{category-title}

Rektor- dekan davasına deputatlar da qoşuldu - Vüsalə Ağabəylinin cavabı gecikmədi

 Azərbaycan Dillər Universitetinin rektoru, yazıçı Kamal Abdulla ilə həmin ali təhsil ocağının dekanı Vüsalə Ağabəyli arasında baş verən qalmaqal, qarşılıqlı ittihamlar getdikcə böyüyür. Dünən məsələ barədə Milli Məclisin iki deputatı danışıb və rektoru müdafiə ediblər. Vüsalə Ağabəylinin cavabı da özünü çox gözlətməyib. 

Millət vəkili Qüdrət Həsənquliyev moderator.az-a açıqlamasında deyib ki, Kamal Abdulla tanınmış yazar, yaxşı inzibatçı və ziyalı alim kimi Azərbaycanda hörmət edilən şəxslərdən biridir, rektor kimi ADU-da tədrisin səviyyəsinin yüksəldilməsi istiqamətində gördüyü işlər təqdir olunmalıdır. Onun fikrincə, K. Abdulla rektor təyin olunandan sonra ADU həm qurulan beynəlxalq əlaqələri ilə, həm də keçirilən elmi və ictimai tədbirlərlə ictimaiyyətin diqqətin cəlb etməkdədir. Onun sözlərinə görə, tənqid gərək, əsaslı olsun:

"Əgər kimsə deyirsə ki, universitetin əksər məzunları ingiliscə danışa bilmir və o dediklərində haqlıdırsa, deməli, tədrisin keyfiyyətinin artırılması üçün ciddi işlər görülməlidir. Hansı ki, Kamal Abdulla da bu işlə məşğuldur. Ona görə onu tənqid edənlər kimi tənqid etdiklərinin fərqində olmalı və çalışmalıdırlar ki, qərəzli görünməsinlər. Yeniliklər hər bir sahədə müqavimətlə üzləşir. Kamal müəllim bunu bildiyindən ümid edirəm, o, bütün çətinlikləri dəf edəcək və Prezidentin ona verdiyi dəstəkdən yararlanıb ADU-nu yaxşı mütəxəssislər hazırlayan yüksək reytinqli universitetlərdən birinə çevirəcək”. 

Milli Məclisin deputatı, YAP Nəsimi rayon təşkilatının sədri Məlahət İbrahimqızı son vaxtlar Azərbaycan Dillər Universitetinin əməkdaşının işindəki nöqsanlarla bağlı YAP Nəsimi rayon təşkilatının adının hallandırılmasına münasibət bildirib.

Modern.az-ın bununla bağlı sualına millət vəkili aşağıdakı cavabı verib:

"Belə məsələlərdə jurnalistlər məncə dəqiqləşdirmə aparsalar, daha yaxşı olardı. 

Çox təəssüf ki, bəzi mətbuat səhifələrində Azərbaycan Dillər Universitetində əmək münasibətləri zəminində baş vermiş bir hadisəni yanlış və yalan məlumatla şişirtməyə çalışırlar. YAP Nəsimi rayon təşkilatının sədri kimi bildirmək istərdim ki, partiyanın Rəşid Behbudov küçəsi 134 üzrə İlk Ərazi təşkilatının Qadınlar Şurasının Vüsalə Ağabəyli adlı sədri yoxdur. Görünür o, özü özünü sədr elan edib. 

Çünki onun bu vəzifəni daşıması üçün Qadınlar Şurasının hesabat seçki yığıncağı keçirilməlidir. Bu seçkilərin keçirilməsi isə partiyanın nizamnaməsinə uyğun olaraq, bu il nəzərdə tutulub. Vüsalə Ağabəylinin çalışdığı universitetdə qarşılaşdığı əmək mübahisəsində partiyanın adının hallandırmağa çalışması görünür, onun vaxtilə "Xural” qəzetində qazandığı qərəzli təcrübədən və zərərli peşə vərdişlərindən qaynaqlanır. Universitet müəllimi kimi yaxşı olar ki, o, üzləşdiyi problemlə bağlı yalan, qarayaxma və böhtan vasitələrindən deyil, qanununun aliliyindən istifadə etsin”.

Məlahət İbrahimqızının bu ittihamlarına dekanın cavabı gecikməyib. O, BakuPost-a açıqlamasında deputatın dediklərindən təəccüblənmədiyini bildirib: "Deputat, Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatının sədri Məlahət İbrahimqızının "Partiyanın Rəşid Behbudov küçəsi 134 üzrə İlk Ərazi təşkilatının Qadınlar Şurasının Vüsalə Ağabəyli adlı sədri yoxdur” kimi iradı həqiqət olmasa da, məndə təəccüb doğurmur”.

Dekanın fikrincə, bu, oxşar düşüncəni ifadə edən digər bir iddianı xatırladır: "ADU-nun rektoru Kamal Abdullayev də Universitetdə mənim dekan seçkilərimlə bağlı guya, belə bir seçkinin əslində olmaması ilə əlaqədar sənədlərimi saxtalaşdırmağa göstəriş verib. İki il əvvəl YAP-ın ADU-dakı ilk ərazi təşkilatının sədri universitetin Tərbiyə işləri üzrə prorektor Ələddin Əliyev idi. Onun təqdimatı ilə və YAP idarə heyətinin iclasında universitetimizin YAP Qadınlar Şurasının sədri seçilmişəm. İndi hər iki şəxsə – həm Kamal Abdullayevə, həm də Məlahət İbrahimqızına sual ünvanlamaq istəyirəm. Kamal müəllim, necə olur ki, siz dekan seçilməmiş bir şəxsə xeyli müddətdir maaş ödəyir, onun bütün rəsmi sənədləri dekan kimi imzalamasına göz yumurdunuz və bunlar barədə danışmaq indi yadınıza düşüb? Məlahət xanım, nə üçün bu qədər vaxt ərzində siz Rəşid Behbudov küçəsi 134 üzrə İlk Ərazi təşkilatının Qadınlar Şurasının sədri olmamasına münasibət bildirmirdiniz? Mövcud olmadığını iddia etdiyiniz bu sədr, yəni mən – Vüsalə Ağabəyli dəfələrlə sizinlə görüşəndə, telefonla əlaqə saxlayanda niyə heç təəccüblənmirdiniz? Universitetdəki müxtəlif kafedraların müdirlərinin bir-bir çağırılaraq, fərqli üsullarla mənim əleyhimə yazmağa məcbur qoyulduqlarını bilirdim, lakin Milli Məclisin deputatı, YAP Nəsimi rayon təşkilatının sədri olan bir xanımın da bu sıraya qoşulacağını təsəvvür etməzdim. Çox maraqlıdır ki, Sərraf Hüseynovun nə vaxt və necə universitetin YAP sədri seçilməsini niyə heç birimiz xatırlamırıq? Sadəcə Kamal müəllim tərəfindən səslənən bir bəsit cümləni xatırlayıram: "Mən istəyirəm YAP-ın sədri Sərraf müəllim olsun”. Vəssalam, Məlahət xanım, "seçki” bu cür keçirilmiş, məsələ bitmişdir. Sərraf müəllim həmin gündən etibarən, heç bir elmi dərəcəsi və elmi adı olmasa da, həm YAP-ın universitet özəyinin sədri, həm də Tərbiyə işləri üzrə prorektor vəzifəsini icra etməyə başlayıb”. 

V. Ağabəyli M. İbrahimqızının onun "Xural” qəzetində çalışmasını qabartmasına da toxunub: "Məlahət İbrahimqızı illər öncə, tələbəlik dövrümdə qısa bir müddətdə "Xural” qəzetində sadəcə Mədəniyyət şöbəsində tərcüməçi-redaktor kimi fəaliyyət göstərməyimə xüsusi don geyindirməyə cəhd edir. Bir tələbə kimi mədəniyyət xəbərlərinin tərcüməçisi olmağımda hansı qəbahəti görürsünüz?”.

Qeyd edək ki, K. Abdulla Filologiya və jurnalistika fakültəsinin dekanı Vüsalə Ağabəyliyə töhmət verildiyini açıqlayıb. V. Ağabəyli isə rektoru universitetdə ayrı-seçkilik salmaqda, Elmi Şurada müəllimləri təhqir etməkdə, dostunun qızı olan və ingilis dilini bilməyən müəllimə dərs verməkdə, imtahanlarda köçürməyə şərait yaratmaqda günahlandırıb.
 \\BakuPost\\ 

Son xəbərlər

İcra başçısı işdən çıxarılan Qaradağda YENİ TƏYİNATLAR

Təhsil eksperti: Dini dünyagörüşlər arasında fərq məktəbdə ciddi ziddiyyət yarada bilər

Gəncədə fəhlələr qaynaq işi görərkən partlayış olub, xəsarət alanlar var

Fələstində parlament seçkilərinin keçiriləcəyi gün elan edilib

Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərində səfərdədir

Anar Quliyev: "Şəhərsalma və memarlıq sahəsində gənclər üçün geniş imkanlar yaradılır"

Ombudsman: Hüquqlarını bilən gənclər Azərbaycanın güclü gələcəyinin əsas dayağıdır

Nazir direktoru işdən çıxardı

Yanvar ayında 48 aptekdə yoxlama keçirilib, 7-də nöqsan aşkarlanıb

Rusiyada təyyarə qəzaya uğrayıb, ölənlər var

Parlamentdə müzakirə ediləcək əsas məsələlər açıqlandı

Azərbaycanda yaşa görə pensiya ARTIRILIR

Azərbaycanda MTK-ların “qara siyahı”sı yaradıla bilər

Hamiləliyə görə ödənişlər yeni qaydada hesablanacaq

ABŞ İrandan nə istəyir? - Xamenei AÇIQLADI

Prezident Gənclər Günü münasibətilə paylaşım edib

Məktəblərdə qış tətili başa çatdı

Əziz gənclər, bayramınız mübarək!

Dumanla əlaqədar yollarda görünüş məsafəsi məhdudlaşacaq - YENİLƏNİB

Türkiyədə keçirilən əməliyyatlarda xeyli məşhur saxlanılıb

Əraqçi: Bizə qarşı hücum olsa, cavabımız şokedici olacaq

Pakistan təhlükəsizlik qüvvələri son iki gündə 70-dən çox silahlını öldürüb

İranda internet bərpa olundu

Sabah Bakıda hava yağmursuz keçəcək, duman olacaq, külək əsəcək

Bütün xəbərlər