{category-title}

İranla Azərbaycan birgə investisiya fondu yaradacaqlar

 

İran ilə Azərbaycan sığorta sahəsində əməkdaşlıq əlaqələrini genişləndirəcək və birgə investisiya fondu yaradacaqlar.

AZƏRTAC xəbər verir ki, bu sözləri İranın iqtisadi işlər və maliyyə naziri Fərhad Dejpəsənd deyib. Nazir bildirib ki, bu gün İran ilə Azərbaycanın münasibətləri yüksələn xətlə inkişaf edir. Hər iki ölkənin iqtisadi potensialı daha geniş əlaqələrin qurulması üçün imkan yaradır.

O diqqətə çatdırıb ki, sığorta sahəsində əməkdaşlıq əlaqələrinin qurulması vətəndaşların və şirkətlərin iş qurmaq istəklərinə köməklik göstərəcək. Şirkətlər qarşılıqlı investisiya yatırarkən əmin olacaqlar. Onların əmlakı və maliyyə vəsaitlərinə dövlətlər zəmanət verəcək. Bu isə qarşılıqlı sərmayə yatırılmasını artıracaq.

F.Dejpəsənd nəqliyyat sahəsində əməkdaşlığın davam etdiyini vurğulayıb. Qeyd edib ki, Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin əsas komponenti olan Qəzvin-Rəşt-Astara(İran)-Astara(Azərbaycan) dəmir yolunun çəkilişi davam edir. Bu yolun Qəzvin-Rəşt hissəsi istismara buraxılıb. Rəşt-Astara hissəsində isə işlər davam edir.

Onun sözlərinə görə, qarşıdakı 2 ildə Rəşt-Astara yolunun tikintisi başa çatacaq və İran ilə Azərbaycanın dəmir yolları sistemləri birləşəcək. Bu dəmir yolunun istifadəyə verilməsi hər iki ölkənin qeyri-neft sektorunun inkişafına əsaslı təkan verəcək.

İranlı nazir onu da bildirib ki, dövlətlər arasında birgə beynəlxalq investisiya fondunun yaradılması məsələsi də müzakirə edilir.

Son xəbərlər

Bərdədə avtomobil evə çırpılıb, 3 nəfər xəsarət alıb - FOTO

Ağ Ev: Hazırda İranla danışıqlar aparılmır

Balıq ovunda qadağan olunmuş alətlərin siyahısı müəyyənləşdiriləcək

"Sabah" futbol klubuna 5 milyon manat ayrılıb - SƏRƏNCAM

“Qarabağ”ın oyununa görə metronun iş rejimi dəyişəcək

“Gənclik”də avtobusların dayanacaq yeri müvəqqəti dəyişdirilib

Moldovanın hava sahəsində 5 dron müşahidə olunub

Təhsil Tələbə Krediti Fondu ali məktəblərə qəbul olunanlara müraciət edib

İlham Əliyev Maya Sanduya: Əməkdaşlığımızı bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik

Ali Məhkəmə podrat müqavilələri üzrə məhkəmə təcrübəsinə aydınlıq gətirib

DİN sosial şəbəkələrdə saxta xidmətlərlə bağlı vətəndaşlara xəbərdarlıq edib

AVRO-2026: Bu gün Milli Gimnastika Arenasında C qrupunun daha iki oyunu keçiriləcək

BİZİM TƏQVİM:27 avqustda baş vermiş tarixi hadisələr

Tramp: MKİ rəhbərinin Rusiyaya səfəri qismən rutin xarakterlidir

Birinci vitse-prezident Mehriban Əliyeva Elmi-Tədqiqat Pediatriya İnstitutunu ziyarət edib

Ziroat Mirziyoyeva: Mehriban Əliyevanın fəaliyyəti bütün dünyada dərin hörmət qazanıb

Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

Sabahdan Bakıda və rayonlarda külək güclənəcək

10-cu sinif şagirdləri üçün elektron yerdəyişmə başlanılır

Bakıda 10 ünvanda minib-düşmə yerləri və taksi duracaqları təşkil olunub

Daşkənddə İslam dünyasının mədəni irsi və İslama dair stereotiplərlə mübarizə müzakirə edilib

Azərbaycanın kişi boksçulardan ibarət millisi Gürcüstanda təlim-məşq toplanışı keçəcək

Prezident İlham Əliyev "Sabah"ı təbrik edib

Kəmaləddin Heydərov Kəlbəcərdə vətəndaşları qəbul edəcək

Bütün xəbərlər