{category-title}

Azərbaycanda dörd bank bağlana bilər... - ADLAR

 

Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 6-nın ötənilki gəlirləri əvvəlki ilə nisbətən az olub. 

Bunlar "Yapı Kredi Bank Azərbaycan", İran Milli Bankının Bakı filialı, "AFB Bank", "Atabank", "Azər-Türk Bank" və Pakistan Milli Bankının Bakı filialıdır. Ən çox azalma Pakistan Milli Bankının Bakı filialında (55,8%), ən az azalma isə "Yapı Kredi Bank Azərbaycan"da (4,5%) qeydə alınıb. Bu ilin yanvar-mart aylarında Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 5-nin gəlirləri 30 milyon manatdan çox olub. Qalan 25 bankdan 11-də gəlirlər 10-25 milyon manat arasında, 12 bankda 1-10 milyon manat arasında, 2 bankda isə 1 milyon manatdan azdır. 

Dia.az xəbər verir ki, bank məsələləri üzrə ekspert, hüquqşünas Əkrəm Həsənov Cebhe.info-ya bildirib ki, gəlirləri azalan banklardan yalnız üçü xarici bankdır. O, bu bankların bəzilərinin vaxtı keçmiş kreditlərinin həcminin çox olduğunu, bəzilərinin də idarəetmə problemlərinin olduğunu deyib: 

""Azər-Türk Bank” dövlət bankıdır və onun əvvəlki sahibləri türk vətəndaşları idi. Bu gün Azərbaycan dövlətinə iki bank mənsubdur - "Beynəlxalq Bank” və "Azər-Türk Bank". "Yapı Kredi Bank Azərbaycan", "İran Milli Bank”ı və "Pakistan Milli Bank”ı xarici banklardır. Qeyd edim ki, həm "İran Milli Bank”ı, həm də "Pakistan Milli Bank”ı çox kiçik banklardır, onların bazarda böyük fəallığı yoxdur. Xüsusən də hazırda bank sistemində olan böhran səbəbindən bu bankların gəlirinin azalması gözlənilən idi. "Yapı Kredi Bank Azərbaycan"ın problemli kreditlərinin həcmi çoxdur. Bu bankın idarəetməsində, hüquqi təminatında problemlər var. Ümumiyyətlə, Azərbaycanda dövlət bankları normal fəaliyyət göstərə bilmirlər. Bu, həm "Beynəlxalq Banka”, həm də "Azər-Türk Bank"a aiddir. Bu bankların idarəetməsi məmurcasına həyat keçirilir. Məmurlar da onlara idarəetməyə verilmiş müəssisələri "dövlət malı dənizdir” məsəlində olduğu kimi idarə edirlər.

Sadəcə, bir neçə il əvvəl dövlət "Beynəlxalq Bank”a yardım etdi, "Azər-Türk Bank"a isə etmədi. Buna görə də "Azər-Türk Bank"ın vəziyyəti belə gözə çarpır. Böyük ehtimalla "AFB Bank"ın da gəlirlərinin azalması problemli kreditlərin həcminin çox olması ilə bağlıdır. "Atabank"ın isə ciddi idarəetmə problemləri var. Bu gün "Atabank” faktiki olaraq ölüm-dirim mübarizəsi verir. Bu bankın qalıb-qalmayacağı böyük sual altındadır”. 

Sadalanan bankların bağlanma ehtimalın gəlincə, Əkrəm Həsənov qeyd edib ki, "Azər-Türk Bank"ın və "Yapı Kredi Bank Azərbaycan"ın bağlanma ehtimalı yoxdur: "Hər bir halda "Azər-Türk Bank"ın arxasında dövlət var. 

"Yapı Kredi Bank”nın da arxasında Türkiyədəki iri bank dayanır. Amma digər dörd bankda bu ehtimalı istisna etmək olmaz. Məlumdur ki, İran bank sistemi "SWIFT” sistemindən kənarlaşdırılıb və bu banklar xarici bank əməliyyatlarını aparmaqda çətinlik çəkirlər. Amma qeyd edim ki, ABŞ Prezidenti Barak Obamanın hakimiyyəti illərində "altılıq" ölkələrinin nüməyəndələri və İran arasında nüvə proqramı üzrə bağlanmış sazişdən əvvəl də İrana qarşı sanksiyalar vardı. O zamanda da İran bankları "SWIFT” sistemindən təcrid edilmişdi. Amma həmin dövrdə də "İran Milli Bank”ı Azərbaycanda fəaliyyət göstərirdi. Ümumiyyətlə, İran sanksiyalara və məhdudiyyətlərə böyük dözüm göstərən bir dövlətdir və öhdəsindən gəlir. Bu da onunla bağlıdır ki, İranın minilliklərlə davam edən dövlətçilik ənənələri var. Buna görə də heç bir sanksiya onların öhdəsindən hələ ki, gəlmir”. 

Son xəbərlər

İsraildə İranla müharibə başlayandan bəri 1 619 nəfər xəsarət alıb

Prezident İlham Əliyev Moldova xarici işlər nazirini qəbul edib

KİV: BƏƏ İranın aktivlərinin dondurulması imkanlarını araşdırır

Estoniya İranın hücumları fonunda Azərbaycanı dəstəkləyib

Rəsmi Ankara İranın Naxçıvana dron hücumu barədə: Bölgədə müharibənin yayılma riskini artırır

İlham Əliyev: Azərbaycan dövləti İranda yaşayan bir çox azərbaycanlılar üçün ümid yeridir

İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib

Universitet və kolleclərə sənəd qəbulunun vaxtı uzadılıb

İranın Naxçıvana dron hücumu ilə bağlı hadisələrin gedişatı - Ümumiləşdirmə

Rəsmi Bakı: Azərbaycan tərəfi müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır

İran dronlarından biri Naxçıvandakı məktəbin yaxınlığına düşərək partlayıb

İran Naxçıvan aeroportuna dron hücumu edib

Energetika naziri Ağsuda vətəndaşları qəbul edəcək

İrəvan-Bakı münasibətlərində ictimai əhvali-ruhiyyənin dəyişdirilməsi prioritet olaraq qalır

Bülbülədə məsciddə yatan şəxsi öldürənə hökm oxunub

Azərbaycan Yüksək Liqası: XVI turun növbəti oyunları keçiriləcək

Sabah Lökbatan qəsəbəsində su kəsiləcək

"Intelligence Online": MKİ İran rəhbərliyinə qarşı əməliyyatı 2025-ci ildən hazırlayıb

Beynəlxalq axtarışda olan şəxs Monteneqrodan Azərbaycana ekstradisiya edilib

Den Keyn: ABŞ İran ərazisinin dərinliklərinə doğru əməliyyatları genişləndirəcək

Media nümayəndələri Qazaxın tarixi və idman infrastrukturu ilə tanış olublar

Ərdoğanın müşaviri zərərsizləşdirilən raket haqqında: Türkiyə təhlükəsizlik tədbirlərini qətiyyətlə davam etdirir

İsrail ordusu İranın qərbini, ABŞ isə cənubunu hədəfə alır – əməliyyatın detalları

Prezident Dövlət Şəhərsalma və Arxitektura Komitəsi əməkdaşlarını təltif edib

Bütün xəbərlər