəfər ölüb

Autizmli uşaqlar Azərbaycan millisinin təlim-məşq düşərgəsini ziyarət ediblər

Azərbaycanda ərzaqlıq buğdanın dövlət tədarük qiyməti müəyyən edilib

Ərdoğan: I Türkoloji Qurultayın 100 illik yubileyinin Bakıda qeyd olunması təsadüfi deyil

Rəsmi Bakıdan İsrailə çağırış - “Bu qərar ciddi narahatlıq doğurur”

Süleyman Rüstəmin yeganə övladı vəfat etdi

Binəqədi rayonunun bəzi ərazilərinin qaz təchizatında fasilə yaranacaq

Günün qoroskopu: İnsanlar sizin enerjinizdən təsirlənəcək

London və Tehran razılığa gəldi

İsrail Livanla razılaşmadan bir gün sonra ölkənin cənubuna hücum edib

Azərbaycan dəri istehsalını 2 dəfədən çox artırıb

Bakı–Naxçıvan təyyarə reysləri ildırım səbəbindən ləğv edilib

İran XİN ABŞ-ın hava zərbələrinə reaksiya verib

Leyla Əliyeva və Arzu Əliyeva “CandyFest” yay festivalını ziyarət edib və “Sehrli mirvari” su sirki şousunu izləyiblər

Azərbaycan neftinin qiyməti 74 dollara düşüb

Ukrayna Volqoqradda "Titan-Barrikadı" zavoduna zərbə endirib

Ursula fon der Lyayen iyulun 1-də Azərbaycana səfər edəcək

Çarmıxa çəkilmiş vicdanın səsi

Bütün xəbərlər