{category-title}

 Azərbaycanda dünya ulduzlarının yer alacağı tarixi bədii filmin hazırlıqlarına başlanılıb

 

"Run Group" şirkətinin media layihəsi olan "Run Film" şərti adı "İrəvan xanlığı" olan tarixi janrda bədii filmin çəkilişi üçün hazırlıqlara başlayıb. 

Filmin istehsalı üçün xaricdən ən müasir texniki avadanlıqlar gətiriləcək. "İrəvan xanlığı" filminin ərsəyə gəlməsi üçün bir sıra ölkələrin, o cümlədən Türkiyə, İran, İsveç, İsrail və ABŞ-dan şirkətlər cəlb olunacaq. Bununla bağlı artıq müvafiq müqavilələr də bağlanıb.

Növbəti mərhələdə böyük bir ərazidə İrəvan qalasının maketi qurulacaq, eyni zamanda müvafiq qurumlar tərəfindən təsdiqlənmiş layihə əsasında böyük pavilyonda İrəvandakı xan sarayının identik modeli inşa ediləcək.

Filmin baş prodüseri Rəşad Cəfərov, baş rejissoru isə Namiq Ağayevdir. Filmdə tanınmış azərbaycanlılarla yanaşı bir sıra tanınmış əcnəbi aktyorlar da rol alacaq. Onların arasında Hollivud ulduzlarının olacağı istisna deyil.

"İrəvan xanlığı" filmində yanlışlıqlara yol verilməməsi və onun ən yüksək səviyyədə hazırlanması məqsədilə "Run Film" bir sıra müvafiq dövlət qurumları və elmi təsisatlarla sıx əməkdaşlığını davam etdirəcək.

Tarixi janrda ərsəyə gələcək bədii filmdə 15-20 min nəfərlik kütləvi döyüş səhnələri də yer alacaq. Həmin kadrlar kompüter qrafikasının köməyi ilə deyil, canlı olaraq real insanların iştirakı ilə çəkiləcək.

Film Cənubi Qafqazda baş verən tarixi həqiqətlərin dünyaya çatdırılmasına və erməni yalanlarının ifşa edilməsinə kömək edəcək. Filmin yaradıcıları İrəvan qalasının və xanlığının yaranması tarixçəsini, onun Azərbaycanın digər xanlıqları və xarici dövlətlərlə münasibətlərini geniş əks etdirmək, erməni məsələsinin üstündən isə bir-iki məqamla keçmək niyyətindədirlər. Çünki ermənilərin İrəvana və İrəvan xanlığına, ümumiyyətlə bu bölgəyə heç bir aidiyyətı yoxdur. Ona görə də filmdə erməni məsələsi çox qabardılmayacaq, lakin onların həmin ərazilərə, yəni indiki Ermənistana Rusiya İmperiyası tərəfindən digər yerlərdən köçürüldüyü və erməni xisləti ilə bağlı digər məsələlər mütləq yer alacaq.

Qeyd edək ki, şərti adı "İrəvan xanlığı" olan film "Run Film"in ərsəyə gətirdiyi sayca ikinci bədii film olacaq. Bundan əvvəl isə şirkət "Ol" adlı kinofilmin təqdimatını həyata keçirmişdi. "Run film"in istehsalı olan "Ol"un nümayişinə icazə verilməsi üçün artıq bir neçə ölkədən sifariş daxil olub.

Bundan əlavə, "Run Film" media layihələri çərçivəsində sifariş əsasında reklam, şirkətlərin sıfırdan tanıdılması, brend yaratma və s. fəaliyyətlərlə də məşğuldur. Artıq "Run Film"in istehsal etdiyi bir sıra reklam videoçarxları, eləcə də Azərbaycanın xarici investorlar üçün maraq doğura bilən bölgələri barədə kiçik tanıtım filmləri böyük maraqla qarşılanıb.

Xatırladaq ki, fəaliyyətini Azərbaycanda, əsasən, qeyri-neft sektoruna investisiyaların cəlb olunması istiqamətində quran "Run Group" şirkəti bir sıra sahələrdə ardıcıl uğurlar qazanmaqda davam edir. Şirkət layihələri ilə inkişaf etməkdə olan Azərbaycanın dünyada ən qabaqcıl ölkələr sırasına çıxması üçün öz töhfəsini verməyə çalışır. Bu məqsədlə dünyanın bir sıra ölkələrinin nüfuzlu şirkətləri, fondları, elm, təhsil, tibb müəssisələri ilə sıx beynəlxalq əlaqələr quran şirkət hazırda Azərbaycanda tikinti, turizm, səhiyyə, media və kino sənayesi sektorlarında, həmçinin sosial sahədə genişmiqyaslı layihələr gerçəkləşdirir.

Son xəbərlər

Azərbaycan və Rusiya xarici işlər nazirləri Moskvada görüş keçirirlər

Nazirlər Kabinetində 2029-cu il əhalinin siyahıyaalınmasına həsr olunan iclas keçirilib

Şənbə günü Bakıda 35, rayonlarda 38 dərəcə isti olacaq

İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

İlham Əliyev Omanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

Peter Pelleqrini Bakı haqqında: Qız qalası yaxınlığındakı küçələr xoşuma gəlir

DÇ-2026-nın final oyununu idarə edəcək hakim açıqlanıb

Çin Səfirliyi: Pekin ABŞ-dəki seçkilərə müdaxilə etməyib

Bakının bir sıra yollarında tıxac yaranıb

Bakı–Balakən-Bakı sərnişin qatarının fəaliyyəti müvəqqəti dayandırılacaq

Şabranda 53 yaşlı kişini cərəyan vuraraq öldürüb

Sabah Azərbaycanda 38 dərəcə isti olacaq

BMT: Benqal körfəzində iki qayıq batıb, 500-dən çox Rohinca qaçqını ölüb

Ermənistan hökuməti TRIPP üzrə ABŞ-la çərçivə sazişinin ratifikasiyasını təsdiqləyib

İlham Əliyev Fələstinin Baş nazirini qəbul edib

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

Şəmkirdə 11 nəfər salatdan zəhərləndi

Ukraynanın Rusiyanın Belqorod vilayətinə zərbələri nəticəsində 5 nəfər yaralanıb

"Qarabağ" UEFA Avropa Liqasının I təsnifat mərhələsində cavab oyununa çıxır

"Islamabad Post": IV Şuşa Qlobal Media Forumu ölkələr və mədəniyyətlər arasında körpü olub

Sabahdan Bakıda və rayonlarda külək güclənəcək

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin vəzifələri artırılıb

Bəzi rayonlara leysan yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ

Pelleqrini və Əsədov Slovakiya şirkətlərinin Azərbaycanda iştirakının genişləndirilməsini müzakirə ediblər

Bütün xəbərlər