{category-title}

Əmək və Əhalini Sosial Müdafiə Nazirliyindən şikayətə baxan yoxdur - GİLEY

 

“Şamaxı və Göygöldə əlillərə qarşı hüquq pozuntuları baş verir. İnsanlar qış aylarında istilik sistemi ilə təmin edilmir. Şamaxı və Göygöl 8 saylı pansionatının müdiriyyət müraciətlərin heç birini nəzərə almır”.

Bunu Cebhe.info-ya açıqlamasında şikayətçi Əhməd Rəhmanov bildirib. Ə.Rəhmanov onun məsələ ilə bağlı kömək etməyinə şərait yaradılmadığını da vurğulayıb.

Cebhe.info Əhməd Rəhmanov şikayətini olduğu kimi təqdim edir:

“Şamaxıda olan pansionatdan zəng gəldi ki, bizdə vəziyyət ağırdır, yəni qış olmağına baxmayaraq, istilik sistemi yoxdur və 10 nəfərlik otaqlar tok peçi vasitəsilə qızdırılır, isti su yoxdur, tok peçində su qızdırıb onunla çimirik. Bu barədə mən Əmək və Əhalini Sosial Müdafiə Nazirliyində Vüqar Behbudovla birbaşa əlaqə saxladım və problemi dedim. Vuqar bəy problemi iki günə həll edəcəyini bildirdi və bir gün sonra şamaxıdan zəng gəldi ki, hər şey qaydaya salınıb. Bu hadisədən on gün keçməmiş ona oxşar bir müraciət mənə Göygöl 8 saylı pansionatdan gəldi, psixonevroloji pansionatdır. Sonra yenidən Əmək və Əhalini Sosial Müdafiə Nazirliyinə zəng vurdum və məsələyə aydınlıq gətirilməsini xahiş elədim.

Mən xanımla sonra təkrar əlaqə saxlamaq istədim və mənə bildirildi ki, xanımın vəziyyəti ağırdı, telefona gələ bilmir, səbəb isə mənim ehtimalıma görə xanımın mənlə olan danışığı idi. Çünki xanım danışıqda bildirir ki, bizdə müdiriyyət vəsaiti mənimsəyir. Onlarla əlaqə saxladıqda Könül xanımın mənlə danışacaq vəziyyətdə olmadığını və məni tanımadığını bildirdilər. Mənim Əmək və Əhalini Sosial Müdafiə Nazirliyinə müraciətimin üstündən 1 saat keçdikdən sonra həmin pansionatdan zəng gəldi ki, gəlib Könüllə danışa bilərsiz. Amma Könülün dili söz tutmurdu. Mən onun müraciətini, əlimdə hansı bilgilər var idisə, hamısını prokurorluq orqanlarına yönləndirdim. Bu hadisə 19 fevralda baş verib. Hadisədən sonra Göygöl prokurorluğundan Rəşad adlı nümayəndə araştırma apardıqlarını bildirdi. SMN-dən Fazil Talıblı bu işlə məşğul olduqlarını bildirdi. Amma mən hələ də rəsmi cavab ala bilməmişəm. 

İkinci bir məsələ Şamaxıda və Göygöldə olan əlillərin bir qrupu mart ayında Bakının Buzovna qəsəbəsindəki pansionata köçürüldülər. Mən oradakı insanlardan Olqa adlı birilə də əlaqə saxladım. Bu insan da pensiyanı ala bilməməsindən şikayətləndi. Bu şəxsin kartı əlində ola-ola onun kartına pul vurulmur. Mən həmin xanıma nümayəndəlik təklif etdim və kömək edəcəyimi bildirdim.

Sadəcə bu xanım ərizəyə qol çəkməli və rəhbərlik isə bunu təsdiqləməli idi. Lakin rəhbərlik sənədə möhür vurmur. Bunu isə xanımın dövlət təminatında olması və pansianat rəhbərliyini xanımın qəyyumu olması ilə izah edirlər. Mənə belə bir məlumat çatdırıblar ki, bu xanımın adına ikinci kart açılıb və pul oradan çəkilir. Bununla bağlı isə Nicat adlı biri ilə görüşmüşəm və o bunu təsdiqləyib. Bu günə qədər pansionat rəhbərliyi mənə imkan vermir ki, mən o şəxslərdən biri nümayəndə kimi məni götürsün və mən onların sənədlərini araşdırım”.
 

Son xəbərlər

Rusiyada ballistik raketlər üzrə tədqiqat aparan institutda yanğın olub

Pezeşkian: İran Qəzza üzrə danışıqlarda HƏMAS-ın mövqeyini dəstəkləyəcək

Naxçıvan, Ordubad və Culfanın yeni icra başçıları kollektivlərə təqdim ediliblər

Sabah güclü külək əsəcək - XƏBƏRDARLIQ

Sosial şəbəkələrdə yaş məhdudiyyəti tələbinin pozulmasına görə cərimələr müəyyənləşib

“Qızıl top”a əsas namizədlər bəlli olub

Azərbaycanda yaş məhdudiyyəti tətbiq edilən sosial şəbəkə platformalarının siyahısı hazırlanacaq

Sabah Bakıda yağış yağacaq, güclü külək əsəcək

Özəl bağçaların hansı qaydada maliyyələşəcəyi məlum olub

Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi sədrinə müavin təyin olunub

Tramp İranla Hörmüz razılaşması üzrə danışıqların yaxşı getdiyini bildirib

Zaqatalada selin qarşısını almaq üçün dağ çaylarına ağır texnika cəlb edilib

UEFA Çempionlar Liqası: "Sabah" Danimarkada "Orhus"la qarşılaşacaq

Bakı və Sumqayıtda dəmir yolları çəpərlənəcək - YENİ QAYDALAR

İraq neftini daşıyan tankerlər Hörmüz boğazından keçməyə başlayıb

Rusiyada Ermənistandan idxal olunan daha 70 min butulka içkinin satışı dayandırılıb

ABŞ İrana qarşı əməliyyatlarda yerüstü raket arsenalının böyük hissəsini sərf edib

Sabahdan Samux, Şəmkir və Qazaxın bəzi ərazilərində qaz olmayacaq

Culfaya yeni icra başçısı təyin edilib

Sabah 39 dərəcə isti olacaq

Ordubadın icra başçısı vəzifəsindən azad edilib, yenisi təyin olunub

Naxçıvan Şəhər İcra Hakimiyyətinə başçı təyin olunub

Şahbuzda zəlzələ olub

UEFA Çempionlar Liqası: "Sabah"ı Danimarkada 70-ə yaxın azarkeş dəstəkləyəcək

Bütün xəbərlər