{category-title}

MTRŞ Vaqif Mustafayevə ciddi tapşırıq verdi

 

"Müğənni Rüfət Axundovun efirə buraxılmaması ilə bağlı artıq bu gün televiziya və radio kanallarının rəhbərlərinə şifahi olaraq məlumat verilib".

Bu barədə "Qafqazinfo"ya Milli Televiziya və Radio Şurasının Aparat rəhbəri Asəf Hacıyev məlumat verib. O, bildirib ki, bu barədə rəsmi yox, şifahi olaraq məlumat verilib: "Təbii ki, "Space" kanalının rəhbərliyi də bu məsələdən xəbərdardır. Dedilər ki, bununla bağlı problem yoxdur.

Televiziyanın 5000-8000 manat məbləğində cərimələnməsi məsələsinə isə hakim özü baxacaq. Biz ayın 4-də Yasamal rayon məhkəməsinə müraciət etmişik. Kanalın aparıcısı Anar Vaqifoğlu artıq işdən uzaqlaşdırılıb. Efir rejisosoru Etibar Mustafayev də işdən uzaqlaşdırılıb. Kanalın rəhbərliyinə də ciddi tapşırıq verilib".

Kanalların şifahi xəbərdarlığa əməl etməyə borclu olub-olmamasına gəlincə isə, A. Hacıyev qeyd edib ki, kanallara sadəcə xəbərdarlıq edilir:

"Artıq bundan sonrakı məsələ kanalların öz işidir. Dəvət edə və etməyə də bilərlər. Biz kanalların yaradıcılıq işinə qarışa bilmirik. Ona görə də şifahi olaraq xəbərdarlıq edirik. Məsələni bu cür qoymuşuq ki, qeyri-etik ifadə işlədən adam necə olur ki, başqa kanallara dəvət olunsun?!

Müğənni öz səviyyəsini, mədəniyyətini bununla göstərdi. Televiziyalara camaat baxır. Afət Fərmanqızı ilə bağlı məsələni qoyduq və əməl olunub. Biz Milli Teleradio Şurası olaraq öz üzərimizə düşən işi gördük".

A. Hacıyev kadrın montaj edilib-edilməməsindən də danışıb. O, vurğulayıb ki, montaj məsələsini aydınlaşdırmaq üçün videoya bir neçə dəfə baxılıb: "Müğənni özü deyir ki, montaj edilib. Biz Rüfət Axundovu tanımırıq ki?! Dəfələrlə baxdıq və gördük ki, montaj söhbəti yoxdur. Özü də veriliş canlı yayımlanıb. Rüfət Axundov özü yerləşdiyi videoda həmin hissəni montaj edib. Özünə haqq qazandırmaq istəyir, bu isə artıq gecdir".

Son xəbərlər

Bakının bəzi küçələrində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

“Nizami” metrostansiyası qarşısında avtobus dayanacağı ərazisi uzadılıb

Kreml: Putin və Tramp noyabrda Çində görüşə bilərlər

Azərbaycanlı jurnalistlər İsrailin şimalında druz icmasında olublar

Maqsud Adıgözəlov: "Sabah" UEFA Çempionlar Liqasının əsas mərhələsində sonadək mübarizə aparacaq

Prezident İlham Əliyev BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident əlaqələndiricisini qəbul edib

İlham Əliyev müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb

Bakıda 30, rayonlarda 32 dərəcə isti olacaq

Bakıda ustanı evin damında cərəyan vuraraq öldürüb

İlham Əliyev: Azərbaycan dünyanın mina ilə ən çox çirklənmiş ölkələrindən birinə çevrilib

Yeni tədris ili üzrə I sinfə elektron qəbul sabah başa çatacaq

Axtarışda оlan 317 nəfər sərhəddə saxlanılıb

İstisuda çimmək üçün icazə və ödəniş tələb olunmur – RƏSMİ

Putin yenə Qarabağdan danışdı

Sabah Mərdəkan qəsəbəsində qaz olmayacaq

Azərbaycan idmançılarının növbəti reytinqi açıqlanıb

İlham Əliyevin sosial media hesablarında "ŞƏT plyus" formatında görüşündəki çıxışına dair paylaşım edilib

"Formula 1" üzrə Azərbaycan Qran-prisi üçün yeni tribuna quraşdırılıb

Paşinyan: İrəvan kommunikasiya və ticarət layihələrinin icrası üçün Bakı və Ankara ilə sıx işləyir

İndiyədək Birinci və İkinci Qarabağ müharibəsində itkin düşmüş 267 nəfərin qalıqları ailələrinə təhvil verilib

Ərdoğan: Türkiyə sülh və sabitlik naminə işləməyə davam edəcək

Sabah Bakıda 28, rayonlarda 31 dərəcə isti olacaq

Kiyevdə Rusiya PUA-larının hücumundan sonra 16 mərtəbəli binada yanğın baş verib

Sahibə Qafarova Belqradda Qoşulmama Hərəkatının konfransında iştirak edir

Bütün xəbərlər