{category-title}

Gündəm / Kriminal
11.08.2025, 08:59
Hacıqabulda traktorla minik avtomobili toqquşub, xəsarət alanlar var
<!-- x-tinymce/html -->

Hacıqabul rayonunda traktorla minik avtomobili toqquşub.
Hadisə Abdulabad kəndi ərazisində qeydə alınıb.
Belə ki, “QAZ-31” markalı avtomobillə traktor toqquşub.
Qəza nəticəsində Abdulabad kənd sakinləri; 1984-cü il təvəllüdlü Qasımov Elnur Sakit oğlu, 1993-cü il təvəllüdlü Babayev Bayram Müslüm oğlu və 2016-cı il təvəllüdlü Babayev Müslüm Bayram oğlu müxtəlif xəsarətlər alıblar.
Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıblar.(Report)
Faktla bağlı araşdırma aparılır.