{category-title}

<!-- x-tinymce/html -->

BİZİM TƏQVİM:26 sentyabrda baş vermiş tarixi hadisələr

26 sentyabr 1918-ci ildə Azərbaycanın bütün ərazisində Cümhuriyyət hakimiyyətini bərqərar etmək üçün hərbi əməliyyatları davam etdirən Nura paşanın komandanlığı altındakı Qafqaz İslam Ordusu Qarabağda erməni-daşnak qüvvələrinə güclü zərbə vuraraq Şuşa şəhərinə daxil olub.Əhali xilaskar ordunu təntənə ilə qarşılayıb. 

Bəs, sentyabrın 26-da dünyada daha hansı hadisələr baş verib? 

1. 26 sentyabr 1371-ci ildə Serbiya ərazisindəki Maritsa çayı sahilində serb, xorvat, bolqar və macarların müttəfiq ordusu ilə Osmanlı qoşunları arasında döyüş olub. Sultan İldırım Bəyazidin qoşunları müttəfiqlərin ordusunu darmadağın edib. Bu qələbədən sonra Serbiya və indiki Bolqarıstanın əsas hissəsi, habelə Makedoniya və Qərbi Frakiya Osmanlının nəzarətinə keçib. Osmanlının Balkan yarımadasında hökmranlığı təxminən 5 əsr sürdü. 

2. Osmanlı imperiyası 24 il davam edən müharibə nəticəsində 1669-cu ilin 26 sentyabrında Krit adasını aldı. 

3. 1815-ci il sentyabrın 26-da Fransa imperatoru Napoleonun qəti məğlubiyyətindən sonra Rusiya, Avstriya imperatorları və Prussiya kralı Parisdə “Müqəddəs ittifaq haqqında” akt imzaladılar. 

4. 26 sentyabr 1887-ci ildə Tomas Edison ilk fonoqrafı patentləşdirib.  

5. 1932-ci ilin 26 sentyabrında Türkiyənin İstanbul şəhərinin Dolmabahçe sarayında İlk Türk Dili Qurultayı keçirildi. 

6. 1947-ci ilin 26 sentyabrından İngiltərə Fələstin torpaqlarını boşaltmağa başladı. 

7. 26 sentyabr 1960-cı ildə Kubanın dövlət başçısı Fidel Kastronun 4 saat 29 dəqiqə sürən danışığı BMT tarixinə “Ən uzun çıxış” olaraq düşüb. 

8. ABŞ prezidenti Cimmi Karter Qıbrız (Kipr) Barış Hərəkatı zamanı Türkiyəyə tətbiq edilən sanksiyaları 1978-ci ilin 26 sentyabrından aradan qaldırdı. 

9. 26 sentyabr 1984-cü ildə - yəni 15 ildən sonra Çin və İngiltərə Honq Konqun Çinin nəzarətinə keçməsilə bağlı razılığa gəldilər. 

10.  26 sentyabr 1992-ci ildə Azərbaycan, Ermənistan və Rusiya müdafiə nazirləri Soçidə “Silahlı qüvvələri geri çəkmək haqqında” protokol imzalayıblar. 

11. 26 sentyabr 2008-ci ildə Azərbaycan qadınlarının III qurultayı keçirilib. 

12. Sentyabrın 26-sı Avropa dillər günü kimi qeyd olunur. Avropa Şurasının təşəbbüsü ilə 2001-ci ildən qeyd edilən bu günün əsas məqsədi Avropa dillərinin tədrisinə maraq oyatmaq və xalqlar arasında mövcud əlaqələri daha da genişləndirməkdir. 

26 sentyabrda həm də bu tarixi şəxsiyyətlər xatırlanır: 

1. Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi 1141-ci ilin bu günü dünyaya gəlib. Nizami ədəbiyyat tarixində məsnəvi formasında yazdığı 5 poemadan ibarət ilk “Xəmsə”nin müəllifidir. Ərəb və fars dillərini mükəmməl bilən şairin qədim yunan tarixi və fəlsəfəsini, astronomiya, fizika, tibb və həndəsə elmlərini yaxşı mənimsədiyi əsərlərindən aydın olur. (1141-1209) 

2. Məşhur rus fizioloqu İvan Pavlov 1849-cu il sentyabrın 26-da dünyaya gəlib. Mərkəzi sinir fəaliyyəti haqqında materialist təlim və həzm prosesinə dair müasir təsəvvürlərin banisi olan İ.Pavlov həm də cərrahi fizilogiya metodlarını işləyib-hazırlayıb. (1849-1936) 

3. Amerikalı bəstəkar, simfonik cazın görkəmli nümayəndəsi Corc Gerşvin 1899-cu ilin bu günü anadan olub. O, “Porgi və Bess” ilk Amerika milli operasının müəllifidir. (1899-1937) 

4. 26 sentyabr Azərbaycanın dünyaşöhrətli müğənnisi, lirik-dramatik tenor Bülbülün xatirə günüdür. Əsl adı Murtuza, soyadı Məmmədov olan müğənni 1897-ci ildə Qarabağın mərkəzi Şuşa şəhərində anadan olub. Bülbül Bakı (Azərbaycan) konservatoriyasını bitirib İtaliyada vokal təhsili alan ilk azərbaycanlıdır. Geniş diapazonlu, gözəl axıcı səsi olan müğənni həm də böyük aktyorluq istedadına malik idi. Bülbül xalq mahnıları, təsnif və romansları da böyük sənətkarlıqla ifa edib. Bakıda konservatoriya nəzdindəki orta ixtisas musiqi məktəbi Bülbülün adını daşıyır. (1897-1961) 

5. 26 sentyabr 1967-ci ildə Əməkdar artist Nağəddin Məmmədov (1967 – 22.5.2019)  doğulub. Gəncə Dövlət Kukla Teatrının aktyoru olub. 

6. Bu gün Qərbi Azərbaycanda anadan olmuş, görkəmli ictimai və elm xadimi, müasir Azərbaycan Əlifbasının müəllifi, Azərbaycan Əlifbası Komissiyasının sədri, Ortaq Türk Əlifbasının təşəbbüskarı və tərtibatçısı, AMEA-nın həqiqi üzvü, professor Afad Qurbanovun xatirə günüdür. O 26 sentyabr 2009-cu ildə vəfat edib. (10.01.1929- 26.09.2009)

Afad Qurbanov Azərbaycan Əlifba Komissiyasının sədri və hazırkı Latın qrafikalı Azərbaycan əlifbasının müəllifi,  Azərbaycan SSR-i Natiqlik Cəmiyyətinin sədri, SSRİ Pedaqoji Elmlər Akademiyasının akademiki,  Azərbaycan SSR-i Elmlər Akademiyasının üzvü, Azərbaycan Yazıçılar Birliyinin üzvü olmuşdu.(Bizim.Media)

Son xəbərlər

Gəncədə iki avtomobil toqquşub, xəsarət alanlar var

Bakıda kirayə yaşadığı evdən 8 min manatlıq oğurluqda şübhəli bilinən şəxs saxlanılıb

Georgi Kondruseviç "Naxçıvan" komandasının baş məşqçisi təyin edilib

İlham Əliyev Sərəncam İMZALADI

Gənclər təşkilatları üçün 100 min manatadək qrant müsabiqəsi elan edilib

İlham Əliyev Qaradağda kağız və gigiyenik məhsulların istehsalı müəssisəsinin açılışında iştirak edib

AIDA və TİKA Anlaşma Memorandumu imzalayıb

Prezident büdcədənkənar vəsaitlərdən istifadə ilə bağlı fərman imzalayıb

Kolleclərin boş qalan yerlərinə ixtisas seçimi bu gün başa çatır

"Sabah" bu gün "Mançester Yunayted"lə üz-üzə gələcək

Tramp nüvə obyektindəki fəallığa görə İranı zərbə endirməklə hədələyib

Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç karvanları yola salınıb

Daha bir tibb müəssisəsi kök hüceyrələrinin transplantasiyasını həyata keçirəcək

Sabah Zərdabda suyun verilişində məhdudiyyət olacaq

Özəl bağçalara uşaqların qeydiyyatı başlayır

FHN Şəkidə ölümə səbəb olan qurğuya nəzarətin onların səlahiyyətinə aid olmadığını bildirib

İran parlamentinin sədr müavini: Oman Sultanı Hörmüz boğazı üzrə razılaşmanı qəbul edib

İlham Əliyev Xalq artisti Aleksandr Şarovskinin vəfatı ilə bağlı nekroloq imzalayıb

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə arpa və buğda göndəriləcək

Bakı Limanı: İlin sonunadək Xəzərdə dəniz dibinin dərinləşdirilməsi istiqamətində işlərə başlanılacaq

Bağçaya növbəyə yazılma prosesinə başlanılır

Rusiya və Ukrayna arasında qarşılıqlı hücumlarda tələfat barədə məlumat açıqlanıb

Mehriban Əliyeva Xalq artisti Aleksandr Şarovskinin vəfatı ilə bağlı paylaşım edib

UEFA Çempionlar Liqası: "Qalatasaray" bu gün "Sportinq"lə qarşılaşacaq

Bütün xəbərlər