{category-title}

BİZİM TƏQVİM: 29 mayda dünyada NƏLƏR olub?

29 may 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti hökuməti Antanta dövlətlərinin təzyiqi ilə qədim Azərbaycan şəhəri olan İrəvanı ətrafındakı təqribən 9,5 min kvadratkilometr torpaqla birlikdə ermənilərə güzəştə gedib. Bununla da Şimali Azərbaycan torpağında - keçmiş İrəvan xanlığının ərazisində erməni dövləti yaradılıb.

Xatırladaq ki, Türkmənçay (1828) və Ədirnə (1829) müqavilələrinə əsasən, çar Rusiyası İran və Osmanlı imperiyası ərazisində yaşayan ermənilərin kütləvi surətdə Şimali Azərbaycan torpaqlarına, əsasən İrəvan, Naxçıvan, Qarabağ xanlıqlarının ərazisinə və indiki Gürcüstanın azərbaycanlılar yaşayan bölgələrinə köçürülməsinə başlayıb. 1828-ci il fevralın 26-dan iyunun 11-dək İrandan İrəvan, Naxçıvan və Qarabağ xanlıqlarının ərazisinə 8249 erməni ailəsi (40 min nəfər), bundan az sonra isə Osmanlı dövləti ərazisindən Şimali Azərbaycan torpaqlarına 90 min nəfərdən çox erməni köçürülüb.

Bəs, mayın 29-da dünyada daha hansı hadisələr baş verib?

1. 1176-cı il 29 mayda Milanın yaxınlığındakı Lenyano şəhəri ətrafında gedən döyüşdə italiyalılar Roma imperatoru I Fridrix Barbarossanın qoşunlarını darmadağın etdilər.  İtaliya tarixinin bu əlamətdar hadisəsi şərəfinə bəstəkar Cüzeppe Verdi “Lenyano ətrafında döyüş” operasını yazıb.

2. 1453-cü il mayın 29-da Osmanlı Sultanı Mehmet Şərqi Roma, o cümlədən Bizans imperiyalarının min illik tarixi paytaxtı olmuş Konstantinopolu fəth etdi. Bu zəfərdən sonra o, Fateh Sultan Mehmet adını qazandı, Konstantinopol isə İstanbul adlandırıldı. İstanbulun fəthi ilə Orta əsrlər sona çatdı.

3. 29 may 1555-ci ildə Səfəvi dövləti ilə Osmanlı imperatorluğu arasında Amasya sülh müqaviləsi imzalanıb. Səfəvi-Osmanlı müharibəsinin (1514-1555) birinci mərhələsi başa çatıb. Qərbi Gürcüstan (İmeretiya, Meqreliya, Quriya) Osmanlının, Gürcüstanın şərq vilayətləri və Qərbi Azərbaycan (indiki Ermənistan), eləcə də şimallı-cənublu bütün Azərbaycan torpaqları Səfəvi dövlətinin tərkibinə keçib.

4. 1963-cü ilin 29 mayında Pakistanda güclü qasırğa baş verib. Təbii fəlakət nəticəsində 10 min nəfər həyatını itirib.

5. 29 may 1873-cü ildə çar Rusiyası Xivə xanlığını özünə birləşdirib. Bir qədər əvvəl Buxaranın işğalı hərbi toqquşmalarla müşayiət olunsa da, Xivənin ələ keçirilməsinə yerli əhali faktiki müqavimət göstərmədi.

6. 1948-ci il mayın 29-da BMT Təhlükəsizlik Şurasının qərarı ilə ilk sülhməramlı xidmət təşkil olundu.

7. 2002-ci ildən başlayaraq 29 may Beynəlxalq Sülhməramlılar Günü kimi qeyd edilir.

8. 29 may 1953-cü ildə Yeni Zelandiya alpinisti Edmund Hillari və Nepaldan olan Tenzinq Norqay Everest zirvəsinə (8850) qalxan ilk insanlar oldular.  

9. 1985-ci ilin 29 mayında Avropa Çempion Klublar Kuboku uğrunda “Liverpool” ilə “Juventus” arasında Belçikanın Heysel stadionunda oynanılan final matçında ingilis xuliqanları italıyalı azarkeşlərə hücum etdilər. Tribunanın çökməsi nəticəsində çoxu İtaliyadan olmaqla 41 nəfər həyatını itirdi. Buna baxmayaraq, matç axıradək oynanıldı və kuboku “Juventus” qazandı. İngiltərənin o zamankı baş naziri Marqaret Tetçerin  tələbi ilə UEFA “Liverpool”u 5 il müddətinə Avropa kuboklarından uzaqlaşdırdı.  

10.  29 may 1993-cü ildə neonasistlər Almaniyanın Solingen şəhərində yaşayan bir Türkiyə ailəsinin evini yandırdı. "Solingen faciəsi” olaraq xatırlanan bu yanğında beş türk həyatını itirdi.

29 mayda həm də bu tarixi şəxsiyyətlər xatırlanır.

1. Bu gün Azərbaycanın tanınmış incəsənət xadimi, böyük teatr rəssamı Nüsrət Fətullayevin anadan olmasının ildönümüdür. O, uzun illər Azərbaycan Dövlət Dram Teatrında baş rəssam olaraq çalışıb, onlarla tamaşaya tərtibat verib. (1913-1988)

2. Azərbaycanın igid oğlu İsrafil Məmmədov 1919-cu il 29 mayda Gəncədə dünyaya gəlib.

İkinci Dünya Müharibəsi zamanı faşist işğalçılarına qarşı döyüşlərdə dəfələrlə mərdlik və qəhrəmanlıq göstərən İ.Məmmədov 1941-ci il dekabrın 3-də Novqorod yaxınlığındakı Pustınka kəndində baş vermiş amansız savaşda şəxsən özü 70 faşist əsgəri və 3 zabitini məhv edib. Bu hünərə görə İsrafil Məmmədova Sovet İttifaqı Qəhrəmanı adı verilib. (1919-1946)3. Azərbaycan neft yataqlarının ilk kəşfiyyatçılarından olan tanınmış neft ustası Yusif Kərimov 1925-ci ilin bu günü anadan olub. 1963-cü ildə onun başçılığı ilə Səngəçal-Duvannı dəniz neft yataqları, 1970-ci ildə isə Muradxanlı yatağı kəşf edilib. (1925-1995)

4. 29 may Azərbaycanın tanınmış rəssam və aktyoru Elçin Məmmədovun doğum günüdür. Bakı və Moskva dövlət muzeylərində dəfələrlə sərgiləri keçirilən rəssam 100-dən çox əsərə, o cümlədən, “Dədə Qorqud”, “Koroğlu”, “Azərbaycan nağılları”, “Xəyyam” kitablarına tərtibat verib. Həm də istedadlı aktyor olan Elçin Məmmədov “Yeddi oğul istərəm”, “Dədə Qorqud”, “Dantenin yubileyi”, “Çətirimiz buludlardır” filmlərində  yaddaqalan obrazlar yaradıb. (1946-2001)

5. 29 may 1874-cü ildə İngilis yazıçısı, filosof, jurnalist Gilbert Çesterton (1874-1936) anadan olub. Əsərləri: “Əbədi insan”, “Şar və xaç”, “Uçan meyxana” və s.

6. 29 may 1953-cü ildə Rusiyanın Xalq artisti Aleksandr Abdulov (1953 – 3.1.2008) anadan olub.

Bizim.Media

 

Son xəbərlər

Sahibə Qafarova Kamboca Senatının sədr müavini ilə əməkdaşlığı müzakirə edib

Amsterdamda idman zalında partlayış baş verib, dağıntılar altında qalanlar var

FHN: Qəbələdəki zəlzələdə dağıntı və tələfat olmayıb

Xüsusi qabiliyyət imtahanlarına start verilir

Azərbaycanda sosialyönümlü xərclərin tərkibinə yenidən baxılması təklif olunur

Milli Məclisin iclası başlayıb

Ağdaşda avtomobili ildırım vurub, yanğın olub

Həftəsonu 15 min 700-dən çox bakalavr imtahan verəcək

Azərbaycan XİN Rusiyanı təbrik etdi

DÇ-də epidemiya ilə bağlı - Xəbərdarlıq

Paşinyandan Moskvaya cavab - “Qiyməti qaldırsalar, müqaviləni pozacaqlar”

AmCham Azərbaycan “Technovation by PMI” Forumuna həmtəşkilatçılıq edib

Bu il 116 550 şagird məzun olur

İmtahan nəticələri bu tarixdə AÇIQLANACAQ

Göygöldə 2 nəfər göldə boğularaq ölüb

Bakıda obyektdə yanğın başlayıb

Kənan Doğulu, Beren Saat və daha 20 nəfər narkotikə görə saxlanılıb

Portuqaliya - Nigeriya matçından əvvəl azarkeş vəfat edib

Bakıda "Qazel"lə motosiklet toqquşub, ölən var

ABŞ-İran qarşıdurması "Qara qızıl"ı bahalaşdırıb

DTX tərəfindən saxlanılan Saleh Səmədovun cinayət işi üzrə məhkəmə iclası keçirilib

Nazir müavini: Təhlükə məişət mühiti ilə məhdudlaşmır, virtual məkan da ciddi risk mühitinə çevrilib

Emin Əmrullayev: Uşaqların 50%-i sosial mediadan informasiya əldə edir

Sosial şəbəkədə yaş qadağasının yoxlanılması qaydası açıqlanıb

Bütün xəbərlər