{category-title}

Sahibə Qafarova Malayziya Nümayəndələr Palatasının sədri ilə görüşüb - FOTO


Milli Məclisin sədri Sahibə Qafarova İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının 17-ci konfransında iştirak etmək üçün Əlcəzair Xalq Demokratik Respublikasına işgüzar səfəri çərçivəsində Malayziya Parlamentinin Nümayəndələr Palatasının sədri Cohari Abdul ilə görüşüb.

Bu barədə Milli Məclisdən məlumat verilib.

Milli Məclisin sədri İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının 17-ci konfransında iştirakdan məmnunluğunu bildirərək, bu cür platformaların ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələlərini müzakirə etmək üçün gözəl fürsət olduğunu diqqətə çatdırıb. Bu il ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyini qeyd edəcəyimizi deyən Milli Məclisin sədri bu illər ərzində Azərbaycan və Malayziya arasında əlaqələrin dərinləşməsinin məmnunluq doğurduğunu bildirib. İslam dünyasının üzvü olan hər iki ölkənin müsəlman dövlətləri arasında qarşılıqlı dəstəyin və həmrəyliyin inkişafında, islam dəyərlərinin təbliğində mühüm rol oynadığını vurğulayan Sahibə Qafarova ölkələrimizin beynəlxalq təşkilatlarda sıx əməkdaşlığını qeyd edib. O, Malayziyanın daim Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləməsinin yüksək qiymətləndirildiyini bildirib.

Parlamentlərin iki ölkə arasında münasibətlərin inkişafındakı rolunu qeyd edən Milli Məclisin sədri bu sahədə parlamentlərarası dostluq qruplarının fəaliyyətinin əhəmiyyətini vurğulayıb.

Azərbaycan və Malayziya parlamentlərinin parlamentlərarası təşkilatlar çərçivəsində əməkdaşlığından danışan Sahibə Qafarova Azərbaycan Prezidenti İlham Əliyevin Qoşulmama Hərəkatının sədri kimi hərəkatın parlament ölçüsünün inkişaf etdirilməsi təşəbbüsünə uyğun olaraq, qurumun Parlament Şəbəkənin yaradılması, onun təsis yığıncağı, Bakıda keçirilən birinci konfransı, hazırda təşkilatın institusional inkişafı üçün görülən işlər, qarşıda duran vəzifələr haqqında geniş məlumat verib. Sahibə Qafarova Parlament Şəbəkəsinin sədri olaraq Malayziya parlament nümayəndə heyətinin QHPŞ-nin Bakı konfransında iştirakını yüksək qiymətləndirib.

Görüşdə Milli Məclisin sədri Azərbaycanın uğurlu inkişafı, ölkəmizin beynəlxalq təşəbbüsləri, 2020-ci ildə Vətən müharibəsində əldə olunan qələbə ilə torpaqlarımızın Ermənistanın işğalından azad edilməsindən sonra ölkəmizin həyata keçirdiyi genişmiqyaslı bərpa və quruculuq işləri barədə geniş məlumat verib. O, işğal dövründə Ermənistan tərəfindən şəhər və rayonlarımızın, infrastrukturun, tarixi və mədəniyyət abidələrinin tamamilə dağıdılması və talan edilməsi, Ermənistanın Laçın yolundan hərbi məqsədlər üçün istifadə etməsi, mina problemini diqqətə çatdırıb.

Milli Məclisin sədri, həmçinin yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə qarşı törədilmiş terror aktı barədə də məlumat verərək qeyd edib ki, Azərbaycan bu hücumun obyektiv və hərtərəfli araşdırılmasını tələb edir.

Azərbaycan parlament sədrini səmimiyyətlə salamlayan Malayziya Parlamentinin Nümayəndələr Palatasının sədri Cohari Abdul ölkələrimiz və parlamentlərimiz arasında əməkdaşlıqdan məmnunluğunu bildirərək, əlaqələrin daha da inkişaf etdirilməsində maraqlı olduqlarını bildirib. O, xüsusilə beynəlxalq parlament təşkilatlarında əməkdaşlıqdan danışaraq bildirib ki, Malayziya Azərbaycan parlamenti ilə münasibətlərə, həmçinin Qoşulmama Hərəkatı və onun Parlament Şəbəkəsində fəaliyyətə böyük əhəmiyyət verir.

Söhbət zamanı bu cür görüşlərin və aparılan danışıqların parlamentlərimiz arasında uğurlu əlaqələri təsdiq etdiyi qeyd olunub, əməkdaşlığın daha da genişləndirilməsi üçün qarşılıqlı səfərlərin önəmi vurğulanıb.
Sahibə Qafarova Malayziya Nümayəndələr Palatasının sədri ilə görüşüb - FOTO
Sahibə Qafarova Malayziya Nümayəndələr Palatasının sədri ilə görüşüb - FOTO



Son xəbərlər

Zelenski Rusiya-Ukrayna-ABŞ görüşünün uğurlu olacağına ümid edir

Rubio: Tramp Xamenei ilə görüşməyə hazırdır

Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq

Azərbaycanda 19 min nəfərə yeni silahlardan istifadə qaydaları öyrədilib

Müdafiə Nazirliyi: Azad olunan ərazilərdə 571 km-dən artıq yol bərpa edilib

Prezident İlham Əliyev Münxendə bolqarıstanlı həmkarı ilə görüşüb

Rəsmi Ankara: İran-ABŞ danışıqlarının Omanda keçirilməsi Türkiyəni narahat etmir

Azərbaycan-Qırğızıstan İnkişaf Fondu vəsaitlərin yerləşdirilməsi üzrə banklar arasında müsabiqə elan edib

Əli Əsədov qısamüddətli məzuniyyətə çıxıb

Emin Hüseynovun qadın paltarında "səfirlik macərası" - Nə olmuşdu? - FOTO

Rusiya Ukraynaya ballistik raket və 112 PUA ilə hücum edib

Laçında yerləşən SES-də 5 ildə istehsal edilən elektrik enerjisinin həcmi açıqlanıb

XXV Qış Olimpiya Oyunlarında növbəti yarışlar keçiriləcək

Azərbaycan Televiziyasının fəaliyyətə başlamasından 70 il ötür

Premyer Liqa: XX tura iki oyunla start veriləcək

KİV: ABŞ İrana qarşı uzunmüddətli hərbi əməliyyata hazırlaşır

Bakı aeroportundan sərnişinlərə MÜRACİƏT

Nazir direktoru işdən çıxardı

Armen Qriqoryan: Türkiyə ilə razılaşmaların icrası ilə bağlı müzakirələri davam etdiririk

İlham Əliyev Münxendə İraq Kürdüstan Regionunun başçısı ilə görüşüb

Böyük Qayıdışın möhtəşəm mənzərəsi - VİDEO

Estoniya səfiri iqamətgahını Gürcüstandan Ermənistana köçürür

Prezident İlham Əliyev Almaniyada səfərdədir

Türkiyədə sel təhlükəsinə görə bəzi məktəblərdə tətil elan edilib

Bütün xəbərlər