{category-title}

ADU-da yaranan qalmaqallarla bağlı iddia - Həmkarlar Komitəsi niyə biganə qalır?

 

 

Son vaxtlar Azərbaycan Dillər Universitetində baş verən bır sıra neqotiv hallarla bağlı dövrü mətbuatda, elektron kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə yer alan müxtəlif səpkili şikayətlərdə birmənalı olaraq rektor Kamal Abdulla ittiham olunurdu. Onun bu ali təhsil ocağına rəhbərliyə gəldikdəın sonra universiteti intriqa məkanına çevrildiyi, təhsilin keyfiyyətinin günbəgün aşağı düşdüyü qeyd olunur, təhsilin keyfiyyətinin artırılmasına deyil, şəxsi maraqlarına xidmət edən addımlar atdığı bildirilirdi.Dövrü mətbuatda yazılanlar arasında universitetdə vəzifələrin satıldığı, rektorun çoxsaylı qohumlarının vəzifələrə təyin olunduğu, bəzi mütəxəssislərin sıxışdırıldığı, vəzifələrin savadsız və təcrübəsiz şəxslərə verildiyi, universitetdə qeyri-sağlam, mənəvi-əxlaqi mühitin hökm sürdüyü, işçilər arasında ayrı-seçkiliyin və digər neqativ halların olduğu xüsusilə vurğulanırdı.

Daha çox müəllim kontingentinin şikayətço olduğu universitetdə Müəllim Həmkarlar İttifaqı Komitəsinin bu olanlara laqed,yaxud da səsiz qalması bir mətbuat orqanı olaraq bizi düşündürməyə və bu yazını qələmə almağa məcbur etdi.Qetd edək ki, Azərbaycan Dillər Universiteti Həmkarlar İttifaqı Komitəsinin min yüzdən çox üzvü var. Məlum olduğu kimi Həmkarlar İttifaqı Komitəsinin səlahiyyətlərinə təkcə üzvlük haqqı yığmaq deyil,həm də müəllimlərinin hüquqlarını qorumaq,onların üzləşdikləri problemləri plenumda müzakirəyə çıxarmaq və problemin həllinə ən azından kompromis yollarla nail olmaqdır. Amma Azərbaycan Dillər Universiteti Həmkarlar İttifaqı Komitəsi son dövrlərdə yaranan bu kimi qalmaqallı məsələlərdə biganə,səsiz qalmağa üstünlük verib. Maraqlıdır,nə üçün?

Aktualinfo.org onlayn qəzetə verilən məlumatlara görə universitetin Həmkar İttifaqı Komitəsinin sədri Misgər Məmmədov özü də uzun illərdir universitetdə sözügedən vəzifəni daşımasına baxmayaraq artıq rektor Kamal Abdullanın ən yaxın adamlarından biri olub. Bu vəzifəyə təyin olunduqdan bu yana Misgər Məmmədov müəllim kontingentinin üzləşdiyi hər hansı bir qanun pozuntusunu qarşısının alınması üçün Müəllim Həmkarlar Komitəsinin sədri kimi konkret heç bir addım atmayıb.Elə son olaylarda olduğu kimi. Əksinə,üzvlük haqqlarını müxtəlif mədəni- kütləvi, maddi yardım və idman tədbirləri adı altında mənimsəməklə məşğul olub. Redaksiyamıza verilən məlumatlara görə Misgər Məmmədov bayramlarda müxtəlif tədbirlərin həyata keçirilməsi üçün vəsait ayırdığını göstərsə də, çüzi vəsaitlərlə tədbirləri yola verir. O cümlədən indiyə qədər maddi problemləri olan heç bir müəllimə maddi yardım göstərilməyib, onların müalicəsi üçün sanatoriyalara göndərişlər pulsuz olduğu halda,komitə sədri tərəfindən satılmışdır. Məlumatlara görə Universitetdə Misgər Məmmədovun kollektiv üzvlərinə qarşı bu biganə yanaşması da rektor Kamal Abdullanın tapşırığıdır. Hörmətli oxuculara xatırlatmaq istərdik ki, Kamal Abdull bir ziyalı olmaqla yanaşı,həm də ziyalı ailəsində dünyaya göz açıb. Bəs görəsən bu ali təhsil ocağında çalışan ziyalılara qarşı Kamal Abdullada antipatiya haradan qaynaqlanır?
 

Son xəbərlər

Ursula fon der Lyayen iyulun 1-də Azərbaycana səfər edəcək

Çarmıxa çəkilmiş vicdanın səsi

Venesuela Səhiyyə Nazirliyi: Zəlzələlər nəticəsində 235 nəfər ölüb, 4,3 min nəfər xəsarət alıb

ABŞ yığması DÇ-2026-da tarixi qol rekordunu yeniləyib

Mehriban Əliyeva 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib

Prezidentin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb

Azərbaycan Ordusunun yaradılmasından 108 il ötür

Bakı, Xankəndi, Şuşa və daha beş şəhərdə hərbi yürüş keçiriləcək

Lukaşenko bu yaxınlarda Zelenskinin nümayəndələri ilə görüşdüyünü bildirib

İlham Əliyev Müdafiə Nazirliyinin hərbçilərini təltif edib

“İntellektual gömrük” informasiya sistemi yaradılıb

TƏBİB regionlarda həkim çatışmazlığının həlli üçün təhlillərə başlayıb

Su polisi Hövsanda əməliyyat keçirib, külli miqdarda narkotik aşkarlanıb

İƏT Parlament İttifaqı Konfransının 20-ci sessiyası başa çatıb - YENİLƏNİB

Azərbaycan Mozambiki Müstəqillik Günü münasibətilə təbrik edib

600 bal toplayanların ən çoxu I qrupdadır

Mərdəkanda dənizdə batanlardan sonuncusunun meyiti tapılıb

Dünya bazarlarında "WTI" neftinin qiyməti 70 dollardan aşağı enib

Milli Məclis və TBMM sədrləri görüşüb, Azərbaycan-Türkiyə strateji müttəfiqliyinin önəmi vurğulanıb

Azərbaycan Qırğızıstanın beynəlxalq axtarışa verdiyi şəxsi təhvil verib

Milli Paralimpiya Komitəsində Tunis Qran-prisinin mükafatçıları ilə görüş keçirilib

İran XİN: AEBA müfəttişlərinin nüvə obyektlərinə girişi yalnız yekun razılaşma çərçivəsində müzakirə olunacaq

Neftçalada DOST filialının açılışı olub

Nazim Sadıxov: "Braziliyalı rəqibimin zəif və güclü tərəflərini təhlil etmişəm"

Bütün xəbərlər