{category-title}

Nazir bu idarələrə rəislər təyin etdi

Prezident İlham Əliyevin rəhbərliyi ilə ədliyyə sahəsində aparılan islahatlar çərçivəsində nazirliyin aparatının yeni strukturu təsdiq olunub, idarəçilik mexanizmləri təkmilləşdirilir.

Apa-nın sorğusuna cavab olaraq Ədliyyə Nazirliyinin İnsan Hüquqları və Kommunikasiya idarəsinin rəisi Aynur Sabitova bildirib.

İdarə rəisi deyib ki, nazirliyin Strateji planlaşdırma və monitorinq baş idarəsinin rəisi vəzifəsinə ədliyyə nazirinin əmri ilə Cavid Hüseynov təyin edilib: "Cavid Hüseynov 2000-ci ildə ədliyyə orqanlarında işə başlamış, sonradan Məhkəmə-Hüquq Şurasının Aparat rəhbəri olmuşdur. 2-ci dərəcə dövlət müşaviridir. Məhkəmə-Hüquq Şurasının və nazirliyin Kollegiyasının üzvüdür.

C.Hüseynov Məhkəmə-Hüquq Şurasında və Hakimlərin Seçki Komitəsində səmərəli fəaliyyətinə görə orden və medallarla təltif olunub".

Aynur Sabitova qeyd edib ki, ədliyyə nazirinin digər əmri ilə isə Məhkəmə Ekspertizası Mərkəzinin rəisi vəzifəsinə hakimlik təcrübəsi və əvvəllər də bu qurumda çalışması nəzərə alınaraq, III dərəcəli dövlət ədliyyə müşaviri Elçin Qasımov təyin edilib: "Elçin Qasımov nazirliyin aparatında müxtəlif məsul vəzifələrdə işləmiş, sonradan nazirlikdə baş idarə rəisi vəzifəsində çalışıb.

Bundan başqa Ədliyyə Nazirliyinin bir sıra yerli icra və probasiya, həmçinin qeydiyyat qurumlarında da rəhbər vəzifələrə təyinat aparılıb".

İdarə rəisi deyib ki, dövlət başçısının tapşırıqlarına uyğun olaraq ədliyyə orqanlarında müasir düşüncəli və hazırlıqlı gənclərin qulluğa qəbuluna xüsusi önəm verilir: "Bununla bağlı seçim prosesi fasiləsiz aparılaraq davamlı müsabiqələr keçirilir və qulluğa qəbul olunmuş gənc ədliyyə işçilərinin hərtərəfli peşəkar inkişaflarına daim diqqət yetirilir.

Növbəti bir qrup namizədlərlə keçirilmiş sonuncu imtahandan uğur qazanmış 60-dan çox hüquqşünasla hazırda müsabiqənin növbəti mərhələsinin keçirilməsinə başlanılacaq”.

 

Son xəbərlər

Bərdədə avtomobil evə çırpılıb, 3 nəfər xəsarət alıb - FOTO

Ağ Ev: Hazırda İranla danışıqlar aparılmır

Balıq ovunda qadağan olunmuş alətlərin siyahısı müəyyənləşdiriləcək

"Sabah" futbol klubuna 5 milyon manat ayrılıb - SƏRƏNCAM

“Qarabağ”ın oyununa görə metronun iş rejimi dəyişəcək

“Gənclik”də avtobusların dayanacaq yeri müvəqqəti dəyişdirilib

Moldovanın hava sahəsində 5 dron müşahidə olunub

Təhsil Tələbə Krediti Fondu ali məktəblərə qəbul olunanlara müraciət edib

İlham Əliyev Maya Sanduya: Əməkdaşlığımızı bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik

Ali Məhkəmə podrat müqavilələri üzrə məhkəmə təcrübəsinə aydınlıq gətirib

DİN sosial şəbəkələrdə saxta xidmətlərlə bağlı vətəndaşlara xəbərdarlıq edib

AVRO-2026: Bu gün Milli Gimnastika Arenasında C qrupunun daha iki oyunu keçiriləcək

BİZİM TƏQVİM:27 avqustda baş vermiş tarixi hadisələr

Tramp: MKİ rəhbərinin Rusiyaya səfəri qismən rutin xarakterlidir

Birinci vitse-prezident Mehriban Əliyeva Elmi-Tədqiqat Pediatriya İnstitutunu ziyarət edib

Ziroat Mirziyoyeva: Mehriban Əliyevanın fəaliyyəti bütün dünyada dərin hörmət qazanıb

Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

Sabahdan Bakıda və rayonlarda külək güclənəcək

10-cu sinif şagirdləri üçün elektron yerdəyişmə başlanılır

Bakıda 10 ünvanda minib-düşmə yerləri və taksi duracaqları təşkil olunub

Daşkənddə İslam dünyasının mədəni irsi və İslama dair stereotiplərlə mübarizə müzakirə edilib

Azərbaycanın kişi boksçulardan ibarət millisi Gürcüstanda təlim-məşq toplanışı keçəcək

Prezident İlham Əliyev "Sabah"ı təbrik edib

Kəmaləddin Heydərov Kəlbəcərdə vətəndaşları qəbul edəcək

Bütün xəbərlər