{category-title}

<!-- x-tinymce/html -->

Milli Məclis Belçika Nümayəndələr Palatasının Azərbaycana qarşı qətnaməsini rədd edib

Azərbaycan parlamenti Belçika Nümayəndələr Palatasının qətnaməsinə münasibət bildirib.

Milli Məclisdən "Report"a daxil olan məlumatda bildirilib ki, qanunverici orqan Belçika Nümayəndələr Palatasının iyulun 17-də qəbul etdiyi birtərəfli və qərəzli qətnamə ilə əlaqədar kəskin etirazını bildirir və qətnamədə Azərbaycana qarşı irəli sürülən əsassız ittihamları qətiyyətlə rədd edir.

Qeyd olunub ki, yoxlanılmamış, yanlış və birtərəfli məlumatlar üzərində qurulan bu sənədin müəllifləri son dövrdə Cənubi Qafqaz regionunda təşəkkül tapmış siyasi, hüquqi və humanitar şəraiti görməzdən gəlir, beynəlxalq hüquq prinsiplərinə və normalarına etinasızlıq göstərir, hər bir parlamentin rəhbər tutmalı olduğu ədalət və obyektivlik meyarlarını saya salmırlar.

Diqqətə çatdırılıb ki, qətnamədə Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etmək kimi qanuni və suveren hüququ, əslində inkar edilir. Bildirilir ki, 2023-cü ilin sentyabrında Azərbaycanın həyata keçirdiyi antiterror əməliyyatı yalnız Qarabağ ərazisində fəaliyyət göstərən Ermənistan ordusunun qalıqlarına və qeyri-qanuni silahlı dəstələrə qarşı yönəlmişdi və beynəlxalq hüquqa tam uyğun idi. Bu əməliyyatın gedişində heç bir mülki şəxsə ziyan vurulmayıb, dini və ya mədəni abidələr zədələnməyib.

Sənəddə vurğulanıb ki, Belçika parlamenti üzvlərinin Azərbaycanı “müharibə cinayətlərində” və “insan hüquqlarının pozuntularında” ittiham etmək cəhdləri əsassızdır və siyasi motivlərlə bağlıdır:

"Qətnamədə Azərbaycan torpaqlarının Ermənistan silahlı qüvvələri tərəfindən 30 il ərzində işğal altında saxlanılmasının, bu dövrdə dinc azərbaycanlı əhaliyə qarşı törədilmiş çoxsaylı cinayətlərin, soyqırımı aktlarının, etnik təmizləmə nəticəsində 750 min azərbaycanlının öz vətənində didərgin salınmasının, şəhər və kəndlərimizin dağıdılmasının, milli, mədəni, dini və tarixi mirasımızın talan və təhqir edilməsinin üzərindən sükutla keçilib. Əvəzində isə öz torpağında sülhü və ədaləti bərqərar etməyə çalışan Azərbaycan haqsız hücumlara məruz qoyulub".

Qətnamənin “qanunsuz həbslər” ilə bağlı hissəsinə gəlincə, Azərbaycan parlamentinin münasibətində xatırladılıb ki, hazırda Bakıda məhkəmə istintaqına cəlb edilən erməni milliyyətli şəxslər Azərbaycan ərazisində hərbi təcavüz, müharibə cinayətləri, zorakılıqla yoxa çıxarma, işgəncə vermə, terrorçuluq və s. kimi cinayətlər törətməkdə təqsirləndirilirlər:

"Onların müvafiq hüquqları təmin edilir, məhkəmə prosesi şəffaf aparılır və amansız rəftarla bağlı heç bir şikayət yoxdur. Bunun əksinə olan iddiaların irəli sürülməsi suveren dövlətin daxili işlərinə qarışmaqdan başqa bir şey deyil.

Bu da təəssüflə qeyd edilməlidir ki, qətnamədə Ermənistandan kütləvi surətdə deportasiya edilmiş və ya zorla qovulmuş yüz minlərlə azərbaycanlının dinc yolla ata-baba torpaqlarına qayıtmaq hüququnu nəzərdə tutan “Qərbi Azərbaycan” anlayışı ilə bağlı təxribatçı və yanlış təfsirə yol verilmişdir. Bu anlayış tarixi yaddaşına sadiq olan xalqımızın haqq-ədalət istəyini ifadə edir və beynəlxalq hüquqa tam uyğundur".

Qanunverici orqan əlavə edib ki, qətnamədə bəyan edilmiş məqsədlərə zidd olaraq, bu sənəd sülh yaradılması səylərinə heç də kömək göstərmir:

"Son vaxtlar sülh gündəliyinin irəli aparılması üçün ciddi addımların atıldığı bir şəraitdə Belçika, İsveçrə kimi ölkələrin parlamentlərində, Avropa Parlamentində erməni diasporu ilə əlaqəsi olan qüvvələr sülh prosesini pozmağa, regionda yeni gərginlik ocağı yaratmağa çalışırlar".

Azərbaycan Milli Məclisi Belçika Nümayəndələr Palatasının üzvlərini obyektiv yanaşmaya əsaslanmayan bu cür sənədlərin qəbulu praktikasından əl çəkməyə, beynəlxalq hüquq prinsiplərinə və normalarına, regionun bütün xalqlarının hüquqlarına hörmətlə yanaşmağa, vəziyyəti gərginləşdirə bilən addımlardan çəkinməyə çağırıb.

Son xəbərlər

Gələn il Xocalının Xanyurdu kəndində 93 ev təmir və bərpa olunacaq

Azərbaycanda ən çox alimenti BU ŞƏHƏRDƏ verirlər

İsrail Qəzzada hərbi əməliyyatı genişləndirir

Şair-publisist Soltan Abbas vəfat edib

Zelenski Rusiyanın Ukrayna ərazisinə 300-dən çox dron və 30 raket buraxdığını bildirib

ATİAHİ fəaliyyətini Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı adı ilə davam etdirəcək

"Qarabağ"ın Çempionlar Liqasındakı rəqibi yeni futbolçu transfer edib

Dünya bazarlarında neft ucuzlaşıb

Milli Məclis Belçika Nümayəndələr Palatasının Azərbaycana qarşı qətnaməsini rədd edib

Azərbaycanda 9 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib

İlham Əliyev Xanyurdu kənd sakininə: Daha heç kim bizi bu yerlərdən çıxara bilməz

Prezident İlham Əliyev Xocalının Xanyurdu kəndində olub, kəndə köçən bir qrup sakinlə görüşüb

Zelenski və Makron raketlərin tədarükünü müzakirə ediblər

Prezident Ağdamın Qiyaslı kəndində tarixi məscidin binasının bərpadan sonra açılışında iştirak edib

İnternet modemlərin Azərbaycana buraxılmaması istiqamətində danışıqlar aparılır

Məktəbəqədər təhsil müəssisələrinə qəbul başlayıb

Alı Alıyev qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur

Nazirlər Kabineti iki milli parkın yaradılması ilə bağlı sərəncamın icrasını təmin etmək üçün tapşırıq verib

Bakının bəzi ərazilərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq

Türkiyədə İŞİD üzvü olmaqda şübhəli bilinən 153 nəfər saxlanılıb

Azərbaycanda unun topdansatış qiymətləri açıqlanıb

Paşinyan Dövlət Nəzarət Xidmətinin rəhbərini istefaya göndərib

Bakı şəhər prokurorluğunun 2025-ci ilin I yarımilinə həsr olunan əməliyyat müşavirəsi keçirilib

KİV: Türkiyə İsrailin zərbələrindən sonra Suriyada atəşkəsin təmin edilməsinə kömək edib

Bütün xəbərlər