{category-title}

Azərbaycanda “AzRe Təkrarsığorta” mübhəmi... - Həm inhisarçıdır, həm də sahibi bilinmir

 Azərbaycanın təkrar sığorta bazarının yeganə sahibi, deməli həm də inhisarçısı olan “AzRe Təkrarsığorta” ASC ötən ilin maliyyə hesabatını açıqlayıb. Hesabatdan belə məlum olur ki, bu şirkət ötən ili 25 milyon 64 min manat xalis mənfəətlə başa vurub. 2017-ci ildə isə şirkət 21 milyon 400 min manata yaxın mənfəət əldə etmişdi.

Hesabatdan o da məlum olur ki, “AzRe Təkrarsığorta”nın investisiya gəlirləri azalıb və 2017-ci ildə 6 milyon 436 min manat olan bu göstərici 2018-ci ildə 4 milyon 785 min manata enib. Ancaq buna baxmayaraq, şirkətin cəmi gəlirləri artıb ki, bu da əsasın təkrarsığorta haqları və sair gəlirlər hesabına mümkün olub. Belə ki, 2017-ci ildə 54 milyon 637 min manat təşkil etmiş cəmi gəlirlər 2018-ci ildə 63 milyon 185 min manatadək, yəni 15 faiz artıb. Şirkətin cəmi aktivləri isə 102 milyon manatı ötüb.

Bütün bunlar Azərbaycanın sığorta bazarı üçün olduqca böyük göstəricilər sayıla bilər. Lakin apardığımız kiçik araşdırma göstərir ki, bütün bunlara şirkət bazarda yeganə təkrar sığorta şirkəti olması hesabına nail olub.

Məlumat üçün qeyd edək ki, təkrar sığorta şirkətlərinin işi risklərin təkrar sığortalanmasından ibatətdir. Və Azərbaycanda da bununla yalnız bir sığorta şirkəti məşğul olur. Bütün sığorta şirkətləri sığortaladıqları riskləri “AzRe Təkrarsığorta” şirkətində təkrar sığorta etdirirlər. Bu o deməkdir ki, sığorta şirkətləri topladıqları sığorta haqqlarının bir hissəsini “AzRe”yə yönəldirlər. Yəni bir növ “AzRe Təkrarsığorta” risklərin təkrar sığortasına görə Azərbaycandakı bütün sığorta şirkətlərindən haqq alır.

Ancaq nədənsə şirkətin inhisarçı mövqedə olması müvafiq qurumları narahat etmir. Hansı ki, elə “AzRe”-nin belə böyük məbləğdə rəsmi qazanc əldə etməsi də məhz bu mövqeyi ilə bağlıdır. Müqayisə üçün qeyd edək ki, bu şirkətin ötən ilki qazancı Azərbaycanda “Paşa Həyat Sığorta” və “Paşa Sığorta”-nı çıxsaq, yerdə qalan digər 18 şirkətin ümumi qazancını üstələyir(!). Bu şirkətlərin böyük qismi hesabatlarında ümumiyyətlə ziyanla işlədiklərini bəyan edir, ya da cüzi qazanc əldə etdiklərini göstərirlər. Ancaq əvəzində “AzRe” sığorta şirkətlərinin ödənişləri hesabına “çiçəklənir”. Yəqin ki, mütəxəssislər bunun sığorta bazarı üçün anormal durum olması ilə razılaşarlar…

Ancaq məsələnin digər maraqlı tərəfləri də var. Məsələn, bu şirkətin saytındakı məlumatlardan belə aydın olur ki, o yalnız Azərbaycandakı sığorta şirkətlərinin təkrar sığortası ilə məşğuldur. Azərbaycandan kənardakı fəaliyyətilə bağlı isə heç nə yoxdur və saytın şirkətin fəaliyyətinə dair bölməsində sadəcə “məqsədimiz yerli və regional sığorta şirkətlərinin əsas təkrarsığorta partnyoru olmaqdır” deyilir.

Daha bir maraqlı və müəmmalı məqam odur ki, digər sığorta şirkətlərindən fərqli olaraq, “AzRe”nin səhmdarları barədə rəsmi məlumat tapmaq mümkün olmur. Görəsən, bu konfedesiallıq nə ilə bağlıdır? Məlum olan sadəcə odur ki, şirkət 6 nəfər səhmdara məxsusdur. Onların kimliyi isə bəlli deyil. Şirkətin nizamnamə kapitalı 2000 adsız səhmdən ibarətdir və 6 naməlum fiziki şəxsə məxsusdur.

Maraqlıdır ki, 2007-ci ildə cəmi 2 000 000 (iki milyon) manat nizamnamə kapitalı ilə fəaliyyətə başlayan bir şirkət necə olub ki, ölkənin vahid inhisarçı təkrar sığorta şirkətinə çevrilib və belə əhəmiyyətli bir şirkətin heç səhmdarları belə cəmiyyətə bəlli deyil?

Görəsən, belə bir anormal durum Azərbaycandan başqa hansısa ölkənin sığorta bazarında mümkündürmü? Ancaq digər tərəfdən ölkənin maliyyə bazarında, biznes mühitində, bank sektorunda son illərdə baş verənləri, milyardlarla dollarların Beynəlxalq Bank vasitəsilə “sovrulmasını” və s. nəzərə alsaq, sığorta bazarında müşahidə olunanlar da sözsüz ki, təbii görünür…
AzPolitika.info

Son xəbərlər

Çin və Azərbaycan hərtərəfli strateji tərəfdaşlıq qurur – ölkə liderlərindən dünyaya mesajlar - ŞƏRH

İstanbulda zəlzələ nəticəsində 150-dən çox insan xəsarət alıb

İmişlinin 24 yaşayış məntəqəsində sabah qaz olmayacaq

Elektron xəstəlik vərəqini qeyri-iş günlərində də almaq mümkün olacaq

Keniya Prezidenti: "Bir kəmər, bir yol" çərçivəsində Çinin mühüm tərəfdaşı ola bilərik”

Çin Sədri İlham Əliyevi ŞƏT-in Zirvə Toplantısına dəvət edib

Bakıda leysan yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ

İlham Əliyev Çin Sədrini Azərbaycana səfərə dəvət edib

Azərbaycanla Çin arasında viza rejimi ləğv olunur

Qubada avtomobil aşıb, ölən və xəsarət alanlar var

Avropa çempionatı: Azərbaycanın beş cüdoçusu mübarizəyə başlayacaq

ABŞ-də terror ittihamı ilə saxlanılma halları artıb

Bakının bir sıra yollarında tıxac müşahidə olunur

Nazirin müşavirindən Qırğızıstanda ifa

Azərbaycan Prezidenti İlham Əliyevin Pekində rəsmi qarşılanma mərasimi olub

Kraliça xəstəxanaya yerləşdirilib

Sahibə Qafarovadan deputata irad: "Siz nə danışırsınız?"

AK: Dünya ölkələri Avropa ilə işləmək üçün sıraya düzülür

MM mediatorun intizam məsuliyyətinin artırılması ilə bağlı dəyişikliyi son oxunuşda qəbul edib

Milli Məclisdə elektron nəzarət sistemlərinin tətbiqi ilə bağlı pilot layihələrə başlanılması təklif edilib

Pakistanın Baş naziri bu gün Ankarada Türkiyə Prezidenti ilə görüşəcək

Hesablama Palatası Milli Məclisdə hesabat verir

Bir neçə kollecə təyinat olub

Lənkəran, Masallı və Bakının bəzi ərazilərində işıq olmayacaq

Bütün xəbərlər