{category-title}

"Ziraat Bank Azərbaycan" BAĞLANA BİLƏR... - Müştərilər pullarını geri çəkir

 "Ziraat Bank" (Azərbaycan)ın cəmi aktivləri, cəmi öhdəlik və depozit portfeli azalıb.
"Kommersant.az" bankın hesabatına əsasən xəbər verir ki, 2019-cu ilin 1-ci rübündə "Ziraat Bank" (Azərbaycan)ın cəmi aktivləri 2 mln. 818 min manat azalaraq 219 mln. 739 min manata düşüb. Bankın cəmi öhdəlikləri isə 2018-ci ilin 1-ci rübü ilə müqayisədə 3 mln. 782 min manat azalaraq 150 mln. 924 min manat olub. Bankın cəmi kapitalında cuzi artım olub. Belə ki, 2018-ci ilin analoji dövrü ilə müqayisədə bankın cəmi kapitalı 964 min manat artaraq 68 mln. 814 min manata çatıb.

DEPOZİT PORTFELİ AZALIB

"Ziraat Bank" (Azərbaycan)ın depozit portfelində ciddi azalma olub. Belə ki, 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə bankda müştərilərin depozitləri 15 mln. manatdan çox azalaraq 74 mln. manata düşüb. Bu isə bankın öhdəliklərinin əsas azalma səbəbidir. Bankın müştərilərə verdiyi kreditdə artım olub. 2018-ci ilin 1-ci rübü ilə müqayisədə bank müştərilərə 32 mln. 746 min manat kredit verərək kredit portfelini 112 mln. 160 min manata çatdırıb.

ƏMƏLİYYAT GƏLİRİ AZALIB

Bank 2019-cu ilin 1-ci rübündə 2 mln. 912 min manat xalis faiz gəlirinə, 692 min manat qeyri-faiz gəlirinə və 1 mln. 695 min manat qeyri-faiz xərcinə sahib olub. Nəticədə bankın 1 mln. 910 min manat əməliyyat gəliri olub. Bu isə 2018-ci ilin analoji dövrü ilə müqayisədə 54 min manat azdır. Bankın xalis mənfəəti 733 min manat azalaraq 959 min manata düşüb.

MƏCMU KAPİTALI CUZİ ARTIB

"Zİraat Bank" (Azərbaycan)ın məcmu kapitalı 2018-ci iln 1-ci rübü ilə müqayisədə 733 min manat artaraq 64 mln. 945 min manata çatıb. Bankda məcmu kapitalın adekvatlıq əmsalı 25.8%, 1-ci dərəcəli kapitalın adekvatlıq əmsalı isə 24.7% təşkil edib.
 

Son xəbərlər

Meteor yağışı olacaq - Bu tarixdə

WUF13-ün təşkili ilə əlaqədar yaradılmış Təşkilat Komitəsinin iclası keçirilib

Müayinə və texniki xidmət tələblərinə riayət olunmasının monitorinqi qaydası təsdiq edilib

Azərbaycanda növbəti üç gündə yağıntı intensivləşəcək - XƏBƏRDARLIQ

Monqolustanın Baş prokuroru Milli Aviasiya Akademiyasında olub

Özbəkistan Silahlı Qüvvələrinin nümayəndə heyəti Azərbaycana gəlib

Paşinyan: Ermənistan Ukrayna məsələsində Rusiya ilə müttəfiq deyil

Pezeşkianın Makronla telefon danışığının detalları açıqlanıb

Naxçıvanda kompleks mülki müdafiə təlimi keçirilib

Bakı metrosunun iş rejimində dəyişiklik ediləcək

Balakən kanat yolunun inşasına başlanılıb

Rusiyanın bir sıra regionları PUA hücumuna məruz qalıb, 13 nəfər yaralanıb

Bakının Rəşid Behbudov küçəsində təmir işləri aparılacaq

UEFA Konfrans Liqasında finalçılar müəyyənləşir

Politico: Trampın sərt ritorikası İranla bağlı razılaşmanı çətinləşdirə bilər

Azərbaycanda bir sıra elektron reyestrlə bağlı informasiya sisteminin əsasnaməsi təsdiqlənib

AMB ölkədə kredit kartlarının sayının azalmasını şərh edib

Ziyabəddin Hüseynov Elektronlaşdırma və Nəzarət Mərkəzinə direktor təyin olundu

Taleh Kazımov: "Bankların xidmət tariflərinə müdaxilə etmirik"

Mais Məmmədov: Zamanın fövqündə duran lider: Heydər Əliyevin dövlətçilik fəlsəfəsi və Azərbaycanın sarsılmaz yüksəliş yolu

Cevdet Yılmaz: Ermənistanda Türkiyə bayrağının yandırılması narahatlıq doğurur

Sabah 23 dərəcə isti gözlənilir

Məcnun Məmmədov: "Azərbaycanda müasir suvarma sistemlərinin əhatə dairəsi 300 min hektara çatdırılacaq"

İslam İnkişaf Bankı Qrupunun sədri Qarabağa səfər edəcək

Bütün xəbərlər