{category-title}
Paşinyan Qarabağda bunt qaldıracaq - “ƏGƏR KİMSƏ ƏKS-İNQİLABA CƏHD ETSƏ...”
Əgər bəziləri Qarabağı əksinqilab ocağına çevirsə xalq oranı inqilab ocağına çevirəcək.
Virtualaz.org erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan Facebook səhifəsində bildirib.
“Mətbuatda tez-tez yazırlar ki, bəzi qüvvələr Qarabağı əksinqilab ocağına çevirmək istəyir. Qarabağa son səfərim haqda təəsüratları bölüşmək istəyirəm: əgər bəziləri Qarabağı əksinqilab ocağına çevirməyə cəhd edərsə xalq oranı inqilab ocağına çevirəcək”-o yazıb.
Xatırladaq ki, mayın 8-də Paşinyan keçirdiyi uzun-uzadı mətbuat konfransında Qarabağın işğalına başçılıq edənləri-Ermənistanda 20 il hakimiyyətdə olan “Qarabağ klanını” kəskin tənqid edib. Onları anbardan taxıl oğurlayan siçovullar adlandırıb və bildirib ki, belələrinin Qarabağ məsələsini həll etmək haqqı yoxdur. Çünki orduda əsgərlər alt paltarı tapmayanda onlar özləri və ailələri milyonçulara çevrilmişdi.