{category-title}

İsveçrə parlamentində həşir - Didye Burkhalterin himayədarlığı - ŞƏRH


İsveçrə beynəlxalq müstəvidə tərəfsiz dövlət kimi tanınır. Uzun zamandır, onu bu sahədə nümunə olaraq təqdim edirlər. Lakin Azərbaycan torpaqları işğal altında olduğu illərdə İsveçrə Konfederasiyası bu mövqeyindən sapınmışdı. Hətta o dövrdə İsveçrə şirkətləri və təşkilatları Qarabağ bölgəsində qanunsuz fəaliyyət göstərməklə Azərbaycanın suveren hüquqlarını və dövlət sərhədini pozublar.

Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq İdarəsi erməni mənşəli xarici ölkə vətəndaşlarının Laçın, Kəlbəcər və digər işğal olunmuş rayonların ərazisində ekologiya qaydalarının kobud pozulması və yerin təkinin istismarı faktları üzrə 2015-ci il oktyabrın 21-də və 2018-ci il martın 30-da 192.2.3-cü (qanunsuz sahibkarlıq), 318.2-ci (dövlət sərhədinin qanunsuz keçilməsi) maddələri ilə cinayət işləri qaldırıb. Bu işlərdən biri İsveçrədə rəsmi qeydiyyatdan keçmiş "Vallex Group" şirkətlər qrupunun filialı olan "Base Metals" Qapalı Səhmdar Cəmiyyəti ilə bağlıdır.

Bu şirkət 2009-2017-ci illərdə Zəngilan rayonunun Vejnəli kəndindəki qiymətli metal yataqlarının qanunsuz istismarı nəticəsində 301 milyon 918 min manat qanunsuz gəlir əldə edib.

"Vallex Group" şirkətlər qrupunun investoru İsveçrə vətəndaşı Vartan Sirmakes və şirkətin rəhbəri Valeri Mejlumyan, "Base Metals" QSC-nin icraçı direktoru Artur Mkrtumyan beynəlxalq axtarışa verilib.
İsveçrə parlamentində həşir - Didye Burkhalterin himayədarlığı - ŞƏRH

İsveçrənin əsas devizi "Biri hamı üçün, hamı biri üçün" (lat. "Unus pro omnibus, omnes pro uno") ifadəsidir. Rəsmi olaraq konstitusiyada təsbit olunmasa da, deviz XIX əsrdən milli simvol sayılır. Bu, Konfederasiyanın 26 kantonun həmrəyliyini və birliyini simvolizə edir və Federal Sarayın günbəzinə həkk olunub.
İsveçrə parlamentində həşir - Didye Burkhalterin himayədarlığı - ŞƏRH

Bu baxımdan, Sirmakesin Azərbaycana qarşı işlətdiyi cinayət əməllərinə İsveçrə hökuməti də məsuliyyət daşıyır. Vartan qanunsuz yolla əldə etdiyi vəsaitdən İsveçrəyə vergi ödəyib. Həmin pullardan isə Konfederasiyada müxtəlif sosial və başqa istiqamətlərdə istifadə edilib.

Sirmakes örnəyi İsveçrənin Azərbaycana qarşı olanlar üçün münbit mərkəzə çevrilməsinə imkan verir. Azərbaycana qarşı böhtanları ilə tanınan bloger Emin Hüseynov da orada fəaliyyət göstərir. O, vaxtilə Konfederasiyanın Bakıdakı səfirliyinə 10 ay sığınıb. Onu Azərbaycandan İsveçrənin ovaxtkı xarici işlər naziri və prezidenti olmuş Didye Burkhalter çıxarıb. Hətta Emin Hüseynovun vergi borclarını onun ödədiyinə dair məlumatlar da yayılıb.

İsveçrə Federal Xarici İşlər Departamentinin (Nazirliyinin) rəhbəri Didye Burkhalter 2014-cü il dekabrın 4-də Konfederasiyanın prezidenti seçilmişdi. O, həm də ATƏT-in fəaliyyətdə olan sədri vəzifəsinində olub. Didye Burkhalter sədr olduğu dövrdə Azərbaycan torpaqlarının işğaldan azad edilməsi istiqamətində heç bir təşəbbüs irəli sürməyib. Hətta torpaqların Ermənistan işğalından azad edilməsi üzrə BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrin adını belə çəkməyib. Elə bu fəaliyyətsizliyi ilə o, Azərbaycan torpaqlarının işğal altında qalmasına şərait yaradıb.

Həmin illərdə İsveçrə-Ermənistan əlaqələri də inkişaf edib. Konfederasiya bu siyasəti ilə işğalçının iqtisadiyyatının mövcudluğuna yardım edib. Təkcə 2012-ci ildə Ermənistanda İsveçrə kapitalı ilə 40 şirkət fəaliyyət göstərib.
İsveçrə parlamentində həşir - Didye Burkhalterin himayədarlığı - ŞƏRH

İsveçrəli deputatlar Ermənistanla daha sıx münasibətlər quraraq ikitərəfli əlaqələrin aktivləşdirilməsi və genişləndirilməsi, həmçinin qondarma erməni soyqırımının beynəlxalq tanınmasına yardım etməyi qarşılarına məqsəd olaraq qoyurdular. 2003-cü ildə İsveçrə Milli Şurası bu saxtakarlığı tanıdığına dair qətnamə qəbul etmişdi. Bu fakt da İsveçrənin siyasi dairələrində antitürk ovqatın güclü olduğunun göstəricisidir.

Azərbaycan ərazi bütövlüyü və suverenliyini bərpa etdikdən sonra Ermənistanla sülh sazişi imzalamaq istiqamətində təşəbbüslərlə çıxış edib. Rəsmi İrəvan bu təklifləri qəbullanıb.

2025-ci il avqustun 8-də Azərbaycan Prezidenti İlham Əliyev, ABŞ Prezidenti Donald Tramp və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Vaşinqtonda keçirilmiş görüşə dair Birgə Bəyannamə imzalanıb. Bu, Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması istiqamətində atılan ən mühüm addımdır.

Bundan başqa, Azərbaycandan Ermənistana taxıl, yanacaq daşınması ilə bağlı yol açılıb. Habelə, ABŞ ilə Ermənistan arasında Zəngəzur dəhlizinə (TRIPP) dair saziş belə imzalanıb. Azərbaycan və Ermənistan arasında sərhədlərin müəyyənləşməsi istiqamətində də addımlar atılır və s. Bunlar iki ölkə arasında normallaşma prosesinin uğurla davam etdiyini isbatlayır.
İsveçrə parlamentində həşir - Didye Burkhalterin himayədarlığı - ŞƏRH

Belə bir şəraitdə İsveçrə parlamenti "su bulandırır". O, Azərbaycandan könüllü getmiş ermənilərlə Bakı arasında dialoqun yaranmasında vasitəçi olmaq istəyir.

Azərbaycan üç il öncə onlara Azərbaycan cəmiyyətinə inteqrasiya olunmağı təklif etmişdi. Ancaq həmin insanlar köç etməyə üstünlük verərək Ermənistana getdilər.

İsveçrədə Qarabağ ətrafındakı "vəziyyətin nizamlanması" üzrə sülh təşəbbüsünü irəli sürməyə yönəlmiş "parlament komitəsi" də yaradılıb.

Onların bu addımları sülh prosesinə və münasibətlərin normallaşmasına mane olmaq səyləridir. Heç şübhəsiz, bütün bunlar Ermənistandakı revanşistlərə, Azərbaycana qarşı çıxmaq üçün tutacaq axtaranlara fayda verə bilər.

Maraqlıdır ki, İsveçrə parlamentində yaradılmış işçi qrupun Azərbaycana qarşı səsləndirdiyi tezislər Rusiyanın təbliğatı ilə üst-üstə düşür. Hələ 2025-ci ilin yayında Rusiya prezidentinin köməkçisi Vladimir Medinski "Qarabağı mübahisəli ərazi" adlandırmaqla reallığı və faktları təhrif etmişdi. O zaman Prezident Vladimir Putinin köməkçisinə cavab verildi. Azərbaycanın Xarici İşlər Nazirliyindən bildirildi ki, Rusiya Federasiyası prezidentinin köməkçisi, habelə Rusiyanın Tarix Təhsili üzrə Qurumlararası Komissiyasının sədri Medinskinin Qarabağın heç zaman mübahisəli ərazi olmadığını bilməməsi təəccüblüdür.

Ona xatırladılmışdı ki, Qarabağ əzəli Azərbaycan torpağıdır, Rusiya da onu belə tanıyıb və tanıyır. XİN Kremlin ideoloqu Medinskini təmsil etdiyi dövlətin məsələ ilə bağlı mövqeyini dərk etməməkdə qınamışdı. Çünki bu "velikorus" patriotu yersiz müqayisələr aparmaqla yaydığı ideologiyanın da yarıtmaz və çürüklüyünü nümayiş etdirmişdi.
İsveçrə parlamentində həşir - Didye Burkhalterin himayədarlığı - ŞƏRH

Belə çıxır ki, İsveçrədə yaradılan "parlament komitəsi" də Medinskinin tezisləri ilə fəaliyyət göstərir. O zaman Azərbaycan Xarici İşlər Nazirliyindən verilən cavab onlara da şamil edilir. Görünür, İsveçrə parlamentindəki təşəbbüsçülər Cənubi Qafqazda, Azərbaycan-Ermənistan arasında yaranan vəziyyəti dərk etməyə qadir deyillər. Yoxsa, İsveçrə parlamenti Rusiyanın "barmağı" ilə işləyir?! Yaxud, ola bilsin, İsveçrə Qırmızı Xaç Cəmiyyətinin Azərbaycandan qovulmasının "qisas"ını alır...

Xatırladaq ki, Rusiyanın qeyri-hökumət təşkilatı - "Rus evi"nin Bakıda fəaliyyəti qadağan edildikdən sonra Azərbaycana qarşı həmişə istifadə olunan ənənəvi "erməni kartı" müxtəlif formalarda işə salındı. Elə İsveçrə də bu yolu tutur. O, "qırmızı xaç"ın heyfini "erməni oyuncağı" və başqa yardımçı vasitələrlə çıxmağa cəhd edir.

Ancaq ermənilərin Avropa qapılarında marafon keçirib Qarabağ və ətraf rayonları işğal altında saxlamağa yardım etmək üçün pul yığmaq dövrü keçmişdə qalıb. Artıq həmin kampaniya keçirilmir. Görünür, İsveçrə parlamentində keçmişdənqalma layihələri "reallaşdırmaq" üçün məqam gözləyirmişlər. Ancaq bu "arzuların" qönçəsi heç vaxt gül açmır!(Report)

Son xəbərlər

Bakının bəzi küçələrində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

“Nizami” metrostansiyası qarşısında avtobus dayanacağı ərazisi uzadılıb

Kreml: Putin və Tramp noyabrda Çində görüşə bilərlər

Azərbaycanlı jurnalistlər İsrailin şimalında druz icmasında olublar

Maqsud Adıgözəlov: "Sabah" UEFA Çempionlar Liqasının əsas mərhələsində sonadək mübarizə aparacaq

Prezident İlham Əliyev BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident əlaqələndiricisini qəbul edib

İlham Əliyev müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb

Bakıda 30, rayonlarda 32 dərəcə isti olacaq

Bakıda ustanı evin damında cərəyan vuraraq öldürüb

İlham Əliyev: Azərbaycan dünyanın mina ilə ən çox çirklənmiş ölkələrindən birinə çevrilib

Yeni tədris ili üzrə I sinfə elektron qəbul sabah başa çatacaq

Axtarışda оlan 317 nəfər sərhəddə saxlanılıb

İstisuda çimmək üçün icazə və ödəniş tələb olunmur – RƏSMİ

Putin yenə Qarabağdan danışdı

Sabah Mərdəkan qəsəbəsində qaz olmayacaq

Azərbaycan idmançılarının növbəti reytinqi açıqlanıb

İlham Əliyevin sosial media hesablarında "ŞƏT plyus" formatında görüşündəki çıxışına dair paylaşım edilib

"Formula 1" üzrə Azərbaycan Qran-prisi üçün yeni tribuna quraşdırılıb

Paşinyan: İrəvan kommunikasiya və ticarət layihələrinin icrası üçün Bakı və Ankara ilə sıx işləyir

İndiyədək Birinci və İkinci Qarabağ müharibəsində itkin düşmüş 267 nəfərin qalıqları ailələrinə təhvil verilib

Ərdoğan: Türkiyə sülh və sabitlik naminə işləməyə davam edəcək

Sabah Bakıda 28, rayonlarda 31 dərəcə isti olacaq

Kiyevdə Rusiya PUA-larının hücumundan sonra 16 mərtəbəli binada yanğın baş verib

Sahibə Qafarova Belqradda Qoşulmama Hərəkatının konfransında iştirak edir

Bütün xəbərlər