{category-title}

BİZİM TƏQVİM: 27 mayda dünyada nələr olub?

2018-cı il mayın 20-dən 27-nə qədər Naxçıvanda Azərbaycan və Ermənistan arasında silahlı toqquşma olub. Əlahiddə Ümumqoşun Ordusunun əks-həmlə əməliyyatı nəticəsində Şərur rayonunun Günnüt kəndi, "Ağbulaq" yüksəkliyi, Qızılqaya dağı, Qaraqaya azad olunub, Dərələyəz mahalının Arpa kəndi isə Azərbaycan ordusunun nəzarəti altına keçib.

Döyüşlər nəticəsində, ümumi olaraq, 11,000 hektarlıq ərazi azad olunub. Əməliyyat Azərbaycan Silahlı Qüvvələrinə İrəvan-Yeğeqnadzor- Gorus-Laçın-Xankəndi avtomobil yoluna nəzarət etməyə imkan verib.

Bəs, mayın 27-də dünyada daha hansı hadisələr baş verib?

1. 1703-cü ildə Rusiya çarı I Pyotrun təşəbbüsü ilə Sankt-Peterburq şəhərinin əsası qoyulub. 1914-cü ilin avqustundan bu şəhər Petroqrad, Sovet hakimiyyəti illərində Leninqrad adlandırılıb. 1990-cı ilin əvvəllərində şəhərin ilkin adı bərpa olunub.

2. Rusiya ilə Yaponiya arasında Şərqi Asiya hökmranlığı üstündə çıxan savaşda - Tsushima Dəniz Müharibəsində Yaponiya Donanması 1905-ci ilin 27 mayında Rusiyanın Sakit Okean Donanması, ondan sonra bölgəyə göndərilən Baltik Donanmasını məhv edib. Bu nəticə Rusiya çarlığının süqutu prosesinə yol açan donanma üsyanlarının başlanmasına səbəb olub.

3. 27 may 1918-ci ildə Transqafqaz Seyminin buraxılması ilə əlaqədar yaranmış böhranlı vəziyyəti müzakirə etmək üçün seym fraksiyasına daxil olan Azərbaycan nümayəndələrinin fövqəladə iclası keçirilib. İclasda Azərbaycanın idarə olunması ələ alındı və Məhəmməd Əmin Rəsulzadənin sədrliyilə Azərbaycan Müvəqqəti Milli Şurası elan edilib. Müxtəlif sahələrdə işlərə rəhbərlik etmək üçün Milli Şuranın 9 nəfərdən ibarət icraiyyə orqanı yaradılıb və Fətəli xan Xoyski yekdilliklə onun sədri (baş nazir) seçilib.

4. 1960-cı ilin 27 mayında Türkiyədə hərbi çevriliş baş verib. Nəticədə prezident Cəlal Bayar və Adnan Menderes hökuməti vəzifələrindən kənarlaşdırılıblar.

5. 1992-ci il 27 mayda Milli Məclis Azərbaycan respublikasının dövlət himnini təsdiq edib. Müstəqil dövlətin himninin müəllifi dahi bəstəkar Üzeyir Hacıbəyovdur. Himnin mətni isə görkəmli Azərbaycan şairi Əhməd Cavada məxsusdur.

6. SSRİ-dəki əmək düşərgələri (kolxoz, sovxoz və s.) haqqında kitabından sonra - 1974-cü ildə ölkədən sürgün edilən yazıçı Aleksandr Soljenitsin 20 il sonra – 1994-cü ilin 27 mayında geri qayıtdı.

7. 27 may 2001-ci ildə 53 ölkə Afrika Birliyini qurub.

8. 27 may - Beynəlxalq Rəqs Günüdür. Beynəlxalq Teatr İnstitutu və UNESCO ortağı QHT Beynəlxalq Rəqs Komitəsi tərəfindən 1982-ci ildə tanıdılıb və hər il 29 apreldə qeyd edilir.

27 mayda həm də bu tarixi şəxsiyyətlər xatırlanır.

1. Bu gün dahi skripkaçı, musiqidə romantizmin banisi Nikkola Paqanininin xatirə günüdür. Paqanini 1840-cı ilin 27 mayında 58 yaşında Nitsa şəhərində vəfat edib. Lakin dini fikirlərinə görə Roma Papası görkəmli bəstəkar və ifaçının İtaliyada dəfn olunmasına icazə verməyib. Uzun illərdən sonra onun cənazəsinin qalıqları Parmaya köçürülüb. (1782-1840)

2. 27 may müasir bakterologiya və epidemiologiyanın banisi, alman mikrobioloqu Robert Koxun xatirə günüdür. Alim 1910-cu ilin bu günü 67 yaşında Baden-Baden şəhərində vəfat edib. (1843-1910)

3. Türkiyədə ötən əsrin görkəmli ilahiyyatçılarından olan Məhəmməd Hamdi Yazır 1942-ci ilin 27 mayında 64 yaşında vəfat edib. Onun tanınan ən mühüm əsəri 9 cilddən ibarət Quranın "Elmalılı Tefsiri"dir. (1878-1942)

4. 1956-cı ilin 27 mayında Azərbaycanın görkəmli şairi Səməd Vurğun vəfat edib (1906- 1956). S.Vurğun Azərbaycanın ilk Xalq şairi, Azərbaycan SSR-in Əməkdar İncəsənət Xadimi fəxri adlarına layiq görülüb. S.Vurğun Azərbaycan Yazıçılar İttifaqının sədri, Azərbaycan SSR Elmlər Akademiyasının həqiqi üzvü və vitse-prezidenti, Azərbaycanın Xarici Ölkələrlə Mədəni Əlaqə Cəmiyyətinin sədri olub.

5. Azərbaycanın xalq şairi, nasir, publisist Söhrab Tahir 27 may 1926-cı ildə anadan olub.

6. Azərbaycanın Milli Qəhrəmanı Maşallah Abdullayev 27 may 1950-ci ildə dünyaya gəlib. (Bizim.Media)

Son xəbərlər

Aktau qəzası: Prinsipial mövqe və siyasi dialoq nəticə verdi - Rusiya kompensasiya ödəyəcək - ŞƏRH

Azərbaycan-Aİ münasibətlərinin perspektivi müzakirə edilib

Əli Abdullahi: Hörmüzün blokadaya alınması ABŞ və İran arasında atəşkəsin pozulmasına səbəb olacaq

Bəqayi: İran və region ölkələri Hörmüz boğazının təhlükəsizliyini təmin edə bilər

Ceyhun Bayramov İsveçrə dövlət katibinin müavinini qəbul edib

Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin iclası keçirilib

Ərdoğan: Türkiyə ABŞ ilə İran arasında atəşkəsin uzadılması üçün təkliflər verir

Latviya Prezidenti gələn həftə Azərbaycana səfər edəcək

"Araz Saatlı"nın rəsmisi futbolçuları və hakimləri təhdid etdiyinə görə 5 oyunluq cəzalandırılıb

Binəqədidə mebel sexinin fəaliyyəti dayandırılıb - VİDEO

Yeni 100 manatlıq dövriyyəyə buraxılır - FOTO

Xaricdə oxumaq istəyənlərin nəzərinə!

Akademik Zərifə Əliyevanın anım günüdür

Bu gün İstanbulda Parlamentlərarası İttifaqın 152-ci Assambleyası işinə başlayır

İsrail ordusu Livanın cənubunda müdafiə mövqelərini möhkəmləndirir

Rusiya XİN: Azərbaycan rusiyalıların İrandan təxliyəsində əhəmiyyətli yardım göstərib

Ceyhun Bayramov Mixail Qaluzin ilə görüşüb

Azərbaycanda nikah və boşanmaların sayı azalıb

Azərbaycan alimentlə bağlı qərarların beynəlxalq səviyyədə icrası mexanizminə qoşulur

Bakıda binada partlayış olub, ölən və xəsarət alanlar var

KİV: Rusiya Teleqramdakı bloklanmanı yumşaltmaq qərarına gəlib

“Space” TV-nin baş direktoru işdən çıxarıldı

Azərbaycanda beynəlxalq qurum təsis olunur

"WSJ": Səudiyyə Ərəbistanı ABŞ-nin Hörmüz boğazının blokadasından imtina etməsinə çalışır

Bütün xəbərlər