{category-title}

<!-- x-tinymce/html -->

BİZİM TƏQVİM: Mayın 21-də baş vermiş tarixi hadisələr

21 may 1805-ci ildə Rusiya- Qacarlar dövləti arasındakı müharibənin (1804-1813) gedişində Şəki xanlığının Rusiyaya birləşdirilməsinə dair ikinci Kürəkçay müqaviləsi bağlanıb. Mayın 14-də bağlanan birinci müqavilə ilə Qarabağ xanlığı Rusiyaya ilhaq edilmişdi. 

Şəki hakimi Səlim xan və Rusiyanın Qafqaz qoşunlarının komandanı general Sisianov tərəfindən imzalanan müqaviləyə əsasən, ruslar xanlığa nisbi özünüidarə vəd etmişdi. Lakin bu, işğalı pərdələmək üçün idi. Gəncə (1804), Qarabağ və Şəki xanlıqlarını (1805) ələ keçirməklə Rusiya Azərbaycan torpaqlarının istilasını genişləndirdi.

Bəs, mayın 21-də dünyada daha hansı hadisələr baş verib?

1. 21 may 1840-cı ildə Yeni Zelandiya İngiltərə koloniyası olur.

2. 1847-ci ilin 21 may tarixindә Osmanlı İmperiyasının son dövründә vәtәndaşların sosial rifahının yüksәldilmәsi mәqsәdilә  mәqsәdilә bir sıra islahatlar hәyata keçirilib.

3. 21 may 1851-ci ildə Avstraliyada qızıl aşkar edilib.

4. 1904-cü ilin 21 may tarixindә Beynәlxalq Futbol Federasiyaları Asosiasiyası (FİFA) 7 ölkәnin iştirakı ilә Parisdә qurulub.

5. 21 may 1917-ci ildə Böyük Atlanta yanğını baş verib.

6. 21 may 1930-cı ildə Moskvada Yuqoslaviya kommunist partiyası liderləri həbs olunmuşdur.

7. 1996-cı ilin bu günündə Azərbaycan Respublikası Şri-Lanka ilə diplomatik əlaqələr qurub.

8. 21 may 2003-cü ildə Əlcəzairdə zəlzələ 2000 çox insanın həyatına son qoyub.

9.  2003-cü ilin bu günü ilk dəfə Dialoq və İnkişaf Uğrunda Dünya Mədəni Müxtəliflik Günü qeyd edilib. BMT Baş Məclisi tərəfindən 2002-ci ilin dekabrında təsis edilən bu günün məqsədi gündəlik həyatda müxtəlifliyi dəstəkləməyə, müxtəlif xalqların və mədəniyyətlərin nümayəndələri arasında qarşılıqlı anlaşma və əməkdaşlığın yaxşılaşdırılması üçün stereotiplərlə mübarizə aparmağa cəhd göstərən insanların birliyini formalaşdırmaqdır.

Mayın 21-də bu şəxsiyyətlər xatırlanır:

1. 21 may 1906-cı ildə SSRİ Xalq artisti, rejissor, aktyor Sergey Gerasimov (1906-1985) anadan olub.

2. 21 may 1922-cı ildə şairə, dramaturq Cahan Əfruz (Dilanova; 1922-1984) Tovuz rayonunda doğulub.

3. 21 may 1928-ci ildə tanınmış aktrisa, Azərbaycanın Əməkdar artisti, Rusiyanın Xalq artisti Tamilla  Ağamirova (1928 – 31.8.2021) Bakıda anadan olub. 1952-ci ildən Moskvada “Romen” teatrında çalışıb. “Azərbaycanfilm” Kinostudiyasında “Onun böyük ürəyi”, “Koroğlu”, “Əsl dost”, “Yenilməz batalyon” filmlərinə çəkilib.

4. 1971-ci ilin 21 may tarixindә Türkiyәnin mәşhur teatr xadimi Avni Diliqil vәfat edib.

5. 21 may 2021-ci ildə Azərbaycanın, Rusiyanın və keçmiş SSRİ-nin Xalq rəssamı, Dövlət mükafatları laureatı, Sosialist Əməyi Qəhrəmanı Tahir Salahov (29.11.1928 – 2021) vəfat edib. Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti olub. Məşhur əsərləri: “Bəstəkar Qara Qarayevin portreti”, “Təmirçilər”, “Səhər eşelonu” və s.

6. 1991-ci ilin 21 mayında Hindistanın görkəmli siyasi xadım Raciv Qandi (1944-1991) seçkiqabağı kampaniya zamanı “Tamil İlamin Azadlıq Pələngləri” terror təşkilatı tərəfindən sui-qəsd nəticəsində öldürülüb.(Bizim.Media)

Son xəbərlər

Tokayev: Qazaxıstan TDT çərçivəsində əməkdaşlığın inkişafına böyük əhəmiyyət verir

Gəncədə iki avtomobil toqquşub, xəsarət alanlar var

Bakıda kirayə yaşadığı evdən 8 min manatlıq oğurluqda şübhəli bilinən şəxs saxlanılıb

Georgi Kondruseviç "Naxçıvan" komandasının baş məşqçisi təyin edilib

İlham Əliyev Sərəncam İMZALADI

Gənclər təşkilatları üçün 100 min manatadək qrant müsabiqəsi elan edilib

İlham Əliyev Qaradağda kağız və gigiyenik məhsulların istehsalı müəssisəsinin açılışında iştirak edib

AIDA və TİKA Anlaşma Memorandumu imzalayıb

Prezident büdcədənkənar vəsaitlərdən istifadə ilə bağlı fərman imzalayıb

Kolleclərin boş qalan yerlərinə ixtisas seçimi bu gün başa çatır

"Sabah" bu gün "Mançester Yunayted"lə üz-üzə gələcək

Tramp nüvə obyektindəki fəallığa görə İranı zərbə endirməklə hədələyib

Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç karvanları yola salınıb

Daha bir tibb müəssisəsi kök hüceyrələrinin transplantasiyasını həyata keçirəcək

Sabah Zərdabda suyun verilişində məhdudiyyət olacaq

Özəl bağçalara uşaqların qeydiyyatı başlayır

FHN Şəkidə ölümə səbəb olan qurğuya nəzarətin onların səlahiyyətinə aid olmadığını bildirib

İran parlamentinin sədr müavini: Oman Sultanı Hörmüz boğazı üzrə razılaşmanı qəbul edib

İlham Əliyev Xalq artisti Aleksandr Şarovskinin vəfatı ilə bağlı nekroloq imzalayıb

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə arpa və buğda göndəriləcək

Bakı Limanı: İlin sonunadək Xəzərdə dəniz dibinin dərinləşdirilməsi istiqamətində işlərə başlanılacaq

Bağçaya növbəyə yazılma prosesinə başlanılır

Rusiya və Ukrayna arasında qarşılıqlı hücumlarda tələfat barədə məlumat açıqlanıb

Mehriban Əliyeva Xalq artisti Aleksandr Şarovskinin vəfatı ilə bağlı paylaşım edib

Bütün xəbərlər