{category-title}

Tədris Terapevtik Klinikasında 4 dəfə direktor dəyişikliyi... - MÜƏMMA

 Azərbaycan səhiyyəsindəki vəziyyət günü-gündən acınacaqlı duruma düşür.
Faktinfo.az bildirir ki, ölkə vətəndaşları sağlamlıqlarının qeydinə qalmaq üçün Türkiyə, İran, Rusiya, Gürcüstan, Avropa və digər ölkələrə üz tutur. Bu məqsədlə ay ərzində minlərlə vətəndaş müayinə və müalicə üçün xarici ölkələrə pul aparır. Respublikamızdan milyonlarla manat vəsait səhiyyə məqsədilə çıxarılır. Amma ölkəmizə müayinə və müalicə üçün gələn demək olar ki, yoxdur,səhiyyə turizmi ölü nöqtədən tərpənmir.Ən yüngül tibbi əməliyyatların aparılması üçün səhiyyəmizə güvən itib.Açığı müəyyən kəsim savadlı və təcürbəli həkimlərin də nüfuzu bəzi üzdən iraq həkimlərimizə görə aşağı düşüb.

Səhiyyə sistemində bu vəziyyətin yaranmasında heç şübhəsiz ki,peşəkar həkimlərin hazırlanmalı olunduğu Azərbaycan Tibb Universitetindəki neqativ halların xüsusi rolu var. Bir neçə il bundan əvvəl Azərbaycan Tibb Universitetinə Gəray Gəraybəylinin rektor təyin edilməsi belə bu ali məktəblə bağlı müsbət gözləntiləri doğrultmadı.ATU-da dəyişən ancaq kadrlar oldu.Tədrisin səviyyəsində heç bir yenilik baş vermədi. Bu da gələcək üçün ATU-nun yetişdirdiyi həkimlərin həmişəki kimi,nəzəriyyəçilərdən ibarət olacağını bir daha təsdiqlədi.Diqqət tədrisdə keyfiyyət dəyişikliyinə yönəlmədi,ancaq kadr dəyişikliyinə üstünlük verildi.ATU-da baş mühasib,Təsərrüfat işləri üzrə prorektor,dekanlar,kafedra müdirləri,laboratoriya rəhbərləri,Tədris Terapevtik Klinikası və Tədris Cərrahiyyə Klinikası direktorları, eləcə də əli pulla "oynayan" digər vəzifə sahibləri böyük narazılıq doğursa da, rektora ən yaxın şəxslərlə əvəzləndi. 

Təbii, növbəti yazılarımızda detallı şəkildə mövzuya qayıdacağıq.Hələlik isə ATU-nun rektoru G.Gəraybəylinin Tədris Terapevtik Klinikası ilə bağlı həyata keçirdiyi "islahat"a nəzər yetirək.ATU-nun nəzdində olan bu klinikada nə dəyişib,hansı müsbət göstəricilərə nail olunub? 

Faktinfo.az xəbər verir ki, ki,G.Gəraybəyli rektor təyin olunandan sonra Tədris Terapevtik Klinikasında 4 dəfə direktor dəyişikliyi baş verib.Hər direktor dəyişikliyi isə böyük ölçüdə yeni "komanda"nın formalaşması ilə nəticələnib.Belə vəziyyət isə ciddi narazılıqlara,qarşıdurmalara,xoşagəlməz söz-söhbətə gətirib çıxarıb.Hələ də bu klinikada normal ab-hava yaranmayıb.Budur,G.Gəraybəylinin ATU-ya gətirdiyi yenilik?!

Vaxtilə ölkə prezidenti İlham Əliyevin açılışını etdiyi Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasında qiymətlər hazırda “əl yandırır”. Klinikaya müraciət edən xəstələrə həkimlərin qəbulu üçün əvvəllər 30 manat ödəniş müəyyənləşdirilmişdisə, hazırda bu məbləğ iki dəfədən də çox qaldırılıb.Təbii, 60-70 AZN ödənilməsi isə kütləvi şəkildə narazılığa səbəb olub.

Hətta Faktinfo.az saytının əldə etdiyi məlumata görə,həmin məbləği ödəyən xəstə 10-15 gün sonra səhhətində yaranmış narahatlıqla bağlı həkiminin qəbuluna düşmək istəyəndə təkrar ödəniş tələb olunur. Bu isə pasiyentləri qıcıqlandırır, az qala xəstəsini gətirən sağlam insan da orada xəstəlik tapır.

Bütün bunları Tədris Terapevtik Klinikasının girişindəki qeydiyyat şöbəsinə yaxınlaşmaqla müşahidə etmək, hansı həkimin qəbuluna düşmək üçün nə qədər pul istənildiyini görmək elə də çətin deyil.

Təcüblüsü də odur ki,bu qədər gəlirin qarşılığında sözügedən klinikanın son iki ildə kommunal xidmətlərə-işığa,qaza,suya külli miqdarda borcu yığılıb.
 

Son xəbərlər

Tehranda Azərbaycan-İran Birgə İqtisadi Komissiyasının iclası keçiriləcək

Şərqşünas-alim Aida İmanquliyevanın anım günüdür

Ədalət Hacıyev qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur

Premyer Liqa: V tura bu gün iki oyunla start veriləcək

Qubada insan sümükləri tapılıb

Fətəli xan Xoyskinin 150 illik yubileyi keçiriləcək - SƏRƏNCAM

BƏƏ Prezidentinin önəmli səfəri - Azərbaycanın Yaxın Şərqlə genişlənən əməkdaşlığı - ŞƏRH

İsrailə qarşı bir sıra beynəlxalq sanksiyalar razılaşdırılıb

Avropa ölkələrinin İran qarşısında qoyduğu tələblər açıqlanıb

Badara kəndində bu il 115, gələn il isə 128 ev bərpa ediləcək

Məhi Həsənov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur

"Bakı Kart"a yeni direktor təyin edilib

Lavrov ABŞ-la Ukrayna üzrə danışıqların bəzi təfərrüatlarını açıqlayıb

Rusiya ordusu strateji şəhərə DAXİL OLDU

Prezident “Qarabağ”ı təbrik etdi

QMi sədri Qazaxıstanda gənc dini liderlərə xitab edəcək

Müdafiə Nazirliyi məlumat yaydı

Sabahın hava proqnozu açıqlanıb

Xocalının daha bir kəndinə İLK KÖÇ oldu

Məktəblərdə şagird sıxlığı: Siniflər hansı hallarda birləşdirilir?

Goranboydakı cinayətin TƏFƏRRÜATI

Qızılağac Milli Parkının ərazisində yanğın olub

Kamçatkada 7,1 bal gücündə zəlzələ olub, sunami təhlükəsi elan edilib

Mirzoyan Türkiyənin xüsusi nümayəndəsi Serdar Kılıçla görüşüb

Bütün xəbərlər