{category-title}
Gündəm / Mədəniyyət
9.04.2019, 11:10
“Gənclərə dəstək” layihəsi çərçivəsində növbəti konsert
“Gənclərə dəstək” layihəsi çərçivəsində Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri konsert proqramı ilə çıxış edib.
AZƏRTAC xəbər verir ki, Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında reallaşan konsertdə respublika və beynəlxalq müsabiqələr laureatı olan ifaçıların çıxışları dinlənilib.
Musiqili gecədə Fikrət Əmirovun “Kor ərəbin mahnısı”, Süleyman Ələsgərovun “Şalaxo”, “Vətənimdir”, Vasif Adıgözəlovun “Layla”, Tofiq Quliyevin “Qaytağı”, Emin Sabitoğlunun “Şükriyyə” və digər əsərlər ifa olunub.