{category-title}

Emin Hüseynovun qadın paltarında "səfirlik macərası" - Nə olmuşdu? - FOTO
Avropada işgüzar səfərdə olan Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva bu gün özünü jurnalist kimi təqdim edən Emin Hüseynova layiqli cavabını verib.

Mehriban Əliyevanın Emin Hüseynova: "Qadın paltarı geyinib səfirlikdə gizlənən siz idiniz?" - sualının əsasını bir çoxları yəqin bilmir.

Oxu.az Emin Hüseynovun "səfirlik macərası"nın bəzi məqamlarını yada salır.

Öncə xatırladaq ki, E.Hüseynov 1979-cu ildə Bakıda doğulub. Kooperasiya, İqtisad və Bakı Dövlət universitetlərində təhsil alıb, jurnalist və aktivist kimi fəaliyyət göstərib.

2014-cü il avqustun əvvəlində vergidən yayınmaqda ittiham edilən E.Hüseynov rəhbərlik etdiyi Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstututunun (RATİ) ofisində axtarış aparılması xəbərini alandan dərhal sonra ABŞ səfirliyinə gedir və orada gizlənməyə cəhd edir. Ancaq səfirlik "amerikalı hərbçi xanımla evli olan" Hüseynovun bu istəyini rədd edir.

"Azadlıq radiosu" məsələni belə qələmə verir:

"Avqustun əvvəlində Hüseynov Bakıdakı ABŞ səfirliyində bir tədbirə gedir və səfirliyin müvəqqəti işlər vəkili Derek Hoqanla tək qalır. Səfir Riçard Morninqstar bir neçə həftə öncə Bakıdan getmişdi. Mənbələr deyirlər ki, Emin Hoqana bir kağız ötürür: "Mənə necə kömək də bilərsiniz? Həbs oluna bilərəm". Hoqan deyir ki, kömək edə bilməz".

Qeyd olunur ki, mətbuat Eminin dipmissiyada gizləndiyini yazsa da, səfirlik avqustun 12-də təkzib yayır.

"O, xarici görkəmini tam dəyişdi, saçını rənglədi, fərqli paltar geyindi. Emin hətta adamların onu tanıyıb-tanımamasını yoxlamaq üçün bu formada küçəyə də çıxdı", - başqa bir mənbə deyir.

Nəhayət, avqustun 18-də azərbaycanlı tanışı Emini İsveçrə səfirliyi yaxınlığında maşından düşürür. Emin səfirlik ətrafında mülki geyimlilərin polis olduğunu anlayır. O, ingiliscə birtəhər danışıb onları aldatmağa çalışır. Pasportunu soruşurlar, deyir ki, pasportu isveçrəlilərdədir. Emini əvvəlcə tanımırlar. Elə sorğu-sual gedərkən qapının zəngini basır. Kimsə qapını açır və onu içəri dartır.

Beləcə, gizlənmək üçün dondan-dona girən Emin Hüseynov İsveçrə səfirliyində təxminən 10 ay qalır. 2015-ci ilin 13 iyununda isə Azərbaycan hökuməti ilə aparılan danışıqlardan sonra İsveçrə Xarici İşlər Nazirliyinin yüksəkrütbəli diplomatı Didye Burkhalterin müşayiəti ilə bu ölkəyə uçur.

Azərbaycan barədə zaman-zaman qarayaxma kampaniyası aparan E.Hüseynov hazırda da İsveçrədə yaşayır. (Oxu.az)
Emin Hüseynovun qadın paltarında "səfirlik macərası" - Nə olmuşdu? - FOTO

Son xəbərlər

Martda ABŞ bazasını bombalayandan sonra itkin düşən üç iranlı pilotu Qətər əsir götürübmüş

İlham Zəkiyev Avropa çempionatında finala vəsiqə qazanıb

İndoneziyada ölənlərin sayı 38-ə çatdı - YENİLƏNİB

Sabah Bakıda külək, bölgələrdə şimşək və leysan olacaq - PROQNOZ

İmişlidə iki avtomobil toqquşub, ölən və xəsarət alan var

Azərbaycan XİN Lixtenşteynin Milli Gününü təbrik edib

FHN küləkli havada çimərliklərə gedən vətəndaşlara xəbərdarlıq edib

Li Çje Myon sabit Koreya yarımadasının yaradılmasına çağırıb

“28 May” və “Nizami” stansiyaları arasında qatarların hərəkəti dayandırıldı

Azərbaycan manatının dövriyyəyə buraxılmasından 34 il keçir

“Reuters”: Türkiyə Ukraynanın Qara dənizdəki zərbələrindən sonra Rusiyadan neft alışını azaldır

ƏƏSMN çağırışçıların yekun tibbi müayinəyə cəlb edilməsi məsələsinə aydınlıq gətirib

Sabah güclü külək əsəcək - XƏBƏRDARLIQ

SEPAH: ABŞ-nin "MQ-9" dronu vurulub

Baş Qərargah: Ukrayna Rusiyanın iki retranslyatorunu və beş PUA idarəetmə məntəqəsini məhv edib

Fransada yanğın törətməkdə şübhəli bilinərək həbs edilənlərin sayı 474 nəfərə çatıb

Sabah 37 dərəcə isti olacaq

Kamran Əliyev: Çin beynəlxalq platformalarda Azərbaycanın haqlı mövqeyini dəstəkləyib

Bakı, Sumqayıt, Abşeron və Naxçıvan üzrə pensiyalar ödənilib

9 illik bazadan kolleclərə qəbulun nəticələri elan olunub

Yaponiya XİN başçısı Səudiyyə Ərəbistanı və Omana səfər edəcək

Bəzi yerlərdə leysan yağış yağır, şimşək çaxır - FAKTİKİ HAVA

Gəncədə avtomobil piyadanı vuraraq öldürüb

Almaniyada meşə yanğını səbəbindən 1,8 minə yaxın sakin təxliyə edilir

Bütün xəbərlər