{category-title}

ABŞ ordusu lazer silahlardan istifadə etməyə hazırlaşır

 

Birləşmiş Ştatların hazırladığı enerjinin yönləndirilməsi silahını artıq günü bugün silahlı qüvvələrin arsenalına daxil etmək lazımdır. Onu artıq “gələcəyin texnologiyası” hesab etməməliyik.

“Breaking Defense” nəşrinin məlumatına əsasən, bu sözləri Pentaqon rəhbərinin tədqiqatlar üzrə birinci müavini Maykl Qriffin bildirib.

“Ümid edirik ki, gələn ilin sonuna kimi bu texnologiyalardan bəziləri Müdafiə Nazirliyinin platformalarından onlarla və ya yüzlərlə kilovat səviyyəsində istifadə olunacaq”, – deyə Qriffin söyləyib.

Pentaqon rəhbərinin birinci müavinin sözlərinə görə, meqavattlı lazerlərin təkcə kosmosda yox, həmçinin quru qüvvələrdə (“Striker” zirehli texnikasında 75 kilovatlı lazer), hərbi hava qüvvələrində (“KC-46 Pegasus” hərbi təyyarəsində 200 kilovatlıq lazer) və hərbi dəniz donanmasında (“Freedom” və ya “İndependence” tipli sahilyanı döyüş gəmilərinin göyərtəsində 100 kilovatlı lazer) tətbiqini məqsədəuyğun sayır.

Qriffinin sözlərinə görə, səs sürətini üstələyən hədəflərə qarşı lazerlərdən effektiv istifadə üçün süni intellektin daha da inkişaf etdirilməsinə ehtiyac var. Pentaqon rəhbərinin birinci müavini hesab edir ki, lazerdən aşağı güclərdə istifadə həm də radiorabitəyə alternativ ola bilər. Belə ki, hazırda Rusiya və Çin, onların sərəncamında olan texnologiyalar sayəsində, radiorabitələri tuta bilir.(oxu.az)

Son xəbərlər

Bakının bəzi küçələrində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

“Nizami” metrostansiyası qarşısında avtobus dayanacağı ərazisi uzadılıb

Kreml: Putin və Tramp noyabrda Çində görüşə bilərlər

Azərbaycanlı jurnalistlər İsrailin şimalında druz icmasında olublar

Maqsud Adıgözəlov: "Sabah" UEFA Çempionlar Liqasının əsas mərhələsində sonadək mübarizə aparacaq

Prezident İlham Əliyev BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident əlaqələndiricisini qəbul edib

İlham Əliyev müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb

Bakıda 30, rayonlarda 32 dərəcə isti olacaq

Bakıda ustanı evin damında cərəyan vuraraq öldürüb

İlham Əliyev: Azərbaycan dünyanın mina ilə ən çox çirklənmiş ölkələrindən birinə çevrilib

Yeni tədris ili üzrə I sinfə elektron qəbul sabah başa çatacaq

Axtarışda оlan 317 nəfər sərhəddə saxlanılıb

İstisuda çimmək üçün icazə və ödəniş tələb olunmur – RƏSMİ

Putin yenə Qarabağdan danışdı

Sabah Mərdəkan qəsəbəsində qaz olmayacaq

Azərbaycan idmançılarının növbəti reytinqi açıqlanıb

İlham Əliyevin sosial media hesablarında "ŞƏT plyus" formatında görüşündəki çıxışına dair paylaşım edilib

"Formula 1" üzrə Azərbaycan Qran-prisi üçün yeni tribuna quraşdırılıb

Paşinyan: İrəvan kommunikasiya və ticarət layihələrinin icrası üçün Bakı və Ankara ilə sıx işləyir

İndiyədək Birinci və İkinci Qarabağ müharibəsində itkin düşmüş 267 nəfərin qalıqları ailələrinə təhvil verilib

Ərdoğan: Türkiyə sülh və sabitlik naminə işləməyə davam edəcək

Sabah Bakıda 28, rayonlarda 31 dərəcə isti olacaq

Kiyevdə Rusiya PUA-larının hücumundan sonra 16 mərtəbəli binada yanğın baş verib

Sahibə Qafarova Belqradda Qoşulmama Hərəkatının konfransında iştirak edir

Bütün xəbərlər