{category-title}

Sifarişlə adam öldürüb yandıran şəxslər tutulub - Bakıda

 

Polis və prokuroroluq orqanlarının əməkdaşları tərəfindən yüksək peşəkarlıqla həyata keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış və istintaq hərəkətləri tədbirləri nəticəsində paytaxtın Nizami rayonu ərazisində törədilmiş ağır cinayətin üstü açılıb.

Daxili İşlər Nazirliyi Mətbuat xidmətindən Azadinform-a verilən məlumata görə, aprelin 17-də səhər saatlarında rayonunun Azər Manafov küçəsi ev15/21 ünvanında yanğın hadisəsi baş verməsi barədə Nizami Rayon Polis İdarəsi 25-ci Polis Şöbəsinə məlumat daxil olub. Hadisə yerinə baxış zamanı mənzilin sahibi və həmin ünvanda tək yaşayan 1946-cı il təvəllüdlü Validəİbrahimovanın yanmış meyiti aşkar olunub. Daha sonra meyit daxili və xarici müayinədən keçirilməsi üçün məhkəmə tibbi ekspertizasına göndərilib. Ekspertiza zamanı müəyyən edilib ki, həmin şəxs yanğından əvvəl boğularaq qətlə yetirilib.

DİN Baş Cinayət Axtarış İdarəsi, Bakı şəhər BPİ Cinayət Axtarış İdarəsi və Nizami RPİ 25-ci Polis Şöbəsi əməkdaşlarının “isti” izlərlə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində baş vermiş hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ziya Dadaşov və Füzuli rayon sakini Amil Piriyev saxlanılıblar. Onlar ifadələrində hadisə günü “Leyla” kimi tanıdıqları şəxsin sifarişi iləV.İbrahimovanın mənzilinə tamah məqsədi ilə daxil olduqlarını, onu qətlə yetirəndən sonra isə izi itirmək məqsədi ilə mənzili və meyiti yandırdıqlarının bildiriblər. Hadisədən sonra həmin şəxslər V.İbrahimovanın qızıl-zinət əşyalarını, mobil telefonunu və 120 manatını ələ keçiriblər.

Qeyd edək ki, Z.Dadaşov və A.Piriyev saxlanılan zaman qızıllar onlardan aşkar olunaraq maddi sübut kimi götürülüb.

Polislər tərəfindən keçirilmiş əlavə əməliyyat tədbirləri nəticəsində qeyd edilən cinayətin sifarişçisi Z.Dadaşov və A.Piriyevin “Leyla” kimi tanıdıqları paytaxt sakini əvvəllər məhkum olunmuş Həmidə Nəsibova da saxlanılaraq istintaqa təqdim edilib. O, ifadəsində Z.Dadaşov və A.Piriyevlə tanışı V.İbrahimovanı qətləyetirtmək üçün əvvəlcədən razılığa gəldiyini etiraf edib.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə Nizami Rayon Prokurorluğunda cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.

 

Son xəbərlər

Ukrayna ordusu üç körpünü, sursat anbarını və idarəetmə məntəqələrini vurub

KİV: İsrail və Livan arasında sülh danışıqlarının yeni raundu sabah keçiriləcək

Sabahdan bəzi rayonlarda yağış yağacaq, külək güclənəcək - XƏBƏRDARLIQ - YENİLƏNİB

Qaluzin: TRIPP-in perspektivləri birmənalı deyil

Sepah zəifləyərsə, İran güclənər - ABŞ-İslam Respublikası savaşı bitər - ŞƏRH

Kamran Əliyev İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiyanın baş direktoru ilə görüşüb

Rusiyanın Dneprə raket hücumu nəticəsində 4 nəfər ölüb

Autizmli uşaqlar Azərbaycan millisinin təlim-məşq düşərgəsini ziyarət ediblər

Azərbaycanda ərzaqlıq buğdanın dövlət tədarük qiyməti müəyyən edilib

Ərdoğan: I Türkoloji Qurultayın 100 illik yubileyinin Bakıda qeyd olunması təsadüfi deyil

Rəsmi Bakıdan İsrailə çağırış - “Bu qərar ciddi narahatlıq doğurur”

Süleyman Rüstəmin yeganə övladı vəfat etdi

Binəqədi rayonunun bəzi ərazilərinin qaz təchizatında fasilə yaranacaq

Günün qoroskopu: İnsanlar sizin enerjinizdən təsirlənəcək

London və Tehran razılığa gəldi

İsrail Livanla razılaşmadan bir gün sonra ölkənin cənubuna hücum edib

Azərbaycan dəri istehsalını 2 dəfədən çox artırıb

Bakı–Naxçıvan təyyarə reysləri ildırım səbəbindən ləğv edilib

İran XİN ABŞ-ın hava zərbələrinə reaksiya verib

Leyla Əliyeva və Arzu Əliyeva “CandyFest” yay festivalını ziyarət edib və “Sehrli mirvari” su sirki şousunu izləyiblər

Azərbaycan neftinin qiyməti 74 dollara düşüb

Ukrayna Volqoqradda "Titan-Barrikadı" zavoduna zərbə endirib

Ursula fon der Lyayen iyulun 1-də Azərbaycana səfər edəcək

Çarmıxa çəkilmiş vicdanın səsi

Bütün xəbərlər