{category-title}

Mühacir qalmaqalına deputatı necə qatdılar
Məlum olduğu kimi, internet məkanındakı azadlıq və özbaşınalıq əksər hallarda mənfi fəsadlara gətirib çıxarır. Hər hansı bir ictimai və ya dövlət əhəmiyyətli hadisə zamanı şayiələr, dezinformasiyalar, məqsədli təxribat cəhdləri baş alıb gedir və bəzi qüvvələr ajiotaj yaratmağa çalışırlar. Nəticədə cəmiyyət yalan informasiya ilə yüklənir, sosial narazılıq yaranır, dövlət orqanlarına qarşı haqsız qınaqlar formalaşır.

Bundan başqa, bu xəbərlərin yalan olduğu ortaya çıxandan sonra cəmiyyətdə mediaya inam da itir. Halbuki, ənənəvi ciddi media belə biabırçılığa yol vermir, yoxlanmamış, təsdiqlənməmiş informasiya yaymır. Lakin oxucuların çoxu ciddi media ilə sosial şəbəkə səhifələrini ayırd edə bilmir və hamısına media kimi baxır. Problem ondadır ki, bizdə media deyəndə bunlar hamısı birlikdə götürülür. Oxucuların əksəriyyəti ciddi media ilə sosial şəbəkə səhifələrini seçə bilmir. Nəticədə, qurunun oduna yaş da yanır.

Bəzən saytlara yanlış informasiya qəsdən ötürülür, özü də müxtəlif mənbələrlə. Sonradan aydın olur ki, bu qərəzli şəkildə edilib.
Götürək elə son günlərdə deputat Ülvi Quliyevə hücumları. Bəzi mətbu orqanlar onun guya Avropada siyasi mühacir həyatı yaşayan Laçın Məmişovla əlaqələrindən yazırlar.
Guya bu adam deputatın seçkiqabağı təbliğatında iştirak edib, hətta Ülvi Quliyevin deputat seçildiyi elan olunduqda "dəfələrlə "Allaha şükürlər olsun…” postunu paylaşıb.
Daha sonra “sayt” yazır ki, Laçın Məmişov bilinməyən səbəblər üzündən Azərbaycanı tərk edib və siyasi sığınacaq alaraq İsveçrənin Bern şəhərində məskunlaşıb. Hazırda o, Azərbaycan hakimiyyətinin Avropadkı ən radikal müxaliflərindən biri hesab olunur. İsverçərinin de-fakto paytaxtı olan Bern şəhərində Laçın Məmişov kiçik telestudiya quraraq Azərbaycan əleyhinə filmlər çəkir, youtube.com şəbəkəsi vasitəsilə verilişlər yayımlayır. Onun Avropadakı mühacirlərlə bağlı filmi və digər filmləri xeyli vəsait hesabına başa gəlib.

Lap sonda həmin bu “sayt” “mülahizələrində” daha irəli gedərək vurğulayır ki, Laçın Məmişov həm də digər mühacirlərdən fərqli olaraq Avropada komfort həyat sürür. Guya onun belə komfort həyatının, çəkdiyi filmlərinin maliyyə qaynağının Ülvi Quliyevə bağlı olduğu ehtimal edilir.
Nə deyək, bu artıq elə bir şər-böhtandır ki, şikayəti MŞ-na etək də əbəsdir. Tam məhkəməlik.
Əvvala, Laçın Məmişovun “ facebook”da bir neçə səhifəsi var. Heç birində Ülvi Quliyevlə bağlı POSTU YAXUD STATUSU, VİDEOSU YOXDUR. Əgər olsaydı həmin bu “sayt”lar çoxdan o postların skrinşotunu bəh-bəhlə paylaşmışdılar.
Bəli, Laçın Məmişov idmançı olub. Deyəsən kikboksinq üzrə. Məgər bu fakt yetərlidir ki, onu Ülvi Quliyevə calasınlar?
Səbəb başqa şeydə ola bilər. Laçın Məmişov son vaxtlar Avropada saxta siyasi sığınacaq alanları ifşa edir. “Müsavat” partiyasının bir neçə yetkilisini “mühacir alverin”də , dələduzluqda, reketlikdə ittiham edib.
Bu qalmaqal yenicə qızışıb. Çox güman ki, Məmişovu hakimiyyətə yaxın bir şəxslə əlaqəsinin olduğunu yazmaqla, guya maliyyəni iqtidar mənsublu bir şəxdən alması ilə bağlı görüntü yaratmaq, mühacir qalmaqalını ört-basdır etmək istəyirlər. İdmaçı-deputat kimi Ülvi Quliyevi seçiblər.
Bu yalana başqa bir məntiqlə yanaşmaq olmur. Çünki Ülvi Quliyev bu hakimiyyətə və iqtidara sadiq olan şəxslərdən biridir.

 

PressXeber.info 

Son xəbərlər

Həftəsonu güclü külək əsəcək - XƏBƏRDARLIQ

Zelenski: "Yaroslavl" neft emalı zavoduna endirilən zərbə uğurlu olub

İranda Təbriz Günü qeyd edilib

Azərbaycanın Estoniyadakı səfiri geri çağırılıb, yenisi təyin olunub

Qalibaf Trampın təhdidlərinə cavab verib: qurtarın bu teatrı!

ABŞ rəsmisi: Vaşinqton sammiti Bakı və İrəvanla əlaqələrin yenilənməsinə şərait yaradıb

Tərtərdə ər-arvadın yanaraq öldüyü yanğının qəsdnən törədildiyi məlum olub

Çempionlar Liqası: "Sabah" - "Orhus" matçının hakimləri dəyişdirilib

Azərbaycan nefti 2 dollardan çox bahalaşıb

Bakının üç rayonunda və Mingəçevirdə işıq olmayacaq

Tailandda məktəbdə atışmada ölənlərin sayı yeddi nəfərə çatıb – YENİLƏNİB

Azərbaycan XİN Boliviyanı Müstəqillik Günü münasibətilə təbrik edib

Azərbaycanda şahmatın inkişafı və beynəlxalq əməkdaşlıq müzakirə edilib

Vaşinqton sammitinin bir ili - İrəliləyən Azərbaycan, ləngiyən Ermənistan - ŞƏRH

Aİ Ukraynadan raket əleyhinə vasitələrin tədarükü ilə bağlı sorğu gözləyir

Bir məktubun izi ilə: Türk mühəndis "Vardanyan layihəsi"nin pərdəarxasına işıq saldı - ŞƏRH

Səngəçal terminalı ilə neft və kondensat ixracı təxminən 100 milyon barel təşkil edib

UEFA Konfrans Liqası: "Qarabağ"ı "Dinamo" ilə Polşadakı matçda 300-dən çox azarkeş dəstəkləyəcək

Azərbaycanda sabah 39 dərəcə isti olacaq

ARDNF 3 illik auditor seçir

Overçuk: Rusiya və Ermənistan arasında ticarət dövriyyəsi bu il üçdə iki dəfə azalıb

Ceyhun Bayramov və Andrey Sibiqa Kiyevdə danışıqlar aparırlar

FHN: Küləkli havada dənizə girmək təhlükəlidir

ADY Bakı–Tbilisi–Bakı marşrutu üzrə bilet satışının müddətini artırır

Bütün xəbərlər