{category-title}

Masallı sakinləri çətin durumda... - GİLEY

 

 

Cənub bölgəsində aramsız yağan yağış Masallı rayonun Təklə kəndinin əkin sahələrində də problemlər yaradıb. Kənd sakinlərinin demələrinə görə, hər il sel suları nəticəsində ziyana düşürlər. Sakinlərdən Səmədağa Həsənov bu il də eyni problemlərlə üzləşdiklərini söyləyir:

“ Günlərdir çay daşıb, örüş yerlərini su basıb. Əhali inəklərini 4 gün bağlı halda saxladılar.Yuxarıda “Ağ daş” deyilən su anbarı var. Deyirlər ki, anbarın suyunu çaya buraxıblar. Həmin anbarda normadan artıq su olanda onu çaya axıdırlar. Burdan da fasiləsiz yağan yağış işləri çətinləşdirib. Masallı rayonun su-kanal idarəsinin məsul işçisi gəlmişdi. Biz etiraz etdik. Arpa və kartof sahələri, örüş yerləri günlərlə su altında qaldı. Mənim su altında 1 hektar buğda sahəm var. Qonşumun da 1 hektarı var. Hərə əkib, xərc çəkilib. Əkinə son qəpiyimizi qoymuşuq. Əkin 5 gün su altında qalandan sonra zay olur.”
“OT DA BAHADIR”

Kənd sakini Mütəllim Zeynalov həmkəndlisinin sözlərinə bunları əlavə edir:

“Su əkin yerlərini basmışdı. Son vaxtları su bir az çəkilib. Ancaq vəziyyət ağır olaraq qalır. Çay daşıb. Məsələni həll etmək olardı.Çayı vaxtında təmizləmək lazım idi. Amma indi heç bir texnika ora girə bilməz. Gözləməkdən başqa çarə yoxdur.Vaxtında tədbirlər görülsəydi belə də olmazdı. Su anbarı da normadan artıq su buraxmamalıdır. Çayın tutumu var.Su artıq olanda daşır.”
Onun fikrincə su altında qalan sahələrin məhsulu yaxşı olmayacaq:

“Bu il məhsul çətin ki, yaxşı olsun.Çəkilən xərclər suda batdı…”

“MƏHSULUN OLMASI SUAL ALTINDADIR”

Kəndin başqa bir sakini Məmmədağa Yaşarov problemin həll olunacağına inamsızdır:

“Dörd hektar əkin yerim var.Onun 1,5 hektarında kartof əkmişəm.Buğda da əkmişəm. Məhsulun olması sual altındadır. Belə getsə dəmir yolun yanından keçən çay da partlayacaq. Su daşandan sonra nə iş görə bilərlər ki?”.
Kənd sakini Fayıq Cəfərov da eyni məsələdən gileylidir:

“1 hektar kartof, 5 hektar da taxıl əkmişəm. Əkini su basıb…”

“MƏHSULDARLIQ AŞAĞI DÜŞƏCƏK”
Kənd təsərrüfatı üzrə mütəxəssis Natiq Əbilov bu il əkin sahələrində məhsuldarlığın aşağı olacağını proqnozlaşdırır:

“Fasiləsiz yağan yağışlar taxılın və kartofun məhsuldarlığına təsir edəcək. Məhsuldarlıq aşağı düşəcək. Havalar soyuq keçir. Bu da məhsulun yetişməsini gecikdirir. Bəzi meyvə ağacların çiçək açdığı vaxtdır. Hava belə davam etsə ziyan olacaq.”

“HAZIRDA ORDA KOMİSSİYA İŞLƏYİR”
Masallı rayonun su-kanal idarəsinin məsul şəxslərindən iradlara münasibət almaq mümkün olmayıb. Rayon icra hakimiyyəti başçısının müavini Nəsir Muxtarlı bu barədə məlumatlarının olduğunu deyib:

“Təklə kəndinin əkin sahəsi Cəlilabad rayonu ilə qonşudur. Çay da Cəlilabad ərazisindən gəlir.Orada su anbarı var, dolanda suyunu buraxırlar çaya. Cəlilabadda güclü yağış yağıb, anbarın suyunu buraxıblar. Nəticədə Təklə kəndindəki örüş yerləri və 20 hektar taxıl sahəsi su altında qalıb.Yaxşıdı ki, su kəndə girməyib. Hazırda orda komissiya işləyir. Dəymiş zərər aktlaşdırılacaq və Fövqəladə Hallar Nazirliyinə göndəriləcək. Kartof sahələrinə ziyan dəyməyib.”

N. Muxtarlının bu dediklərinə Cəlilabad rayonunun əlaqəli qurumlarından isə münasibət almaq cəhdləri, hələlik, nəticə verməyib.
 

Son xəbərlər

Sahibə Qafarova Belqradda Qoşulmama Hərəkatının konfransında iştirak edir

Ceyhun Bayramov Abbas Əraqçi ilə regional məsələləri müzakirə edib

Bişkekdə İlham Əliyevin Rəcəb Tayyib Ərdoğanla görüşü olub - YENİLƏNİB

İlham Əliyevin "ŞƏT plyus" formatında görüşdə çıxışı gözlənilir

Bişkekdə Hikmət Hacıyev Alen Simonyanla görüşüb

Rusiya "Ukrayna Dəmir Yolları"nın Kiyevdəki anbarına zərbə endirib, yeddi nəfər həlak olub

Azərbaycan–Qırğızıstan müttəfiqliyi və ŞƏT platformasında yeni imkanlar - ŞƏRH

Magistraturaya boş qalan plan yerlərinin nəticələri elan olunub

Bişkekdə Azərbaycan və İran prezidentlərinin görüşü keçirilir

Hakan Fidan: Rusiya və Ukrayna ilə "Taxıl sazişi"nə oxşar layihə üzrə danışıqlar davam edir

İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü keçirilib - YENİLƏNİB

Azərbaycan və Ermənistan liderləri sülh prosesinin irəlilədilməsi üzrə addımları davam etdirmək barədə razılaşıblar

Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Ermənistanın Baş naziri ilə görüşü keçirilib

Ukrayna Rusiyanın S-400 radiolokasiya stansiyasına və komanda-qərargah maşınına zərbə endirib

İlham Əliyevin sosial media hesablarında Bişkekdə Nikol Paşinyanla görüşünə dair paylaşım edilib

Əli Əsədov Oljas Bektenovu təbrik edib

Bişkekdə Prezident İlham Əliyevlə Nikol Paşinyan arasında görüş olacaq

Azərbaycanlı jurnalistlər Qüdsün Köhnə şəhərini ziyarət ediblər

İlham Əliyev Qırğız Respublikasına işgüzar səfərə gəlib

Sentyabrda yağıntının miqdarı iqlim normasına yaxın olacaq - AYLIQ PROQNOZ

İlham Əliyev Şimali Kiprin Prezidentinə başsağlığı verib

Xaçmazda avtomobil ağaca çırpılıb, ölən və xəsarət alanlar var

Azərbaycan Premyer Liqasında III tura iki oyunla yekun vurulacaq

Nepalda sel fəlakətində ölənlərin sayı 804-ə çatıb

Bütün xəbərlər