{category-title}

<!-- x-tinymce/html -->

BİZİM TƏQVİM: Mayın 17-də baş vermiş tarixi hadisələr

1865-ci il 17 mayda Parisdə 20 ölkə nümayəndələrinin iştirakı ilə Beynəlxalq Teleqraf İttifaqı yaradıldı. 1990-cı ildə artıq bu təşkilatın üzvlərinin sayı 166 idi. Hal-hazırda Azərbaycan da bu nüfuzlu qurumun üzvüdür.

Bəs, mayın 17-də dünyada daha hansı hadisələr baş verib?

1. 17 may 1954-cü ildə ABŞ-da qara dərili uşaqların ağ dərili uşaqlarla eyni məktəblərə getmələrinə mane olan qanun ləğv olundu.

2. 17 may 1983-cü ildə ABŞ, İsrail və Livan arasında bağlanan müqaviləyə əsasən İsrail ordusu Beyrutdan geri çəkildi.

3. 1989-cu ilin 17 mayında Pekindəki Tiananmen meydanında siyasi azadlıqlarla əlaqədar aclıq aksiyası keçirən tələbələri dəstəkləmək üçün Çində 1 milyondan çox insan nümayişə çıxdı.  

4. 17 may 1990-cı ildə Bakılı kosmonavt Musa Manarov "Soyuz TM-11" kosmik gəmisində ilk uçuşunu həyata keçirib.

5. 1996-cı ilin bu tarixində  ATƏT-in Lissabon zirvə görüşü işə başlayıb. Həmin görüşdə Ermənistanın işğalçılıq siyasətini pisləyən sənəd qəbul edilib.

6. 2000-ci il 17 may tarixində “Qalatasaray” UEFA kubokunu qazanan ilk Türk futbol komandası oldu.

7. 17 may Beynəlxalq Uşaq Qaynar Xətləri Günüdür. Mayın 17-də dünyanın əksər  ölkələrində Beynəlxalq Uşaq Qaynar Xətləri Günü “Uşaqları birləşdiririk” devizi altında qeyd olunur.

Dünyada fəaliyyət göstərən uşaq qaynar xətləri il ərzində 11,4 milyon zəng qəbul edir. Bu xidmətin uşaqların həyatında mühüm rol oynadığını nəzərə alaraq, 80-dən artıq ölkədə fəaliyyət göstərən uşaq qaynar xəttini birləşdirən Beynəlxalq Uşaq Qaynar Xətləri (BUQX) təşkilatı yaradılmışdır.

2006-cı ildən Azərbaycan Uşaq Qaynar Xətt Xidməti (AUQXX) baş qərargahı Hollandiyanın Amsterdam şəhərində yerləşən BUQX təşkilatının tamhüquqlu üzvüdür.

17 mayda həm də bu tarixi şəxsiyyətlər xatırlanır:

1. 17 may 1880-ci il tarixində Türk yazıcı, şair, dövlət xadimi Ziya Paşa həyatını itirdi.

2. Azərbaycanın görkəmli yazıçısı, dramaturq və ictimai xadim Əbdürrəhim bəy Haqverdiyev 1870-ci ilin bu günü dünyaya gəlib. Əbdürrəhim bəy Haqverdiyevin dramaturgiyası Azərbaycan teatrının inkişafında mühüm rol oynayıb. (1870-1933)

3. Tanınmış fransız yazıçısı Anri Barbüs 1873-cü il 17 mayda anadan olub.  Anri Barbüs 1927-ci ildə Azərbaycanda olub və “Neft ölkəsində” adlı məqaləsini yazıb. (1873-1935)

4. Azərbaycan qrafik rəssamı, Azərbaycan SSR əməkdar incəsənət xadimi Əmir Hacıyev 17 may 1899-cu ildə dünyaya gəlib.

5. Məşhur fransız aktyoru Jan Qaben 1904-cü ildə anadan olub.

6. Rəqqasə, xoreoqraf-baletmeyster, Azərbaycan Respublikasının xalq artisti Roza Cəlilova 17 may 1929-cu ildə dünyaya gəlib.

7. Azərbaycanın Milli Qəhrəmanı Şahlar Şükürov 17 may 1952-ci ildə dünyaya göz açıb.

8. Azərbaycanın Milli Qəhrəmanı Eldar Ağayev 17 may 2013-cü ildə vəfat edib. (Bizim.Media)

Son xəbərlər

Tokayev: Qazaxıstan TDT çərçivəsində əməkdaşlığın inkişafına böyük əhəmiyyət verir

Gəncədə iki avtomobil toqquşub, xəsarət alanlar var

Bakıda kirayə yaşadığı evdən 8 min manatlıq oğurluqda şübhəli bilinən şəxs saxlanılıb

Georgi Kondruseviç "Naxçıvan" komandasının baş məşqçisi təyin edilib

İlham Əliyev Sərəncam İMZALADI

Gənclər təşkilatları üçün 100 min manatadək qrant müsabiqəsi elan edilib

İlham Əliyev Qaradağda kağız və gigiyenik məhsulların istehsalı müəssisəsinin açılışında iştirak edib

AIDA və TİKA Anlaşma Memorandumu imzalayıb

Prezident büdcədənkənar vəsaitlərdən istifadə ilə bağlı fərman imzalayıb

Kolleclərin boş qalan yerlərinə ixtisas seçimi bu gün başa çatır

"Sabah" bu gün "Mançester Yunayted"lə üz-üzə gələcək

Tramp nüvə obyektindəki fəallığa görə İranı zərbə endirməklə hədələyib

Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç karvanları yola salınıb

Daha bir tibb müəssisəsi kök hüceyrələrinin transplantasiyasını həyata keçirəcək

Sabah Zərdabda suyun verilişində məhdudiyyət olacaq

Özəl bağçalara uşaqların qeydiyyatı başlayır

FHN Şəkidə ölümə səbəb olan qurğuya nəzarətin onların səlahiyyətinə aid olmadığını bildirib

İran parlamentinin sədr müavini: Oman Sultanı Hörmüz boğazı üzrə razılaşmanı qəbul edib

İlham Əliyev Xalq artisti Aleksandr Şarovskinin vəfatı ilə bağlı nekroloq imzalayıb

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə arpa və buğda göndəriləcək

Bakı Limanı: İlin sonunadək Xəzərdə dəniz dibinin dərinləşdirilməsi istiqamətində işlərə başlanılacaq

Bağçaya növbəyə yazılma prosesinə başlanılır

Rusiya və Ukrayna arasında qarşılıqlı hücumlarda tələfat barədə məlumat açıqlanıb

Mehriban Əliyeva Xalq artisti Aleksandr Şarovskinin vəfatı ilə bağlı paylaşım edib

Bütün xəbərlər