{category-title}

BİZİM TƏQVİM: 30 mayda baş vermiş tarixi hadisələr

30 may 1918-ci ildə Dünya parlamentlərinə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması haqqında radioqram göndərilib.

Bəs, mayın 30-da dünyada daha hansı hadisələr baş verib?

1. 30 may 1859-cu ildə Britaniyanın fəxri və rəmzi sayılan məşhur Biq Ben saatının zəngi ilk dəfə çalınıb.

2. 30 may 1875-ci ildə Kolumbiyada cəmi 45 saniyə davam edən və 16 min insanın həyatına son qoyan zəlzələ baş verib. Həmçinin zəlzələ ilə eyni vaxtda Kokuto şəhəri yaxınlığında vulkan da püskürüb.

3. 30 may 1905-ci ildə ABŞ-ın Nevada ştatında Las-Veqas şəhərinin əsası qoyulub. Uzun müddət bu şəhər, böyük bir dəmir yolu qovşağı və qərbdən şərqə və geriyə hərəkət edən qatarların yanacaq doldurma, dayanacaq üçün əsas nöqtəsi olub.

4. Bolqarıstan, Serbiya, Yunanıstan və Monteneqro krallıqlarından ibarət Balkan Birliyinin Osmanlı imperiyasına qarşı başladığı Birinci Balkan Müharibəsi 1913-cü ilin 30 mayında sona çatdı.

5. 30 may 1940-cı ildə ABŞ-da neylon corablar satışa çıxıb.

6. 1941-ci ilin 30 mayında İkinci Dünya Müharibəsi ərəfəsində Almaniya Giriti işğal etdi.

7. Müttəfiq qüvvələr İkinci Dünya Müharibəsinin ən böyük hava hücumlarından birini 1942-ci ilin 30 mayında Almaniyanın Köln şəhərinə etdilər. Təxminən 1000 qırıcı təyyarənin borbardmanında Köln yerlə-yeksan oldu.

8. Fransada universitet tələbələri tərəfindən başlanan və onlara fəhlələrin dəstəyilə davam edən “68 hadisələri” 1968-ci ilin 30 mayında ölkə prezidenti Şarl de Qollun parlamenti buraxması və seçki vədi ilə nətəcələndi.

9. 30 may 1991-ci ildə erməni təxribatçılarının Azərbaycana qarşı növbəti terror aktı baş verib. Dağıstanın Xasavyurt stansiyası yaxınlığında Moskva-Bakı sərnişin qatarında törədilən partlayış nəticəsində 11 nəfər həlak olub, 22 nəfər yaralanıb.

10. 30 may 1992-ci ildə Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurası tərəfindən Serbiyaya Bosniyadakı hücumları dayandırması üçün sanksiya tətbiq olundu.

11. 30 may- 1992-ci ildən Beynəlxalq İqlim Günü qeyd olunur.

12. 1993-cü ildən BMT Baş Assambleyasının qərarına əsasən 30 may Beynəlxalq Ailə Günü qeyd olunur.

30 mayda həm də bu tarixi şəxsiyyətlər xatırlanır:

1. 1431-ci ilin bu günü işğalçılara qarşı mübarizənin lideri, Fransanın xalq qəhrəmanı Janna Dark (Jeanne d'Arc) “cadugərlik cinayəti” maddəsilə mühakimə edildi və yandırıldı (1412-1431).

2. 30 mayda görkəmli ingilis dramaturqu Kristofer Marlonun xatırlanır. O, 1593-cü ilin bu günü qəlyanaltıda yumruq davası zamanı faciəli şəkildə həlak olub.

3. Fransa inqilabı və maarifçilik hərəkatına böyük töhfəsi olan, Volter adı ilə tanınan yazıçı və filosof Fransua Mari Aruye 1778-ci ilin 30 mayında 84 yaşında dünyasını dəyişib. (1694-1778)

4. 30 may 1862-ci ildə böyük satirik şair, maarifçi və mütəfəkkir Mirzə Ələkbər Sabir (1862 – 12.7.1911) Şamaxıda doğulub. “Molla Nəsrəddin” jurnalında fəaliyyəti şairin yaradıcılığının ən yetkin, məhsuldar dövrüdür. Ölümündən sonra (1912) şeirləri “Hophopnamə” adlı topluda nəşr olunub.

5. 30 may 1930-cu ildə şair, publisist, Əməkdar mədəniyyət işçisi Fikrət Sadıq (1930 – 16.11.2016) Şamaxı şəhərində anadan olub. Uşaqlar üçün əsərlərin müəllifidir. Kitabları: “İşığın yaşı”, “Ağ cığır”, “Gözlədiyim ömür” və s.

6. 30 may 1948-ci ildə Xalq rəssamı Tahir Tahirov (1948 – 12.9.2019) Bakıda anadan olub. Akademik Opera və Balet Teatrında quruluşçu rəssam işləyib, filmlərdə (“Cavad xan”, “Sübhün səfiri” və s.) geyim rəssamı olub.

7. 30 may 1967-ci ildə tanınmış aktyor, rejissor, Əməkdar incəsənət xadimi İsmayıl Əfəndiyev (10.8.1910 – 1967) vəfat edib.

8. Bu gün görkəmli bəstəkar, ictimai xadim Rauf Hacıyevin doğum günüdür (1922-1995). Azərbaycan SSRİ xalq artisti, bəstəkar və Azərbaycan SSR mədəniyyət naziridir (1965-1971). Sovet rəhbərliyinin təşəbbüsü ilə o, Afrika qitəsində incəsənət məsələləri üzrə baş məsləhətçi kimi Əlcəzairə göndərilib və orada 8 il işləyib. Əlcəzairdə musiqi, rəqs və teatr akademiyalarının yaradılmasında iştirak edib.

Bizim.Media

Son xəbərlər

Bazar gününə olan hava proqnozu açıqlanıb

MİQ üzrə nəticələr açıqlanıb

İlham Əliyev İsveçrə Prezidentini milli bayramları münasibətilə təbrik edib

2016-cı ildə Ərdoğana qarşı sui-qəsd cəhdinin iştirakçısı Muğlada saxlanılıb

Yol polisi həftəsonu səfərə hazırlaşan sürücülərə müraciət edib

Azərbaycan neftinin qiyməti 3 %-dən çox artıb

İlham Əliyevin sosial media hesablarında Azərbaycan Əlifbası və Dili Günü ilə bağlı paylaşım edilib

Xalq şairi Nəriman Həsənzadə vəfat edib

Çolpon-Ata Bəyannaməsi: Azərbaycan və Mərkəzi Asiya yeni strateji mərhələdə - ŞƏRH

Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiya yaradılacaq

Maliyyə Nazirliyi iyulda 4 depozit hərracı keçirib

Magistratura üzrə plan yerləri niyə boş qalıb?

Məleykə Abbaszadə: Keçid ballarının artacağı gözlənilir

İssık-Kul gölünün sahilində "Baku Resort & Spa" mehmanxanasının açılışı olub

Finlandiya İspaniya ilə bağlı Şengen sazişinin fəaliyyətini dayandırmağa çağırıb

Sabah 39 dərəcə isti olacaq

Ukrayna Volqoqrad NEZ, Taman limanı və Krımdakı aviasiya zavodunun vurulduğunu açıqlayıb

Azərbaycan avrokubokların II təsnifat mərhələsində ən yüksək reytinq əmsalı toplayan ölkələrdən olub

Bazar günü 1125 nəfər dövlət qulluğuna qəbul imtahanı verəcək

Qırğızıstan tezliklə Azərbaycanla neft məhsullarının tədarük həcmlərinin razılaşdırılacağını gözləyir

Sahibə Qafarova Cənubi Afrika Respublikasında səfərdədir

Azərbaycan və Qırğızıstan arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə imzalanıb

Dünya çempionatı: Azərbaycanın 5 sərbəst güləşçisi bu gün mübarizəyə qoşulacaq

Prezident Mərakeş Kralını təbrik etdi

Bütün xəbərlər