{category-title}

Birlik-İnşaat-ın qarşısında qanunlar acizdir? - Vətəndaşın dərdinə çarə tapılmır...

 

 

Azərbaycanda sənədlərin qeydiyyatı sahəsindəki fırıldaqçılıq ona gətirib çıxarıb ki, onların qeydiyyat tarixini dəqiq müəyyənləşdirmək üçün yeni üsulun yaradılmasına ehtiyac duyulur.

Bunu Sputnik Azərbaycan-a AR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin rəis müavini Hamlet Musayev bildirib.

Onun sözlərinə görə, hazırda bu zərurət bütün dünyada yaranıb. İndi Rusiyada sözügedən üsul üzərində iş gedir və müəyyən nəticələr də var. Lakin kifayət qədər etibarlı üsullar hələ işlənib hazırlanmayıb.

Rusiya üsulları ilə sənədin qeydiyyat vaxtının dəqiq müəyyən edilməsi prosesi xeyli vaxt aparır - 6 aya qədər. Lakin problem təkcə onda deyil. Analoji tədqiqat ENFSİ (Avropa Məhkəmə Ekspertizası İnstitutları Birliyi - European Network of Forensic Science Institutes – ENFSI) işçi qrupunda da aparılır.

"Sənədin yazılma müddətinin ekspertizası onun əsl hazırlanma tarixinin müəyyən edilməsi üçün lazımdır. Məsələ ondadır ki, son illərdə Azərbaycan məhkəmələrində vətəndaşların böyük həcmdə saxta sənədləri (sorğular, müqavilələr, etibarnamələr) aşkara çıxır. Məhkəmələrdə böyük həcmdə işlər mənzil-tikinti kooperativləri tərəfindən törədilmiş mənzil fırıldaqları ilə bağlıdır. Tikinti şirkətlərinin sahibləri mənzilləri eyni vaxtda bir neçə şəxsə satırlar və bu zaman sənədləri köhnə tarixə qeydə salırlar. Belə olan təqdirdə isə sübut etmək çox çətin olur ki, mübahisəli mənzili birinci kim əldə edib. Bu, problemli işlərin yalnız bir kateqoriyadan olanıdır" - deyə Musayev bildirib.

Onun sözlərinə görə, tez-tez yaşayış evlərinin alqı-satqısını həyata keçirən hiyləgərlər müqavilə yolu ilə alıcılara satılan mənzillərin qeydiyyat kitabçasını qəsdən "itirirlər". Bununla yanaşı, ölkədə yeni yaşayış binalarının qeydiyyat tarixlərini və maliyyə hesablaşmalarını paralel olaraq qeydiyyata alan struktur yoxdur. Bu problem paytaxtdakı əksər yeni tikilmiş yaşayış binalarında mövcuddur.

Sənədlərin yaradılmasının vaxt ardıcıllığının araşdırılması saxtakarlıqları ortaya çıxarır. Belə bir metodikanı yaratmağın çətinliyinin bir çox səbəbləri var. Bu, sənədlərin qorunma şəraiti, üzərindəki xüsusi təsirlər və digər şərtlərlə bağlı ola bilər.

Bəzi məlumatlara görə, Çində artıq bu problemin aradan qaldırılması üçün səmərəli üsul yaradıblar. Lakin bu üsulun nədən ibarət olması heç kəsə məlum deyil.

Qeyd edək ki, Sputnik Azərbaycan bu yaxınlarda talassemiyanın ağır formasından əziyyət çəkən Əfsanə Qarakişiyevanın Bakıdakı mənzilinin zəbt edilməsi ilə bağlı yazılar dərc edib. Qarakişiyeva Birlik-İnşaat tikinti şirkətinin məşhur qalmaqallı fırıldağının qurbanı olub və şəxsi mənzilinin başqaları tərəfindən zəbt olunması problemi ilə üzləşib. Hətta onun xeyrinə qərar çıxarmış məhkəmə belə qadına öz mülki hüquqlarını bərpa etməyə kömək etməkdə aciz qalıb.

2006-cı ildə Qarakişiyeva Birlik-İnşaat tərəfindən "Həzi Aslanov" metrostansiyası yaxınlığında tikilən binadan mənzil alıb. Bir neçə ildən sonra qadına məlum olub ki, şirkət onun aldığı mənzili başqa şəxslərə də satıb. Eyni zamanda həmin mənzil Bakı metropoliteninin polis şöbəsinin əməkdaşı Ramin İsmayılov və onun əmisi, keçmiş yanğınsöndürən Rafiq İsmayılova satılıb. Ramin İsmayılov Sputnik Azərbaycan-a verdiyi açıqlamada 2016-cı ildə məhkəmə qərarlarının icrası nəticəsində mənzili Qarakişliyevaya təhvil verdiyini və daha ona iddia etmədiyini desə də, onun dayısı əksinə, deyib ki, mənzilin qanuni sahibi özüdür və son yeddi ildir, burada yaşayır.

Məhkəmə Əfsanə Qarakişiyevanın sözügedən mənzili birinci olaraq əldə etdiyi barədə qərar çıxarıb. Rafiq İsmayılov isə iddia edir ki, sözügedən mənzili ilk əldə edən şəxs məhz özüdür. İndi məhkəmə də əslində kimin o mənzili birinci əldə etdiyi gerçəyini müəyyən etməkdə acizdir. Çünki sənədlər elə saxtalaşdırılıb ki, hansının daha əsaslı olduğunu müəyyən etmək mümkün deyil. Və Hamlet Musayevin də dediyi kimi, sənədin qeydiyyat vaxtının dəqiq müəyyən edilməsi üçün xüsusi metod işlənib hazırlanmalıdır. Belə çıxır ki, hələlik ümid çinlilərə qalıb. Əgər insaflı olsalar, öz metodlarını dünyanın digər ölkələrindəki məhkəmə ekspertləri ilə paylaşa bilərlər...

Son xəbərlər

Bakı metrosunda qatarların hərəkət intervalları azaldılıb

Borçalıda yaşayanların sayı açıqlandı

KİV: 30 ölkənin hərbçiləri Hörmüz boğazının təhlükəsizliyi ilə bağlı Londona toplaşır

Azərbaycan-Latviya sənədləri mübadilə edilib

Əli Əsədov: Xəzərin dayazlaşmasına iqlim dəyişikliyi ciddi təsir göstərir

Latviya Prezidentinin rəsmi qarşılanma mərasimi olub - FOTO

Əli Əsədov Qazaxıstana səfər edib

Latviya Prezidenti Heydər Əliyevin məzarını ziyarət edib

Vəkillər Kollegiyası üzvlüyünə qəbulla bağlı test imtahanı keçiriləcək

Səfirlik: İsrail Azərbaycanla münasibətlərin möhkəmlənəcəyinə ümid edir

Bakıda internat məktəbinin yataqxanasında yanğın olub

Tramp blokada qaldırılsa, İranla razılaşmanın mümkün olmayacağını bildirib

Aİ-nin Ermənistandakı yeni missiyasının əsas fəaliyyət istiqamətləri açıqlanıb

TƏBİB: Metrodakı hadisə ilə bağlı 2 nəfər xəstəxanaya yerləşdirilib, 9 nəfərə yerində yardım göstərilib

Onlar da güzəştli ipoteka kreditindən yararlana biləcək - Fərman

Vilayət Eyvazovdan yetkinlik yaşına çatmayanlarla bağlı - Tələb

3 ayda 7738 cinayət qeydə alınıb - 85,9 faizinin üstü açılıb

Metronun fəaliyyəti bərpa olundu - Yenilənib

Ukrayna Rusiyanın neft stansiyasına hücum edib, yanğın baş verib

Soheyl Mahmud: Azərbaycanın təşəbbüsü D-8 çərçivəsində əməkdaşlığa təkan verəcək

Bakı metrosunun bütün stansiyalarına giriş müvəqqəti məhdudlaşdırılıb

Kənar dairəvi yolda minik maşını "Kamaz"la toqquşub, ölən və xəsarət alanlar var

KİV: Qətər-Türkiyə-Avropa qaz kəməri layihəsi bahalı və risklidir

Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib - CƏDVƏL

Bütün xəbərlər