{category-title}

NAZİRİN MİLYONLARA HÖKM EDƏN OĞLU - Arif Rəhimov necə iri biznesmen oldu?

 

“Bu gördüyünüz şəxs Azad Rəhimovun oğlu Arif Rəhimovdur. 2009-cu ilin oktyabrından 2011-ci ilin noyabr ayınadək Azərbaycan Dövlət Neft Şirkətində maliyyə meneceri vəzifəsində işləmiş Arif Rəhimov sonradan “DDLAR GROUP” adlı özəl şirkətini qurub və hazırda da ona rəhbərlik edir”.

Hurriyyet.org-un məlumatına görə, bunları müstəqil jurnalist Cavanşir Həsənli öz “facebook” səhifəsindən paylaşdığı araşdırma yazısında qeyd edib.

Jurnalist Əli Oğuzun araşdırması olan həmin yazını təqdim edirik: “Həmin bu şirkət vasitəsilə Avroviziya və Olimpiya oyunları komplekslərinin tikilməsinə ayrılan büdcə və layihələr bu şirkətə həvalə olunub. Bununla yanaşı, Arif Rəhimov 2014-cü ilin yanvarında yaradılmış “Baku Grand Prix” şirkətinin də rəhbəridir. “Baku Grand Prix” şirkəti 2016-cı ildə Bakıda keçiriləcək dünyada avtomobil idmanının ən bahalı növlərindən birinin – “Formula 1″in “Qran Pri” yarışının təşkilatçısıdır. Bu məsələdə də ona “etimad göstərilməsinin” səbəbi ilk növbədə atasının gənclər və idman naziri postunu tutmasıdır.

Nazir oğlunun “DDLAR Group”u əslində 1999-cu ildən fəaliyyətə başlayan “İNŞAATÇI” tikinti firmasının varisidir. Hazırda Bakının rayonlarında tikilən “Premium” və “De Lüks” sinifli komplekslər bu qrupun məhsuludur. Amma bir sual açıq qalır: həmin şirkəti yaratmamışdan əvvəl sadəcə iki il – 2009-cu ilin oktyabrından 2011-ci ilin noyabrınadək Dövlət Neft Şirkətində maliyyə meneceri vəzifəsində işləyən Arif Rəhimov belə geniş biznes layihələri həyata keçirmək üçün ilkin maliyyəni haradan əldə edib?!

NAZİRİN MİLYONLARA HÖKM EDƏN OĞLU - Arif Rəhimov necə iri biznesmen oldu?
“DDLAR Group” paytaxtın Bayıl qəsəbəsində, Bakı Bulvarının yeni salınan hissəsində yerləşən və ümumi sahəsi 72 min kvadratmetr olan Su İdmanı Sarayını inşa edib. Amma bununla bağlı da kifayət qədər mübhəm suallar var.

Qeyd edək ki, prezident İlham Əliyev 2012-ci il avqustun 30-da Bakıda müasir standartlara cavab verən Su İdmanı Sarayının tikilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncamın icrası Gənclər və İdman Nazirliyinə həvalə edilib. Nazir Azad Rəhimov isə öz növbəsində bu işi oğlunun şirkətinin ixtiyarına buraxıb. Ancaq məlum deyil ki, bu zaman satınalmalar barədə qanunvericiliyin tələbləri nə qədər gözlənilib.Kifayət qədər ciddi rəqəmlərə başa gələn həmin obyektin inşası ilə bağlı tender elan edilibmi, tenderə hansı şirkətlər qoşulub? Bu suallar da öz cavabını gözləyir və yəqin ki, həmin cavablarla tanış olmaq bundan sonra da mümkün olmayacaq.

NAZİRİN MİLYONLARA HÖKM EDƏN OĞLU - Arif Rəhimov necə iri biznesmen oldu?

Bundan başqa, Bərdə, Şirvan, Xaçmaz, Daşkəsən, İmişli, Cəlilabad, Mingəçevir, Ağcabədi, Tovuz və Göygöl rayonlarındakı idman olimpiya kompleksləri (İOK) məhz “DDLAR GROUP” tərəfindən layihələndirilib və tikilərək istifadəyə verilib. Bu komplekslərlə bağlı müəmmalar isə lap dərindir.

Belə ki, onların sifarişinin necə, hansı səbəblər və şərtlərlə verildiyinin sirr olması bir yana, bu istiqamətdə xərclər də mübahisə mövzusudur. Söhbət az qala bir-birinin təkrarı olan həmin komplekslərin hər birinin başa gəlmə xərcləri arasındakı kəskin uçurumdan gedir.

NAZİRİN MİLYONLARA HÖKM EDƏN OĞLU - Arif Rəhimov necə iri biznesmen oldu?

Məsələn, Qəbələ Olimpiya İdman Kompleksinin tikintisinə 11 milyon xərcləndiyi halda, Şirvan Olimpiya Kompleksinə 6,8 milyon, Xaçmaz İdman Kompleksinə isə 8 milyon xərclənib.

O da maraqlıdır ki, adətən özü və nazirliyi barədə tənqidlərə bir qayda olaraq, susqunluq nümayiş etdirən Azad Rəhimov 3 il öncə bu mövzuda KİV-in yazdıqlarına nəyə görəsə dərhal və kəskin reaksiya vermiş, hətta ANS telekanalını məhkəməyə vermək istəmişdi…

Həmçinin “Crystal Hall”un ötən ilin yayında Bakıda keçirilən Birinci Avropa Oyunları üçün hazırlığı və Bakı Stend Atıcılığı üzrə İdman Kompleksinin tikintisi işləri də Gənclər və İdman Nazirliyi tərəfindən məhz Arif Rəhimovun “DDLAR Group”una sifariş edilib. Ümumiyyətlə, onun şirkətinin atasının rəhbərlik etdiyi nazirliyin tender müsabiqələrinin əsas qalibinə çevrilməsi birmənalıdır. Bu isə həmin tenderlərin ədalətliliyi və şəffaflığı ilə bağlı şübhələri kifayət qədər dərinləşdirir.

Maraqlıdır ki, “DDLAR Groupu” un rəsmin internet səhifəsinin “Tenderlər” bölümü az qalsın, boşdur. Daha doğrusu, burada holdinqin “Gülüstan” yaşayış kompleksi, “Gənclik” yaşayış binası, “Astoriya” və “Green Palace” yaşayış kompleksləri barədə reklam xarakterli məlumatlarla tanış olmaq olar, amma Gənclər və İdman Nazirliyindən alınan sifarişlərlə bağlı bir kəlimə də yox.

NAZİRİN MİLYONLARA HÖKM EDƏN OĞLU - Arif Rəhimov necə iri biznesmen oldu?

Bir sözlə, “Tenderlər” bölümü adına dəxli olmayan məlumatlar yerləşdirilib, bu isə dövlət satınalmaları məsələsində şirkətin də nazirlik kimi susqunluğa üstünlük verdiyini göstərir. Nəticədə isə bu mövzuda sirr pərdəsi daha da böyüyür.

Qeyd edək ki, Arif Rəhimovun rəhbərlik etdiyi “Baku Grand Prix” şirkəti Bakıda keçirilən dünyada avtomobil idmanının ən bahalı növlərindən birinin – “Formula-1″in “Qran Pri” yarışının təşkilatçısıdı”.

AzPolitika.info əlavə edib ki, Arif Rəhimov gənclər və idman nazirinin yeganə övladıdır. Orta məktəbi Bakıda bitirən, daha sonra Azərbaycan Dövlət İqtisad Universitetində oxuyan Azad Rəhimov ardından ali təhsilini İngiltərənin paytaxtında davam etdirib. Arif Rəhimov 2011-2012-ci illərdə Londondakı Cass Business School-da neft və energetika sənayesi ixtisasına yiyələnib.

P.S. Yazıdakı iddialarla bağlı Gənclər və İdman Nazirliyinin, eləcə də Arif Rəhimovun mövqeyini işıqlandırmağa hazırıq. 

Son xəbərlər

Bakının bəzi küçələrində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

“Nizami” metrostansiyası qarşısında avtobus dayanacağı ərazisi uzadılıb

Kreml: Putin və Tramp noyabrda Çində görüşə bilərlər

Azərbaycanlı jurnalistlər İsrailin şimalında druz icmasında olublar

Maqsud Adıgözəlov: "Sabah" UEFA Çempionlar Liqasının əsas mərhələsində sonadək mübarizə aparacaq

Prezident İlham Əliyev BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident əlaqələndiricisini qəbul edib

İlham Əliyev müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb

Bakıda 30, rayonlarda 32 dərəcə isti olacaq

Bakıda ustanı evin damında cərəyan vuraraq öldürüb

İlham Əliyev: Azərbaycan dünyanın mina ilə ən çox çirklənmiş ölkələrindən birinə çevrilib

Yeni tədris ili üzrə I sinfə elektron qəbul sabah başa çatacaq

Axtarışda оlan 317 nəfər sərhəddə saxlanılıb

İstisuda çimmək üçün icazə və ödəniş tələb olunmur – RƏSMİ

Putin yenə Qarabağdan danışdı

Sabah Mərdəkan qəsəbəsində qaz olmayacaq

Azərbaycan idmançılarının növbəti reytinqi açıqlanıb

İlham Əliyevin sosial media hesablarında "ŞƏT plyus" formatında görüşündəki çıxışına dair paylaşım edilib

"Formula 1" üzrə Azərbaycan Qran-prisi üçün yeni tribuna quraşdırılıb

Paşinyan: İrəvan kommunikasiya və ticarət layihələrinin icrası üçün Bakı və Ankara ilə sıx işləyir

İndiyədək Birinci və İkinci Qarabağ müharibəsində itkin düşmüş 267 nəfərin qalıqları ailələrinə təhvil verilib

Ərdoğan: Türkiyə sülh və sabitlik naminə işləməyə davam edəcək

Sabah Bakıda 28, rayonlarda 31 dərəcə isti olacaq

Kiyevdə Rusiya PUA-larının hücumundan sonra 16 mərtəbəli binada yanğın baş verib

Sahibə Qafarova Belqradda Qoşulmama Hərəkatının konfransında iştirak edir

Bütün xəbərlər