{category-title}

“Elinanın telefonundan nömrəni çıxarıb votsapı siliblər” - Anası

 

Xəzər TV-də yayımlanan "Səni axtarıram” verilişi 162 nömrəli məktəbin 3-cü mərtəbəsindən özünü ataraq intihar edən Elina Hacıyevanın yaralı vəziyyətdə məktəbdə çəkilən görüntülərində şok detalı üzə çıxarıb.

"Qafqazinfo” xəbər verir ki, videoda uşaq sorğu-sual edilən zaman arxada kiminsə "inşallah sağ qalmaz” dediyi eşidilir.

Eyni zamanda, mərhumun atası Əhməd Hacıyev də verilişdə həkimlərin onlara yalan informasiya verdiyini açıqlayıb:

"Elinanın anası mənə zəng vurub dedi ki, uşaq 2-ci mərtəbədən yıxılıb. Tez xəstəxanaya getdim və toksikologiya şöbəsində olduğunu bildirdilər. İçəri girəndə gördüm ki, xərəkdə reanimasiya şöbəsinə aparırlar. MRT, Uzi keçirildi. Heç nəyi yox idi. Həkim dedi ki, arxayın ol, heç nəyi yoxdur. Çanağında çatı var.

Hansısa uşağın valideyni ilə sinif rəhbərini qızımın yanına buraxdılar, ancaq anasını yox. Mənə uşağımın ölüm xəbərini başqa adamlar dedi. Həkim axtarırdım ki, heç olmasa o, reanimasiyaya girib mənə bir xəbər versin. Reanimasiyaya çatanda gördüm ki, qapı açıqdır. Uşağın ağzına şlanq salınıb, ancaq aparat qoşulmayıb”.

Daha sonra verilişə telefon bağlantısı ilə qoşulan Elinanın anası Sevil Hüseynova qızının telefonunun gizli şəkildə götürüldüyünü və orada olan bir çox proqramın silindiyini iddia edib:

"Çantasını direktor mənə verib. İçərisində heç nə yox idi. Bir daraq var idi. Dəftər də stolda idi. Uşaq atasına deyib ki, telefonu çantasına qoyub, axtardım yox idi. Xəstəxanada olanda sinif yoldaşına zəng vurdum, ondan sonra telefonu tapıldı. Ancaq içində nömrəsi yox idi, vatsap da pozulmuşdu.

Bizimlə heç bir problemi olmayıb. Yeməyini yeyirdi, telefonla oynayırdı, arada deyirdim, bizimlə vaxt keçirsin.

Mən demirəm günahsızam. Uşaq mənə problemini danışmadı. Ona görə də hiss edə bilməmişəm. Uşağı bu məktəbə qoyan zaman problemlər yaşanmışdı, onu şagirdlər qəbul etmirdi. Mən də 3-4 dəfə direktorla bu barədə danışmışam. Axırda şikayətlərimlə onu bezdirdiyimi söyləyib məni göndərdi”.

S. Hüseynova sosial şəbəkələrdə Elinanı döyməkdə ittiham olunaraq fotoları paylaşılan sözügedən məktəbin 11-ci sinif şagirdi ilə bağlı məsələyə də toxunub:

"Qızım xəstəxanada olanda rəfiqəsi dedi ki, Hüseyn adlı oğlan ona dəhlizdə bir neçə dəfə vurub. Elina qəşəng, sakit qız idi. Bir dəfə hansısa oğlan onun nömrəsini yaymışdı, hətta o oğlanla da danışmışam”.

Son xəbərlər

Bakının bəzi küçələrində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

“Nizami” metrostansiyası qarşısında avtobus dayanacağı ərazisi uzadılıb

Kreml: Putin və Tramp noyabrda Çində görüşə bilərlər

Azərbaycanlı jurnalistlər İsrailin şimalında druz icmasında olublar

Maqsud Adıgözəlov: "Sabah" UEFA Çempionlar Liqasının əsas mərhələsində sonadək mübarizə aparacaq

Prezident İlham Əliyev BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident əlaqələndiricisini qəbul edib

İlham Əliyev müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb

Bakıda 30, rayonlarda 32 dərəcə isti olacaq

Bakıda ustanı evin damında cərəyan vuraraq öldürüb

İlham Əliyev: Azərbaycan dünyanın mina ilə ən çox çirklənmiş ölkələrindən birinə çevrilib

Yeni tədris ili üzrə I sinfə elektron qəbul sabah başa çatacaq

Axtarışda оlan 317 nəfər sərhəddə saxlanılıb

İstisuda çimmək üçün icazə və ödəniş tələb olunmur – RƏSMİ

Putin yenə Qarabağdan danışdı

Sabah Mərdəkan qəsəbəsində qaz olmayacaq

Azərbaycan idmançılarının növbəti reytinqi açıqlanıb

İlham Əliyevin sosial media hesablarında "ŞƏT plyus" formatında görüşündəki çıxışına dair paylaşım edilib

"Formula 1" üzrə Azərbaycan Qran-prisi üçün yeni tribuna quraşdırılıb

Paşinyan: İrəvan kommunikasiya və ticarət layihələrinin icrası üçün Bakı və Ankara ilə sıx işləyir

İndiyədək Birinci və İkinci Qarabağ müharibəsində itkin düşmüş 267 nəfərin qalıqları ailələrinə təhvil verilib

Ərdoğan: Türkiyə sülh və sabitlik naminə işləməyə davam edəcək

Sabah Bakıda 28, rayonlarda 31 dərəcə isti olacaq

Kiyevdə Rusiya PUA-larının hücumundan sonra 16 mərtəbəli binada yanğın baş verib

Sahibə Qafarova Belqradda Qoşulmama Hərəkatının konfransında iştirak edir

Bütün xəbərlər