{category-title}

"Islamabad Post": IV Şuşa Qlobal Media Forumu ölkələr və mədəniyyətlər arasında körpü olub


IV Şuşa Qlobal Media Forumu dünya informasiya məkanında dezinformasiya və etimadsızlığın artması şəraitində dialoq və əməkdaşlıq üçün platforma yaradaraq ölkələr, mədəniyyətlər və müxtəlif baxış bucaqları arasında körpü olub.

Bu barədə "Islamabad Post" nəşrinin məqaləsində qeyd olunub.

Bildirilib ki, sülh quruculuğu, media diplomatiyası və jurnalistikada süni intellektin etik şəkildə tətbiqi məsələlərinin müzakirəsi Azərbaycanın beynəlxalq proseslərin məsuliyyətli iştirakçısı kimi rolunu diqqətə çatdırıb.

Dünyanın müxtəlif ölkələrindən olan ekspertləri və jurnalistləri bir araya gətirən forum transsərhəd etimadın möhkəmlənməsinə və həqiqətə ümumi sadiqliyin formalaşmasına kömək edib.

Nəşrin qiymətləndirməsinə görə, forum təkcə ictimai narrativlərin formalaşmasında kütləvi informasiya vasitələrinin rolunun etirafı deyil, həm də Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın əhəmiyyətli inkişafının əksi olub.

Qeyd olunub ki, Prezident İlham Əliyevin dövründə Azərbaycan dərin transformasiya yaşayıb. İnfrastruktura investisiyalar, enerjinin şaxələndirilməsi və rəqəmsal innovasiyalar da daxil olmaqla iqtisadi baxımdan modernləşmə ölkə inkişafının əsas elementlərindən biri olub.

"Azərbaycan iqtisadiyyatın dayanıqlığını və gələcəyə istiqamətlənməsini təmin edərək, qarşılıqlı əlaqəlilik sahəsində regional lider kimi möhkəmlənməyi bacarıb. İqtisadi inkişafla yanaşı, ölkə rəhbərliyi mədəni dirçəlişə də xüsusi diqqət yetirib. Bir vaxtlar münaqişə nəticəsində dağıdılmış Şuşa bərpa edilib və Azərbaycanın mədəni irsinin və dayanıqlılığının simvoluna çevrilib", - məqalədə vurğulanıb.

Müəlliflərin fikrincə, forumun ən mühüm nailiyyətlərindən biri onun fikir ayrılıqlarını aradan qaldırmaq bacarığı olub. Müxtəlif təcrübəyə malik media nümayəndələri siyasi və mədəni fərqləri aşan müzakirələrdə iştirak ediblər. Belə fikir mübadiləsi tez-tez münaqişələrə və qarşılıqlı anlaşılmazlığa səbəb olan dezinformasiyaya qarşı mübarizə üçün son dərəcə vacibdir.

"Azərbaycanın forumu Şuşada keçirmək qərarı onun barışıq və dialoqa sadiqliyini vurğulayır. Şəhər beynəlxalq ictimaiyyətə mühüm mesaj göndərərək bu gün birlik və əməkdaşlıq simvoluna çevrilib. Bundan əlavə, kütləvi informasiya vasitələrinin işində etika və şəffaflığa diqqət yetirilməsi dezinformasiya dövründə Azərbaycanın həqiqət tərəfdarı kimi imicini gücləndirir", - məqalədə vurğulanıb .

Materialda qeyd edilib ki, Prezident İlham Əliyevin Azərbaycanın gələcəyi ilə bağlı baxışı Şuşa Qlobal Media Forumunun uğurlu olmasında açıq şəkildə özünü göstərir.

"Onun rəhbərliyi nəinki ölkənin inkişafına kömək edib, həm də qlobal müzakirələrdə Azərbaycanın mühüm rolunu təmin edib. Forumun sülh, etimad və həqiqət məsələlərinə diqqət yetirməsi İlham Əliyevin Azərbaycanı Şərqlə Qərb, ənənələr və müasirlik, münaqişə və barışıq arasında körpü kimi mövqeləndirməyə yönəlmiş daha geniş gündəliyinə uyğundur", - məqalədə vurğulanıb.

Müəlliflər, həmçinin bildiriblər ki, IV Şuşa Qlobal Media Forumu müdia nümayəndələrinin beynəlxalq görüşündən daha böyük bir hadisə oldu. Forum Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın tərəqqisinin strateji nümayişinə çevrilib.

Son xəbərlər

Azərbaycan Türkiyədən elektrik məhsullarının idxalına çəkilən xərcləri açıqlayıb

Fransanın Ermənistandakı səfiri dəyişib

Rusiya Donetskdə bir kəndi ələ keçirib

"Sabah" uşaq futbolunun inkişafına dəstək məqsədilə 10 milyon manatlıq maliyyə proqramı yaradacaq

İstanbulda oteldə yanğın: 10-dan çox yaralı var

Media: İranın Xark adasında partlayış olub

Çempionlar Liqası: "Sabah" rəqiblərini Bakı Olimpiya Stadionunda qəbul edəcək

Azərbaycan-Ermənistan normallaşma prosesi: İrəvanın sözü ilə üst-üstə düşməyən əməli - ŞƏRH

Bakı metrosunun yeni stansiyası "20 Sentyabr" adlandırılacaq

Qaqik Tsarukyanın həbs müddəti 2 ay uzadılıb

M7 ekspres marşrutu açılır - “20 Yanvar”dan “Həzi Aslanov”a qədər gedəcək

Sabah bəzi rayonlarda leysan olacaq - XƏBƏRDARLIQ

Sabah Sabunçuda iki yolda nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq

İlham Əliyev İsveçrə və Niderlanda yeni səfirlər təyin edib

Tarixi abidələrə yazılanlar tarixə müdaxilədir

Məktəbli qızı izləyib seksual zorakılıq etmişdi - Bu cəza verildi

Binəqədidə yolun hərəkəti tam məhdudlaşdırılacaq

Şənbə günü 35 dərəcə isti olacaq

Azərbaycandan qaçan vəzifəli şəxs tutuldu - Ölkəyə gətiriləcək

WSJ: Ukrayna Rusiya hava limanlarını sistematik olaraq dronlarla bağlamağı planlaşdırır

Lənkəranda 73 yaşlı kişi nərdivandan yıxılaraq ölüb

Azərbaycan neftinin qiyməti 105 dollara yaxınlaşır

İlham Əliyev Corcia Melonini ən uzun müddət Baş nazir vəzifəsində olması münasibətilə təbrik edib

BİZİM TƏQVİM:4 sentyabrda baş vermiş tarixi hadisələr

Bütün xəbərlər