{category-title}

Bağçalara sənəd qəbulu başlayır - valideynlər nəyi bilməlidir?

Məktəbəqədər təhsil müəssisələrinə uşaqların qəbulu prosesi artıq “mygov” platforması üzərindən həyata keçirilir. Vətəndaşlar övladlarını rəqəmsal qaydada növbəyə yazdırmaq və müraciətlərini idarə etmək imkanına sahibdirlər. Elektron sənəd qəbulu xidməti yalnız my.gov.az veb portalında əlçatandır.

Egional təhsil idarələrinin və Naxçıvan Muxtar Respublikasının tabeliyində fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələri üçün elektron növbələrin yaradılması prosesi 7 iyul tarixindən etibarən aktivləşdirilib.

Bakı şəhəri üzrə elektron növbələr isə bu gündən etibarən mərhələli şəkildə aktivləşdiriləcək. Belə ki, 2021 və 2022-ci il təvəllüdlü uşaqlar üçün növbələr saat 11:00-da, 2023, 2024 və 2025-ci il təvəllüdlü uşaqlar üçün isə saat 15:00-da istifadəyə veriləcək.

Qeyd edək ki, əvvəllər bq.edu.az informasiya sistemində uşağı hansı valideyn qeydiyyata alıbsa, “mygov” platformasında da müraciət məhz həmin valideynin şəxsi kabineti üzərindən edilməlidir. Uşaq hansı valideynin hesabına əlavə olunubsa, qeydiyyat prosesi yalnız həmin hesab vasitəsilə davam etdirilə bilər.

Xidmətdən istifadə etmək üçün Azərbaycan Respublikası vətəndaşı olan uşağın şəxsiyyət vəsiqəsinin olması zəruridir. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslərdən müvəqqəti və ya daimi yaşamaq üçün icazə vəsiqəsi, yaşayış icazəsi olmayan əcnəbilərdən isə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) Himayə Sənədi tələb olunur.

Sistemə keçid mərhələsində yalnız 2021–2025-ci illərdə anadan olmuş uşaqların məlumatları əks olunur və onların qeydiyyatı mümkündür.

Valideynlər müraciət zamanı ən çox üç məktəbəqədər təhsil müəssisəsi seçə bilərlər. Seçilən bağçalardan hər hansı birinə qəbul təsdiqləndikdə, digər aktiv növbələr avtomatik ləğv olunur.

Hazırda hər hansı məktəbəqədər təhsil müəssisəsində qeydiyyatda olan uşaqlar üçün yenidən müraciət etməyə ehtiyac yoxdur. Lakin valideyn övladını başqa bağçaya köçürmək istəyərsə, yeni müraciət edə bilər. Yeni bağçaya qəbul təsdiqləndikdən sonra müraciətin yekunlaşdırılması üçün uşağın hazırda təhsil aldığı bağçadan ayrılması tələb olunur.

Son xəbərlər

Tramp: MKİ rəhbərinin Rusiyaya səfəri qismən rutin xarakterlidir

Birinci vitse-prezident Mehriban Əliyeva Elmi-Tədqiqat Pediatriya İnstitutunu ziyarət edib

Ziroat Mirziyoyeva: Mehriban Əliyevanın fəaliyyəti bütün dünyada dərin hörmət qazanıb

Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

Sabahdan Bakıda və rayonlarda külək güclənəcək

10-cu sinif şagirdləri üçün elektron yerdəyişmə başlanılır

Bakıda 10 ünvanda minib-düşmə yerləri və taksi duracaqları təşkil olunub

Daşkənddə İslam dünyasının mədəni irsi və İslama dair stereotiplərlə mübarizə müzakirə edilib

Azərbaycanın kişi boksçulardan ibarət millisi Gürcüstanda təlim-məşq toplanışı keçəcək

Prezident İlham Əliyev "Sabah"ı təbrik edib

Kəmaləddin Heydərov Kəlbəcərdə vətəndaşları qəbul edəcək

Bu gün Laçın Şəhəri Günüdür

Bu gün Mehriban Əliyevanın doğum günüdür

Mərkəzi Neftçilər Xəstəxanasında onlayn növbə sistemi istifadəyə verilib

Beynəlxalq axtarışda olan şəxs Qazaxıstandan Azərbaycana ekstradisiya edilib

Sabah Bakı və bəzi bölgələrdə güclü külək əsəcək - XƏBƏRDARLIQ

Dənizkənarı Bulvar İdarəsi QSC-yə çevrilir

Formula 1 yarışı ilə əlaqədar Azərbaycan viza prosedurunu sadələşdirir - SƏRƏNCAM

Növbəti 3 gün ərzində temperatur 8 dərəcə enəcək - XƏBƏRDARLIQ

Laçında Azərbaycan-Ermənistan enerji əməkdaşlığı üzrə görüş keçirilib

Kriptovalyuta bazarı: Kəskin artım tendensiyası nə dərəcədə qalıcı ola bilər? – TƏHLİL

Oğuzda avtomobil aşıb, 7 nəfər xəsarət alıb - YENİLƏNİB

Azər Məmmədov Qaxda vətəndaşları qəbul edəcək

Sabah Bakıda güclü külək əsəcək, rayonlara leysan yağacaq

Bütün xəbərlər