{category-title}

“İrşad Electronics” dələduzluqda ittiham edilir - Alıcıya 2849 AZN-ə köhnə telefon satılıb

 “İrşad Electronics” mağazalar şəbəkəsində Bakı sakininə qarşı dələduzluq edilib.

AzNews.az xəbər verir ki, bu barədə Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov məlumat verib. O bildirib ki, 20 yanvar küçəsi ev 70, mənzil 12 ünvanında yaşayan Çələbiyev Tofiq Fuad oğlu quruma məktub ünvanlayıb və onlardan yardım istəyib.

Şikayətçi məktubunda qeyd edib ki, 24.04.2019-cu il tarixində Bakı şəhəri Nəsimi ray. H.Əliyev, 2 mkr 3224-cü ünvanında yerləşən “İrşad Electronics” mağazasından “İphone XS Max Space Gray 256 gb” markalı telefon almaq üçün müraciət edib:

“Satıcıya bu telefonun 2 sim kartlı (dual) versiyasını istədiyimi bildirdim. O, mənim istəyimə uyğun belə təzə telefon olduğunu bildirdi və öz dediyinə görə açılmamış qutuda telefonu mənə təqdim etdi. Çox tələsdiyim üçün kartla 2849 AZN ödəyib telefonu aldım. Bundan əlavə 20 AZN ödəyib yerindəcə telefona qoruyucu üzlük çəkdirdim. Satıcıya inandığım və tələsdiyim üçün telefonun heç bir funksiyasını yoxlamadım.Telefonun funksiyalarını yoxlamaq üçün işə salanda gördüm ki, telefon yalnız 1 sim kartı dəstəkləyir. Məlum oldu ki, satıcı məni aldadıb, telefon mənim tələbatımı ödəmir, çünki 1 sim kartlı telefon özümdə var. Gec olduğundan məcbur olub 25.04.2019 tarixdə telefonu götürüb mağazaya getdim, telefonun dəyişdirilməsini xahiş etdim. Satıcı səhv etdiyini etiraf etdi və telefonumun dəyişdiriləcəyini bildirdi. Lakin şərt qoydu ki, mütləq telefona rəy vermək üçün texniki servisə aparılmalıdır. Dərhal Xocalı pr. ev 42 (Xətai m.s yanı) ünvanında yerləşən servisə getdim.Telefonu servisə təqdim etdim. Mühəndis əlində müxtəlif üsullarla telefona baxdıqdan sonra telefonda karkasın aşağısında çox çətinliklə görünən rəng qopuğu olduğunu bildirdi. O, telefonu dəyişməsinin mümkünsüz olduğunu deyərək bu barədə rəsmi texniki rəy verdi. Mən telefonda qətiyyən istifadə etmədiyimi və qoruduğumu bildirsəm də o, nöqtə ölçülü rəng qopuğunu əsas gətirdi. Qərara gəldim ki, rəng qopuğunu satıcı və ya servis edib, ya da telefon mənə satılmazdan öncə aktiv edilib. 26.04.2019 tarixində imei24.com saytına daxil olaraq telefonun seriya nömrəsi vasitəsi ilə 23.04.2019 tarixində aktiv edildiyini müəyyən etdim. Mənə təzə adı ilə satılmış telefon öncədən aktiv edilmişdir və mənim istehlakçı hüququm pozulmuş, məni aldatmışlar”.

Şikayətçi Azad İstehlakşılar Birliyindən onun hüququnun qorunmasını xahiş edir: “Telefon ya tələbatımı ödəyən təzə telefonla dəyişdirilsin ya da ödədiyim 2849 azn geri qaytarılsın. Bu barədə dövlət orqanlarına məlumat verilsin. Lazım gələrsə, telefon dövlət orqanları vasitəsi ilə ekspertizaya göndərilsin”.
 

Son xəbərlər

Bakının bəzi küçələrində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

“Nizami” metrostansiyası qarşısında avtobus dayanacağı ərazisi uzadılıb

Kreml: Putin və Tramp noyabrda Çində görüşə bilərlər

Azərbaycanlı jurnalistlər İsrailin şimalında druz icmasında olublar

Maqsud Adıgözəlov: "Sabah" UEFA Çempionlar Liqasının əsas mərhələsində sonadək mübarizə aparacaq

Prezident İlham Əliyev BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident əlaqələndiricisini qəbul edib

İlham Əliyev müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb

Bakıda 30, rayonlarda 32 dərəcə isti olacaq

Bakıda ustanı evin damında cərəyan vuraraq öldürüb

İlham Əliyev: Azərbaycan dünyanın mina ilə ən çox çirklənmiş ölkələrindən birinə çevrilib

Yeni tədris ili üzrə I sinfə elektron qəbul sabah başa çatacaq

Axtarışda оlan 317 nəfər sərhəddə saxlanılıb

İstisuda çimmək üçün icazə və ödəniş tələb olunmur – RƏSMİ

Putin yenə Qarabağdan danışdı

Sabah Mərdəkan qəsəbəsində qaz olmayacaq

Azərbaycan idmançılarının növbəti reytinqi açıqlanıb

İlham Əliyevin sosial media hesablarında "ŞƏT plyus" formatında görüşündəki çıxışına dair paylaşım edilib

"Formula 1" üzrə Azərbaycan Qran-prisi üçün yeni tribuna quraşdırılıb

Paşinyan: İrəvan kommunikasiya və ticarət layihələrinin icrası üçün Bakı və Ankara ilə sıx işləyir

İndiyədək Birinci və İkinci Qarabağ müharibəsində itkin düşmüş 267 nəfərin qalıqları ailələrinə təhvil verilib

Ərdoğan: Türkiyə sülh və sabitlik naminə işləməyə davam edəcək

Sabah Bakıda 28, rayonlarda 31 dərəcə isti olacaq

Kiyevdə Rusiya PUA-larının hücumundan sonra 16 mərtəbəli binada yanğın baş verib

Sahibə Qafarova Belqradda Qoşulmama Hərəkatının konfransında iştirak edir

Bütün xəbərlər