{category-title}

Ceyhun Bayramov bu məktəbə nəzər salmasa... - İDDİA

 Sosial şəbəkələrdə, saytlarda müəllimin şagirdi döyməsi haqqında videolar paylaşılanda böyük rezonans doğurur və şübhəsiz ki, müəllimlər qınanır. Təbii ki, heç bir halda müəllimin şagirdini vurmaqla cəzalandırması doğru deyil. Şagirdin də borcu nizam-intizam qaydalarına riayət etməkdir. Lakin bəzi müəllimlər belə qeyd edirlər ki, şagirdlər bu vəziyyətdən sui-istifadə edirlər…

Mövzu ilə bağlı təhsil eksperti Əjər Ağayev açıqlama verib: “Əgər hər hansı bir məktəbdə tələb olunan nizam-intizam varsa, orada müəllimin səsini qaldırmasına ehtiyac yoxdur. Məktəblərimizdə nizam-intizam qaydaları birmənalı şəkildə gözlənilmir. Bəzi müəllimlər öz nüfuzlarını qorumurlar. Ailələrlə məktəblərarası tərbiyələndirmə işləri də həmahəng aparılmır. Təkcə müəllimlərdən asılı olduğunu demirəm, elə şagird var ki, müəllimlə kobud davranır, heç müəllimi saymır. Bütün bunları aradan qaldırmaq üçün ölkədə nizam-intizam mühiti olmalıdır. Hər bir məktəbdə, məktəb direktorundan başlayaraq, orada adi müəllimlərə, xidmətçilərə qədər hər biri məktəbin daxili nizam-intizam qaydalarını gözləməlidir. Həmçinin müəllimlər də bilməlidirlər ki, şagirdlərə qayğı ilə yanaşmalıdırlar. Hər bir məktəb şagirdi qəbul edəndə sinif rəhbəri tərəfindən qəbul olunmalıdır; onlar sıra ilə siniflərə keçməlidir və hər bir uşağın xırdaca hərəkəti müzakirə olunmalıdır. Müəllim böyükdür, öyrədəndir. Ona hörmət, ehtiram mütləqdir. Təbii ki, müəllim özünü o səviyyədə aparmalıdır ki, ehtiramı qazansın. Hansısa şagirdin müəllimə qarşı etirmasızlığı meydana gəlirsə, orada yaxşı şeydən danışmaq olmaz. Ümümiyyətlə, məktəbdə intizam qaydalarını yüksəltməyə ehtiyac var. Lazım gələrsə, kadrları dəyişdirmək – direktoru, dərs-hissə müdirini yeni kadrlarla əvəzləmək lazımdır. Müasir yanaşmaları bilən kadrlarla işləmək lazımdır. Birinci və əsas şərt budur”.

Azerinfo.az-a verilən məlumata görə Bərdədə yerləşən 8 saylı məktəbdə şagirdlər nəinki müəllimləri, heç direktor Qənbər Agayevi saymırlar. Məktəbin ərazisində yeniyetmələrin hər gün davaları düşür, azyaşlılar arasında belə kriminallaşma gedir. Onlardan hətta bu yaxında polisə düşəni olub. Direktorun isə vecinə deyil.

Bu həmin Qənbər Ağayevdir ki, bir müddət əvvəl , dərs sezonunun qaynar çağında Türkiyəyə istirahətə gedib oradan fotoların paylaşmışdı.
Bu haqda yazan sayt bildirirdi ki, Bərdənin 8 saylı məktəb direktoru Qənbər Ağayev tədris vaxtı Türkiyədən istirahət şəkillərini feybukda paylaşıb
Direktor dəniz kənarında yerləşən restoranların birində oturub və süfrə arxasında fotolar çəkdirib. Q.Ağayev yaydığı şəkillərlə bağlı istirahət vaxtı şərhini yazıb.

Məktəb direktorunun bu paylaşımı sosial şəbəkələrdə maraqla qarşılanıb. Q.Ağayevin dərs vaxtı istirahətə getməsi alqışlanıb. Bildirilib ki, buna hünər lazımdır.

Hansısa məktəb direktorunun dərs vaxtı Türkiyədə istirahətə getməsi və fotolarını feysbukda yayması üçün gərək şir ürəyi yeyəsən. Çünki nazirlikdən məktəbə yoxlama gələ bilər, direktor yerində olmadığı halda cəza verilə bilər.
Ola bilsin Q.Ağayevin fikrincə, Bərdə təhsil şöbəsi və təhsil naziri Ceyhun Bayramov məsələdən xəbər tutmayacaq. Odur ki, ilin-günün bu vaxtı dincəlir.

Hələ bu da ayrı sual doğurur ki, məktəb direktorunun aldığı maaş Türkiyədə istirahətə necə çatır. 8 saylı məktəbdə hansı əlavə gəlir var ki, kurort pulu çıxarasan?!
Məlumat əldə etmişik ki, Bərdədə digər məktəblərin direktorları işinin başındadır. Təhsil şöbəsi də fəaliyyət göstərir. Q.Ağayev isə həmkarlarına göz dağı verir: baxın, siz işləyirsiz, mən dincəlirəm…
Azerinfo.az

Son xəbərlər

Azərbaycanda bir sıra elektron reyestrlə bağlı informasiya sisteminin əsasnaməsi təsdiqlənib

AMB ölkədə kredit kartlarının sayının azalmasını şərh edib

Ziyabəddin Hüseynov Elektronlaşdırma və Nəzarət Mərkəzinə direktor təyin olundu

Taleh Kazımov: "Bankların xidmət tariflərinə müdaxilə etmirik"

Mais Məmmədov: Zamanın fövqündə duran lider: Heydər Əliyevin dövlətçilik fəlsəfəsi və Azərbaycanın sarsılmaz yüksəliş yolu

Cevdet Yılmaz: Ermənistanda Türkiyə bayrağının yandırılması narahatlıq doğurur

Sabah 23 dərəcə isti gözlənilir

Məcnun Məmmədov: "Azərbaycanda müasir suvarma sistemlərinin əhatə dairəsi 300 min hektara çatdırılacaq"

İslam İnkişaf Bankı Qrupunun sədri Qarabağa səfər edəcək

WUF13-ün proqramı açıqlanıb

Baş Prokurorluqdan Onkologiya Mərkəzindəki hadisə ilə bağlı - Müraciət

Bu günün valyuta məzənnələri

Krıma PUA hücumu zamanı beş nəfər ölüb

Ukraynanın Tuapsedəki obyektlərə zərbələri nəticəsində dəyən zərərin məbləği açıqlanıb

Sumqayıt Dövlət Universitetinə rektor təyin olundu

Sumqayıtda avtomobil yolu çöküb

Bahar Muradova Xızıda vətəndaş qəbulu keçirəcək

Sumqayıtda evdə yanğın olub, ana və qızı tüstüdən zəhərlənib

Ermənistan Fransa ilə strateji tərəfdaşlıq haqqında bəyannamə imzalayıb

MEDİA onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edib

Bakı metrosundan apreldə 20 milyondan çox sərnişin istifadə edib

Qazaxıstanda zavodda partlayış nəticəsində iki nəfər ölüb

Bakı, Sumqayıt və Abşeronda pensiyaların ayın 14-də ödənilməsi nəzərdə tutulur

Azərbaycanda ən populyar mobil cihazlar - SİYAHI

Bütün xəbərlər