{category-title}

"Direktor dərhal həbs olunmalıdır, Təhsil naziri isə..." - Hafiz Hacıyevdən AĞIR İTTİHAM

 

"Son vaxtlar ölkə mediasını zəbt edən 162 nömrəli məktəbdə baş vermiş 8-ci sinif şagirdi Elina Hacıyevanın intihar hadisəsi gündəmi zəbt edib. Bu da onun göstəricisidir ki, bu gün Azərbaycan təhsilini batırıblar. Təhsilin çox bərbad vəziyyətdə olmasının bariz nümunəsidir".

Bu sözləri Sonxeber.az-a 14 yaşlı Elina Hacıyevanın intiharı ilə bağlı fikirlərini bildirərkən Müasir Musavat Partiyasının sədri Hafiz Hacıyev söyləyib.

Hafiz Hacıyev təhsil sistemində işləyən şəxslərin əksəriyyətinin müasir tələblərə cavab verməyədiyini qeyd edib:

"Təhsildə rüşvətxorluq, dostbazlıq, qohumbazlıq baş alıb gedir. O, qızın ölümündə məktəb direktoru günahkardır. Səbail İcra başçısının birinci müavini Xalidə Bayramova da çox böyük səhlənkarlıq edib. Bu cür insanlar Azərbaycan dövlətinə baş qaxıncıdır. Düşünürəm ki, bunların hamısı ölkə prezidentinə xəyanət edənlər və ölkədə qarışıqlıq yaratmaq istəyənlərdir".

Partiya sədri Təhsil nazirini istefa verməyə çağırıb:

"Baş vermiş hadisədən sonra Təhsil naziri dərhal istefa verməlidir. Direktor isə, təkcə işdən azad olunmaqla deyil, dərhal həbs olunmalıdır. Qız uşağına elə zülm verilməməli idi, psixoloji cəhətdən o hala salınmamalı idi. Bu gün məktəblərdə narkotik vasitələr baş alıb gedir. Şagirdlər narkotik vasitədən, müxtəlif alkoqol içkilərdən istifadə edirlər. Sonucda da bu kimi dəhşətli hadisələr baş verir. Bəs, məktəbə narkotik vasitələr kimlər tərəfindən ötürülür? Direktorlar hara baxır? Təhsil naziri bir araşdırma eləsin".

H.Hacıyev Elinanın intiharından sonra yayılan görüntülərlə bağlı məsələyə də toxunub:

"Azyaşlı qızın görüntülərini yayanlar, bunu düşünülmüş şəkildə edirlər. Bu hadisəni daha da qabardıb, şişirtmək istəyirlər. Eyni zamanda cəmiyyətə psixoloji təsir edirlər".

Qeyd edək ki, aprelin 4-də 162 nömrəli məktəbin 8-ci sinif şagirdi Elina Hacıyeva intihar edib. 14 yaşlı qızın intiharı ilə bağlı müzakirələr səngimək bilmir. Hətta prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva da Prezident İlham Əliyev Elina Hacıyevanın intihar etməsi ilə bağlı bütün dövlət qurumlarına xüsusi tapşırıqlar verib.

Son xəbərlər

ABŞ-nin hücumları zamanı ölən İran hərbçilərinin sayı artdı

Bakıda keçiriləcək "Alufar IRONMAN 70.3" triatlon yarışı çərçivəsində tədbirlərə start verilib

AFFA 4 klubu cərimələdi

Putinin mühafizəsi GÜCLƏNDİRİLİB

LMAC rəsmisi: Livanın cənubundakı münaqişə minatəmizləmə əməliyyatlarına da təsir göstərib

Ceyhun Bayramov ATƏT PA prezidenti ilə Azərbaycan-Ermənistan sülh gündəliyini müzakirə edib

Valideyn-dövlət-özəl əməkdaşlığı əsasında seçilən özəl bağçaların siyahısı açıqlanıb

Bakıda 30, rayonlarda 33 dərəcə isti olacaq

Əhməd Davudoğlu barəsində prezidenti təhqir ittihamı ilə istintaq başladılıb

Azərbaycan Premyer Liqasında IV turun təyinatları açıqlanıb

Nepal təbii fəlakətdən sonra 20 min evi yenidən inşa edəcək

Milli Məclisin deputatları Özbəkistanda beynəlxalq konfransa qatılacaqlar

Azərbaycan neftinin qiyməti 100 dolları keçib

"Sabah"ın UEFA Çempionlar Liqasındakı rəqibi "Vikinq" 3 futbolçu ilə müqavilə bağlayıb

Bu gün Bakı, Xırdalan, Ağdaş və Yevlaxın bir sıra ərazilərində işıq olmayacaq

Bakının bəzi küçələrində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

“Nizami” metrostansiyası qarşısında avtobus dayanacağı ərazisi uzadılıb

Kreml: Putin və Tramp noyabrda Çində görüşə bilərlər

Azərbaycanlı jurnalistlər İsrailin şimalında druz icmasında olublar

Maqsud Adıgözəlov: "Sabah" UEFA Çempionlar Liqasının əsas mərhələsində sonadək mübarizə aparacaq

Prezident İlham Əliyev BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident əlaqələndiricisini qəbul edib

İlham Əliyev müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb

Bakıda 30, rayonlarda 32 dərəcə isti olacaq

Bakıda ustanı evin damında cərəyan vuraraq öldürüb

Bütün xəbərlər