{category-title}

<!-- x-tinymce/html -->

BİZİM TƏQVİM:12 iyulda baş vermiş tarixi hadisələr

1724-cü ilin bu günündə Osmanlı imperiyası ilə Rusiya arasında İstanbul müqaviləsi bağlanıb. Sənəddə Rusiya ilə Səfəvi dövləti arasında 1723-cü il sentyabrın 12-də bağlanmış Peterburq müqaviləsinin şərtləri təsdiq edilib. 

Həmin müqaviləyə əsasən, Səfəvilər Dərbənddən Ənzəliyədək bütün Xəzəryanı bölgələri Rusiyaya güzəştə getmiş, Cənubi Azərbaycanı öz əlində saxlamışdı. İstanbul müqaviləsi ilə Osmanlı imperatorluğu da bu bölgünü qəbul edib.

Eyni zamanda, müqaviləyə görə, Rusiya Gürcüstan və Xəzəryanı bölgələr istisna olmaqla Şimali Azərbaycanın Osmanlının nəzarətinə verilməsinə razılaşıb. Şirvan Osmanlının himayəsi altında müstəqil xanlıq statusu alıb. Nəticə etibarilə Azərbaycan torpaqları Rusiya, Osmanlı və Səfəvi dövlətləri arasında bölüşdürülüb. 

Bundan az sonra, 1724-cü il noyabrın 10-da isə çar I Pyotr erməni əhalisinin Xəzəryanı bölgələrdə yerləşdirilməsi barədə məşhur fərmanı imzalayıb. Fərmana əsasən, erməni ailələrinin ilk dəstəsinin Gilan və Mazandaran bölgələrinə, eləcə də rusların əlində olan Bakıya köçürülməsinə başlanılıb.

Bəs, iyulun 12-də dünyada daha hansı hadisələr baş verib?

1. 1916-cı ilin bu günündə Birinci Dünya müharibəsi zamanı dünyada ilk dəfə zəhərləyici kimyəvi maddə olan iprit tətbiq edilib.

2. Ərzağın qaçaqmalçılıq yolu ilə ölkə ərazisindən çıxarılmasının qarşısını almaq məqsədilə Qazax mahalının Salahlı və Şıxlı kəndlərində, eləcə də Poylu dəmiryol qəsəbəsində Azərbaycan Demokratik Cümhuriyyətinin 1918-ci il 12 iyul tarixli qərarı ilə sərhəd məntəqələri yaradıldı.

3. 12 iyul 1953-cü ildə Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsi və Bakı şəhər Komitəsinin birgə plenumunda Mircəfər Bağırovun Azərbaycan KP MK-nın 1-ci katibi vəzifəsindən azad olunması barədə qərar qəbul olunub.

4. 1975-ci il iyulun 12-də Afrikanın bir neçə kiçik adadan ibarət San Tome və Prinsipi ərazisi Potuqaliyanın müstəmləkəçiliyindən azad olaraq dövlət müstəqilliyini elan etdi.

5. 12 iyul 1993-cü ildə Yaponiyanın Hokkaido adası sahillərində meydana gələn 7,7 gücündəki zəlzələ 5 - 30 metr hündürlüyündə tsunami yaradaraq 230 adamın həyatını itirməsinə səbəb oldu.  

6. 1993-cü ilin bu günündə Azərbaycan rəhbərliyinin tələbi ilə regiona səfərə gələn ATƏM-in (ATƏT 1995-ci ilədək belə adlanırdı) Minsk qrupunun sədri Mario Raffaelli erməni silahlı qüvvələrinin hücumlarına məruz qalan Ağdam rayonunda vəziyyətlə tanış olub.

Sonra Xankəndi və Yerevana gedən ATƏT rəsmisi ermənilərin girovluqdan azad etdikləri beş azərbaycanlı ilə yenidən Bakıya qayıdıb və Ermənistanın işğalının qarşısını almağa söz verib. Raffaellinin səfərinin "yekunu" olaraq iyulun 23-də erməni qüvvələri Ağdam şəhərini işğal etdilər.

7. 2006-cı ilin 12 iyulunda Hizbullah təşkilatının İsrailə mərmi hücumları və nəticədə 8 İsrail əsgərini əsir götürməsilə qəzəblənən İsrail ordusu Livana qarşı hərbi əməliyyata başladı. Cənubi Livanda 33 gün davam edən qarşıdurmalarda İsrail uduzdusa da, yüzlərlə yerli əhalinin ölümünə səbəb oldu.

8. 2020-ci ilin iyulun 12-də Ermənistan silahlı qüvvələri  Azərbaycan Dövlət Sərhəd Xidmətinin Tovuz rayonunda yerləşən mövqelərini artilleriya qurğularından atəşə tutublar.

Bir neçə gün davam edən döyüşlərdə düşmənin diversiya qrupu geri otuzdurulub və ermənilər bu zaman xeyli canlı qüvvə və hərbi texnika itirib.

Azərbaycan tərəfdən isə 12 hərbçi və 1 mülki şəxs həlak olub. Şəhid olan hərbçilərimiz arasında general-mayor Polad Həşimov və polkovnik İlqar Mirzəyev də var idi. Onların hər ikisinə Azərbaycan Milli Qəhramanı adı verilib. 

12 iyulda həm də bu tarixi şəxsiyyətlər xatırlanır:

1. Dünyanın ən böyük sərkərdələrindən və dövlət xadimlərindən olan Qay Yuli Sezar eramızdan əvvəl 100-cü ildə anadan olub. Bir çox parlaq hərbi və siyasi qələbələrilə dünya tarixində özünəməxsus yer tutan məşhur Roma diktatoru e.ə. 44-cü il martın 15-də qiyamçılar tərəfindən qətlə yetirilib. (e.ə. 100-44)

2. İntibah dövründə ortaya çıxan "Humanizm" cərəyanının yaradıcısı Dezideri Erasmus 1536-cı ilin 12 iyulunda 69 yaşında həyatdan köçüb.  

3. Azərbaycan milli dramaturgiyasının banisi, böyük yazıçı və filosof Mirzə Fətəli Axundzadə 1812-ci ilin bu günü  anadan olub. 1834-cü ildə Tiflisə gələn Mirzə Fətəli Qafqaz canişinin baş dəftərxanasına şərq dilləri üzrə mütərcim təyin olunub və ömrünün sonunadək həmin vəzifədə çalışıb.
 

Mirzə Fətəli Axundzadə 1850-1856-cı illərdə yazdığı “Müsyo Jordan alimi-nəbatat və Dərviş Məstəli şah cadugüni-məşhur”, “Molla İbrahimxəlil kimyagər”, “Sərgüzəşti-mərdi-xəsis və ya Hacı Qara”, “Mürafiə vəkilləri”, “Xırs quldurbasan”, “Vəziri-xani-Lənkəran” komediyaları ilə Azərbaycan dramaturgiyasının əsasını qoyub. (1812-1878)


4. 12 iyul dahi Azərbaycan satirik şairi Mirzə Ələkbər Sabirin xatirə günüdür. Sabir yaradıcılığında ХIХ əsrin sonu - ХХ əsrin əvvəllərində Azərbaycanın ictimai həyatı bütün dolğunluğu ilə öz əksini tapıb. Şeirlərini əruz vəzninin ən oynaq bəhrlərində yazan Sabirin poeziyası sənətkarlıq, bədii forması və lirizmi ilə Azərbaycan, eləcə də Yaxın və Orta Şərq ədəbiyyatında xüsusi yer tutur. Onun şeirləri “Hophopnamə” adlı kitabda toplanıb. (1862-1911)

5. 1940-cı ilin bu günündə, Azərbaycan bəstəkarı, Əməkdar incəsənət xadimi Ruhəngiz Qasımova anadan olub.(Bizim.Media)

Son xəbərlər

Tokayev: Qazaxıstan TDT çərçivəsində əməkdaşlığın inkişafına böyük əhəmiyyət verir

Gəncədə iki avtomobil toqquşub, xəsarət alanlar var

Bakıda kirayə yaşadığı evdən 8 min manatlıq oğurluqda şübhəli bilinən şəxs saxlanılıb

Georgi Kondruseviç "Naxçıvan" komandasının baş məşqçisi təyin edilib

İlham Əliyev Sərəncam İMZALADI

Gənclər təşkilatları üçün 100 min manatadək qrant müsabiqəsi elan edilib

İlham Əliyev Qaradağda kağız və gigiyenik məhsulların istehsalı müəssisəsinin açılışında iştirak edib

AIDA və TİKA Anlaşma Memorandumu imzalayıb

Prezident büdcədənkənar vəsaitlərdən istifadə ilə bağlı fərman imzalayıb

Kolleclərin boş qalan yerlərinə ixtisas seçimi bu gün başa çatır

"Sabah" bu gün "Mançester Yunayted"lə üz-üzə gələcək

Tramp nüvə obyektindəki fəallığa görə İranı zərbə endirməklə hədələyib

Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç karvanları yola salınıb

Daha bir tibb müəssisəsi kök hüceyrələrinin transplantasiyasını həyata keçirəcək

Sabah Zərdabda suyun verilişində məhdudiyyət olacaq

Özəl bağçalara uşaqların qeydiyyatı başlayır

FHN Şəkidə ölümə səbəb olan qurğuya nəzarətin onların səlahiyyətinə aid olmadığını bildirib

İran parlamentinin sədr müavini: Oman Sultanı Hörmüz boğazı üzrə razılaşmanı qəbul edib

İlham Əliyev Xalq artisti Aleksandr Şarovskinin vəfatı ilə bağlı nekroloq imzalayıb

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə arpa və buğda göndəriləcək

Bakı Limanı: İlin sonunadək Xəzərdə dəniz dibinin dərinləşdirilməsi istiqamətində işlərə başlanılacaq

Bağçaya növbəyə yazılma prosesinə başlanılır

Rusiya və Ukrayna arasında qarşılıqlı hücumlarda tələfat barədə məlumat açıqlanıb

Mehriban Əliyeva Xalq artisti Aleksandr Şarovskinin vəfatı ilə bağlı paylaşım edib

Bütün xəbərlər