{category-title}

Daha bir nazirliyin ləğvi gözlənilir... - "Bu irəliyə doğru atılmış kifayət qədər böyük bir addım olacaq"

 Əmək pensiyalarının təyin edilməsi bundan sonra yalnız "ASAN xidmət” mərkəzlərində həyata keçiriləcək. Bu prezident İlham Əliyevin imzaladığı "Azərbaycan Respublikasında bir sıra dövlət orqanlarının strukturunun optimallaşdırılması və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” fərmanda əksini tapıb. Bu vaxta qədər əmək pensiyalarının təyinatı prosesi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirlyinin strukturlarında da həyata keçirilirdi.

Məlum olduğu kimi, ölkəmizdə sosial müavinətlərin və ünvanlı sosial yardımın təyini ilə bağlı ciddi problemlər mövcuddur. Saxta əlilliyin təyini, sosial müavinətlərin ayrılmasında olan neqativ hallarla bağlı illərdir ki, mətbuatda və sosial şəbəkələrdə yer alan məlumatlar artıq yüksək səviyyəli dövlət məmurları tərəfindən də etiraf edilir. Ötən ilin sonlarına doğru hətta əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev də əlillik dərəcələrinin saxta yolla verilməsinə dair araşdırmalar aparıldığı barədə açıqlama verdi: 

“Aşkar edilən mənfi hallar barədə ölçü götürülür. Saxta əlillik təyinatları ləğv edilir və dövlət büdcəsindən həmin şəxslərə edilmiş ödənişlər geri qaytarılır. Fəaliyyətimiz dövründə bu hallar mütəmadi araşdırılacaq və ortaya çıxan mənfi hallar aradan qaldırılacaq. Hazırda araşdırılma yekunlaşmadığı üçün konkret rəqəmin açıqlanması düzgün olmaz. Yekunda risk təhlili aparılacaq və növbəti dövrlərin araşdırılmasına başlanılacaq".

Bu ilin əvvəlində isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində sosial müavinətlərin elektron təyinatı infrastukturunun qurulması işlərinə başlanılması barədə açıqlama verildi. Xatırladaq ki, bundan əvvəl Nazirlik pensiya təyinatı üzrə xidmətlərin də avtomatlaşdırılmış mexanizmini tətbiq etmişdi. Amma qeyd etdiyimiz kimi, pensiya təminatı Nazirlikdən alınaraq “ASAN Xidmətə” verildi. Ciddi problem və neqativ halların baş alıb getdiyi və artıq yüksək səviyyəli rəsmi şəxslər tərəfindən də etiraf olunan sosial müavinətlərin təyini ilə bağlı dəyişikliyin edilməsi mümkündürmü? Sosial müavinətlərin təyinində də məmur-vətəndaş təmaslarının, süründürməçilik və digər neqativ halların aradan qalxmasının təmini üçün bu sahənin də “ASAN Xidmət”-ə verilməsi məqsədəuyğun deyilmi? 

İqtisadçı Natiq Cəfərli “Cümhuriyət” qəzetinə verdiyi açıqlamasında bildirib ki, uzun illərdir ki, sosial müavinətlərin verilməsində olan ciddi problemlər media və sosial şəbəkələrdə də yer alır: 

“İnsanlar, xüsusilə də əngəlli insanlar hər il eyni prosedurlardan keçməli olurlar. Halbuki, məntiqlə əgər insanlarda əngəllilik varsa, onun bir ilə aradan qalxması mümkün deyil. Amma hər il insanların idarələrə çağırılması diskomfort yaradır. Bundan başqa, müxtəlif korrupsiya sistemləri nəticəsində haqqı olmayan insanlara əlilliyin təyin olunması ilə bağlı çoxsaylı faktların olması da heç kimə sirr deyil. İnsanları incidən faktların aradan qaldırılması üçün yeni bir addımlar atılmalıdır. Bunun da ən yaxşı yollarından biri elektronlaşma, məmurla üzbəüz təmas qurulmadan, bütün sturukturların saat mexanizmi kimi çalışması prinsipidir. “ASAN Xidmət” tərəfindən müavinətlər təyin olunacaq, rüşvət və korrupsiya faktları aradan qaldırılacaqsa, bu irəliyə doğru atılmış kifayət qədər böyük bir addım olacaq”.

İqtisadçı belə bir dəyişikliyin edilməsinin gözlənilən olduğunu deyib: 

“Hesab edirəm ki, təqaüdlərin hesablanmasının “ASAN Xidmət”-ə verilməsi ilk addım olaraq atıldı. Növbəti addım sosial müavinətlərin verilməsi olacaq. Nazirliyin ayrıca qurum olaraq qalması da gündəmdən düşəcək. Çox güman ki, təhvil-təslim prosesləri başa çatandan sonra ƏƏSMN-in Maliyyə və ya Vergilər Nazirliyinin bir departamenti səviyyəsinə qədər kiçildilməsinə ehtiyac yaranacaq. Çünki, bütün proses elektronlaşdırılacaq və avtomatlaşdırılacaqsa, “ASAN Xidmət” öz təcrübəsindən istifadə edərək, daha keyfiyyətli xidmət göstərəcəksə, ayrıca bir Nazirliyin və böyük bir aparatın qalmasına da ehtiyac yoxdur. Son günlər aparılan ixtisarları və dövlət aparatının optimallaşdırılması xəttini də nəzərə alsaq, çox güman ki, sosial müavinətlərin də təyini “ASAN Xidmət”ə veriləcək”.

Natiq Cəfərli deyir ki, ƏƏSMN-nin ləğv edilməsi və Maliyyə və ya Vergilər nazirliklərindən birinə birləşdirilməsi gözləniləndir: 

“Hesab edirəm ki, Vergilər Nazirliyinə birləşdirilməsi daha məntiqli olar. Bütün sosial müavinətlərin, təqaüd fonduna toplanan vəsaitin bir əldə cəmlənməsi və elektron qaydada təyinatı üzrə insanlara paylanması daha məqsədəuyğun olar”.
 

Son xəbərlər

Ukrayna ordusu üç körpünü, sursat anbarını və idarəetmə məntəqələrini vurub

KİV: İsrail və Livan arasında sülh danışıqlarının yeni raundu sabah keçiriləcək

Sabahdan bəzi rayonlarda yağış yağacaq, külək güclənəcək - XƏBƏRDARLIQ - YENİLƏNİB

Qaluzin: TRIPP-in perspektivləri birmənalı deyil

Sepah zəifləyərsə, İran güclənər - ABŞ-İslam Respublikası savaşı bitər - ŞƏRH

Kamran Əliyev İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiyanın baş direktoru ilə görüşüb

Rusiyanın Dneprə raket hücumu nəticəsində 4 nəfər ölüb

Autizmli uşaqlar Azərbaycan millisinin təlim-məşq düşərgəsini ziyarət ediblər

Azərbaycanda ərzaqlıq buğdanın dövlət tədarük qiyməti müəyyən edilib

Ərdoğan: I Türkoloji Qurultayın 100 illik yubileyinin Bakıda qeyd olunması təsadüfi deyil

Rəsmi Bakıdan İsrailə çağırış - “Bu qərar ciddi narahatlıq doğurur”

Süleyman Rüstəmin yeganə övladı vəfat etdi

Binəqədi rayonunun bəzi ərazilərinin qaz təchizatında fasilə yaranacaq

Günün qoroskopu: İnsanlar sizin enerjinizdən təsirlənəcək

London və Tehran razılığa gəldi

İsrail Livanla razılaşmadan bir gün sonra ölkənin cənubuna hücum edib

Azərbaycan dəri istehsalını 2 dəfədən çox artırıb

Bakı–Naxçıvan təyyarə reysləri ildırım səbəbindən ləğv edilib

İran XİN ABŞ-ın hava zərbələrinə reaksiya verib

Leyla Əliyeva və Arzu Əliyeva “CandyFest” yay festivalını ziyarət edib və “Sehrli mirvari” su sirki şousunu izləyiblər

Azərbaycan neftinin qiyməti 74 dollara düşüb

Ukrayna Volqoqradda "Titan-Barrikadı" zavoduna zərbə endirib

Ursula fon der Lyayen iyulun 1-də Azərbaycana səfər edəcək

Çarmıxa çəkilmiş vicdanın səsi

Bütün xəbərlər