{category-title}

Sehrli çubuğunuz var, cənab Mehdiyev? - QALMAQAL

 NUH.az saytı Dövlət Gömrük Komitəsinin sahibkarlara, iş adamlarına ixrac əməliyyatı zamanı yaratdığı əsassız əngəllərlə, qanusuz əməllərlə bağlı konkret şikayət əsasında “DGK rəhbərliyi hazır məhsulu NİYƏ külçə kimi sənədləşdirir”, “Səfər Mehdiyev səfərdən nə vaxt qayıdacaq?” başlıqlı məqalələr dərc edib.

Qısa məlumat üçün qeyd edək ki, 3 ildir Gəncə şəhərində fəaliyyət göstərən, əlvan metalların istehsalı, emalı və ixracı ilə məşğul olan Salehoğlu LTD MMC şirkətinin ekspertiza üzrə mütəxəssisi Məmmədov Bayram Camal oğlu NUH.az saytına bildirmişdi ki, DGK rəhbərliyi ixrac olunan məhsulların laborator müayinəsini bilərəkdən 3-4 gün kecikdirir və sahibkarlar hər bir konteyner üçün hər gün 150 dollar cərimə ödəməyə məcbur olur.

Bundan əlavə Bayram Məmmədov müxbirimizə bildirmişdi ki, DGK rəhbərliyi sahibkarları məcbur edir ki, ixrac etdikləri hazır məhsulu xammal-külçə kimi sənədləşdirsinlər:”Bizi məcbur edirlər ki, latun və mis çubuqları hazır məhsul kimi deyil, məhz külçə kimi sənədlışdirək. Axı, biz neçə ildir böyük vəsait sərf edib avadanlıqlar almışıq, istehsal sahəsi yaratmışıq, əsasən Qarabağ veteranlarından ibarət olan 25 nəfər işçiyə maaş veririk, ayda 12-13 min manat qaz sərfinə, 5 min manat işıq sərfinə, ildə 20 min manat sosial müdafiə fonduna, 80-100 min manat vergiyə pul ödəyirik. Bu boyda xərclərdən sonra biz istehsal etdiyimiz hazır məhsulu niyə külçə kimi sənədləşdirməliyik?

Axı, Nazirlər Kabinetinin hazır məhsul və külçə ixracı ilə bağlı qərarı var. DGK rəhbərliyi NK-nın qərarını ayaq altına atır. Bircə sadə hesabla DGK-nın sahibkarın başına açdığı oyuna nəzər salaq. Nazirlər Kabinetinin qərarı ilə 1 ton latun, mis külçənin ixrası üçün dövlətə 320 dollar rüsum ödənməlidir. Deməli bizim şirkət 24 ton külçə üçün 24 x 320 = 7680 dollar rüsum ödəməlidir. Əslində bizim şirkət hazır məhsula görə NK-nın qərarına uyğun olaraq 1356 manat rüsum ödəməliyik. 7680 dollar hara, 1356 manat hara ? Fərqi gördünüz”.

Bayram Məmmədov dəfələrlə DGK-ya müraciət etsə də ona könkret cavab verən olmayıb. Daha doğrusu, komitədə daxili telefonla əlaqə saxladığı vəzifəli şəxs ona bildirib ki, biz sizə sübut edəcəyik ki, sizinki hazır nəhsul deyil, külçədir.

Redaksiyamızla əlaqə saxlayan Bayram Məmmədov onu bildirib ki, məsələ ilə bağlı DGK-nın Mərkəzi Gömrük Ekspertizası İdarəsinin rəis, gömrük xidməti polkovniki Təyyar İbrahimovla və idarənin Texnoloji və Mexaniki avadanlıqların ekspertizasl şöbəsinin müdiri İsgəndər Abbasovla görüşmüşük.

Təyyar İbrahimov şirkətin nümayəndəsinə bildirib ki, DGK-nın labarator avadanlığı sıradan çıxıb, ona görə də məhsulunuza rəy verə bilmirik, bir neçə gün gözləməli olacaqsınız.

Şirkət nümayəndəsinin “Bəs bizə dəyən zərəri kim ödəyəcək” sualna isə idarə rəisi “Əlbəttə, özünüz ödəyəcəksiniz” cavabını verib.

Şirkət nümayəndəsinin “ Bizə ya hazır məhsul, ya da külçə kodu verin” tələbinə isə şöbə müdiri İsgəndər Abbasovun cavabı maraqlı olub: “ Komitə sədri Səfər Mehdiyev xaricdə səfərdədir. Biz kod verə bilmərik, qoy sədr gəlsin qərarını versin”.

Şirkətin nümayəndəsi NUH.az-a bildirib ki, hazırda gecikməyə görə, konteyner üçün 600 dollar cərimə verməliyk, Səfər müəllim gələnə kimi cərimə 2000 dollara çatacaq.

Bayram Məmmədov müxbirimizə onu da bildirib ki, Ekspertiza İdarəsinin mütəxəssisləri öz vəzifələrini müstəqil icra edə bilmir, yuxarının qərarını gözləyir, bu isə sahibkarlara ciddi problem yaradır».

Məsələ ilə bağlı Ekspertiza İdarəsinin rəisi ilə ( +994 12 440-14-06 ) dəfələrlə əlaqə saxlamaq cəhdimiz alınmayıb.

DGK ilə bağlı yazılar dərc olunandan sonra komitə rəsmi açıqlama yayıb.

Açıqlamadan sonra şikayətçi Bayram Məmmədov redaksiyamıza zəng edərək bildirib ki, komitə bu açıqlama ilə ictimaiyyəti aldadır: “ Çünki rəsmi açıqlamada nümayiş etdirilən kustar məhsulun şəkillərinin-FOTO-ların bizə əsla aidiyyəti yoxdur, yəni şəkillər-FOTO-lar saxtadır. Biz istehsal etdiyimiz hazır məhsulun şəkilini-FOTO-sunu ictimaiyyətə təqdim edirik.

Ilk şəkil "Salehoğlu"nun, 2 və 3-cü şəkillər isə DGK-nın ictimaiyyətə təqdim etdiyi saxta fotolardır.

Qoy cəmiyyət görsün ki, komitənin açıqlaması ictimaiyyəti çaşdırmaq və ölkə rəhbərliyini aldatmaqdır. Digər tərəfdən bizim konteyner gömrük eksperti tərəfdən plomblanıb, onu bizim iştirakımız olmadan kim açıb, şəkilni çəkib ? Axı, konteynerin möhürü yerindədirsə, şəkili necə çəkiblər? Ən əsası neçə gündür DGK-nın Ekspertiza İdarəsi bizə bildirir ki, avadanlığımız sıradan çıxıb məhsulu laborator analiz edə bilmirik. Bəs avadanlıq sıradan çıxıbsa, bizim məhsulu necə müayinə ediblər? Məhsulumuzun külçə, yoxsa çubuq olduğunu DGK hansı sehrli çubuqla müəyyən edib ? Suallar çoxdur. Qoy DGK nümayəndələri gəlib bizim istehsal sahəsinə baxsınlar və görsünlər ki, biz xammal-külçə deyil, hazır məhsul ixrac edirik”.

Bayram Məmmədov müxbirimizə onu bildirib ki, DGK-nın əməkdaşı Əzizağa Hüseynov zəng edərək, ona hədə-qorxu gəlib, məhkəmə ilə hədələyir.

Cənab sədr! İkinci dəfədir ki, sədri olduğunuz qurum şəxsən mənim rəhbərlik etdiyim NUH.az saytı ilə bağlı aşağılayıcı tərzdə açıqlama yayır, bizi ədalətsizlikdə, mədəniyyətsizlikdə ittiham edir.

Biz kütləvi informasiya vasitəsi olaraq Sizin nəzərinizə çatdırırıq ki, cənab Prezidentimiz dəfələrlə mediadan kömək istəyib, neqativ halların, qanunsuz əməllərin işıqlandırmasını vacib hesab edib.

Belə olan halda konkret şikayət əsasında yazdığımız yazıları DGK nə üçün qaralama, ittiham hesab edir?

DGK-nın açıqlamasında qeyd olunur: “Ölkənin STRATEJİ dövlət qurumuna qarşı qaralama kampaniyasının əsas predmetinə çevrilən “hazır məhsul”un həqiqətən hazır məhsul və ya xammal olduğuna isə aşağıdakı FOTOLAR-a baxaraq qiymət vermək olar".

Cənab komitə sədri! Rəsmi açıqlamanızda qeyd olunan FOTO məsələsinə yuxarıda münasibət bildirildi. Yəni FOTO-lar saxtadır.

Cənab Səfər Mehdiyev! Yazırsınız ki, guya biz ölkənin STRATEJİ qurumu olan DGK-ya və Sizə qarşı qaralama kampaniyası aparırıq.

Cənab sədr! Uzun illər cəza orqanına çevrilən, bandit əməllərlə məşğul olan, sahibkarlara, biznesmenlərə işgəncə verən Milli Təhlükəsizlik Nazirliyi DGK-dan daha ciddi və strateji qurum idi. Sonu nə oldu ? Deməli, STRATEJİ qurum ifadəsinin arxasında gizlənmək lazım deyil.

İkincisi, cənab Mehdiyev siz uzun illər DGK-nın rəhbərlərindən biri, hətta komitə sədrinin 1-ci müavini olmusunuz.

Sizin uzun illər rəhbər olduğunuz DGK-nın əməlləri ilə bağlı Milli Məclisin üzvü, tanınmış iqtisadçı Vahid Əhmədov parlamentdə bəyan etdi ki, DGK son illərdə 20 milyard manatı mənimsəyib, kimlər mənimsəyib, bu artıq hüquq-mühafizə orqanlarının işidir, onlar aydınlaşdırmalıdır.

Bəli, cənab Mehdiyev, bu sözləri hansısa radikal müxalifətçi, Avropadakı mühacir demir. Siz də həmin dövrdə DGK-nın rəhbərlərindəb biri olmusunuz və buna görə, məsuliyyət daşımalısınız. Siz necə islahat apara bilərsiniz, cənab Mehdiyev ? Siz bu boyda məsuliyyətdən yayına bilmisinizsə, deməli həqiqətən də sehrli çubuğunuz var və bağlı-möhürlü konteynerdəki məhsulun külçə, yoxsa çubuq olduğunu müəyyən edə bilərsiniz.

Cənab sədr! Bir daha bəyan edirik ki, bir media qurumu olaraq nə DGK-nı, nə də Sizi qaralamaq niyyətimiz və məqsədmiz var. Buna əmin ola bilərsiniz. Sadəcə, ölkə başçısı möhtərəm İlham Əliyev cənablarının buyurduğu kimi xalqa və cəmiyyətə qulluq edin.
 

Son xəbərlər

Türkiyə ordusu İraqda PKK-nın 6 üzvünü öldürüb

Leyla Əliyeva Keniya Prezidenti ilə görüşüb

Bələdiyyə seçkilərində qeydə alınan namizədlərin sayı açıqlanıb

Sadır Japarov Avropa Parlamentini Qırğızıstanın işlərinə qarışmamağa çağırıb

Polkovnik-leytenantın 14 yaşlı qızı Türkiyədə vəfat etdi

Kazan hava limanında uçuşlar müvəqqəti dayandırılıb

İki gün ərzində vətəndaşların bank kartlarından 149 min manata yaxın pul oğurlanıb

Yol polisi sürücülərə çağırış etdi

Azərbaycanda aktyor vəfat edib

BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti İlham Əliyevi təbrik edib

Makronun sözləri müxalifəti qəzəbləndirdi

Sabahdan Azərbaycanda qış fəsli BAŞLAYACAQ

Belarus və Türkmənistan prezidentləri İlham Əliyevi təbrik edib

Din Tao: Çin azərbaycanlı turistlərin ölkəyə girişini sadələşdirməyə çalışır

Sabah arabir yağış yağacaq - Şənbə gününün HAVASI

Tovuzda 71 nəfərin tüstüdən zəhərləndiyi məktəbdə tədris prosesi bərpa olunub

Qarabağa avtobus reyslərinə yanvar ayı üçün biletlər satışa çıxarılır

Müəllimlərə xüsusi güzəşt kartları veriləcək - Tarix AÇIQLANDI

"Mən ruhən Ak Partiyadan ayrılmamışam" - Davutoğludan ŞOK AÇIQLAMA

Parlament bu gün əsgərliklə bağlı qanunu müzakirə edəcək - GÜNDƏLİK

Çad Fransa qoşunlarının yanvarın 31-dək ərazisindən çıxarılmasını tələb edir

Azərbaycanda yeni Mərkəz yaradıldı

“Gömrük orqanlarında xidmət haqqında” Əsasnamə dəyişdi

“Juninyo dedi ki, “Sevilya”dan təklif aldıqdan sonra yata bilmirdim” - Qurban Qurbanov

Bütün xəbərlər