{category-title}

Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasında ikiüzlü Fransaya yer yoxdur - TƏHLİL


Fransa noyabrın 30-da Milli Assambleyada Azərbaycan əleyhinə qətnamə qəbul etməklə bir daha həqiqi üzünü göstərdi, eyni zamanda, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesində özünü söz hüququndan məhrum etdi.

“Report” xəbər verir ki, erməni lobbisinin təzyiqi altında əvvəlcə noyabrın 15-də Fransa Senatı, dünən isə Milli Assambleya Azərbaycan əleyhinə birtərəfli qətnamə qəbul edib.

Azərbaycanın Xarici İşlər Nazirliyi bu qətnaməni qətiyyətlə rədd edən bəyanat verib və bu addımı Fransanın Azərbaycana qarşı növbəti təxribatı kimi qiymətləndirib:

“Bu qətnamə Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması prosesinə, habelə bölgədə sülh və əmin-amanlığın bərqərar olması səylərinə xələl gətirilməsi məqsədi daşıyır. Beynəlxalq hüququn norma və prinsiplərinə zidd olan bu qətnamə bir daha Fransanın qərəzli siyasi mövqeyini, beləliklə, bitərəf və ədalətli vasitəçi rolunda çıxış etmək iqtidarında olmadığını bariz şəkildə nümayiş etdirir”.

Fransa Xarici İşlər Nazirliyinin nümayəndəsi jurnalistlərə açıqlamasında Fransa parlamentinin palatalarında Azərbaycana qarşı sanksiyaların tətbiqinə çağıran qətnamələrin qəbulunun rəsmi Parisin mövqeyini əks etdirmədiyini bildirsə də, Prezident Emmanuel Makronun Azərbaycan əleyhinə çoxsaylı çıxışları bunun əksini sübut edir.

Fransanın başı anti-Azərbaycan təbliğatına o qədər qarışıb ki, hətta Frankofoniya Humanitar Sammiti vasitəsilə də bizə hücum etməyə çalışır. Ermənistana, təbii ki, bu münasibət sərf edir. Onlar tarix boyu kiminsə arxasında gizlənməyə o qədər öyrəşiblər ki, hətta bu yaxınlarda Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan Prezidenti İlham Əliyev ilə Brüsseldə görüşə yalnız orada Fransa Prezidenti Emmanuel Makronun iştirak edəcəyi təqdirdə razılıq verə biləcəyini bildirib. Nəticədə, gözlənildiyi kimi, həmin görüş ləğv edilib.

Vəziyyəti mürəkkəbləşdirən daha bir məqam Milli Assambleyada qətnamənin yekdilliklə qəbul edilməsi, heç kimin onun əleyhinə səs verməməsidir. Noyabrın 15-də isə 296 senatordan yalnız biri - Natali Qule bu sənədin qəbuluna qarşı çıxmışdı. O, həmçinin Fransada erməni lobbisinin güclü təsirinin olduğunu bəyan edib və parlamentin bu cür xoşagəlməz mövqeyini bununla əlaqələndirib.

Bir ölkənin tərəfini açıq-aşkar tutan, eyni zamanda, onların arasında münasibətlərin normallaşmasına “töhfəsini vermək istəyən” dövlət obyektivlik iddiasında ola bilərmi? Otuz il ərzində özünü Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həllinin tərəfdarı kimi təqdim edən, hətta ATƏT-in “gorbagor olmuş” Minsk qrupuna həmsədrlik edən bu dövlət öz səylərində səmimi ola bilərdimi?

Cavab bəllidir. Fransa öz hərəkətləri ilə nəinki Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşmasına, Cənubi Qafqazda sülhün bərqərar olmasına heç bir şəkildə töhfə verə bilmədiyini nümayiş etdirdi, həm də ümumilikdə Azərbaycan ilə bu illər ərzində qurulmuş münasibətləri sarsıtdı.

Fransada böyük erməni diasporunun olduğunu hamımız bilirik, lakin Azərbaycan hələ də fransız parlamentarilərin sağlam düşüncəsinə ümid edirdi. Mövqeyini qətiyyən gizlətməyən və bitərəf olmağa çalışmayan, tərəflərdən birinin müdafiəsinə qalxan dövlətə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasında yer yoxdur.

Son xəbərlər

Prezident Mərakeş Kralını təbrik etdi

Azərbaycan neftinin qiyməti 7 dollara yaxın artıb

Hindistanda daşqınlar səbəbindən ölənlərin sayı 78-ə çatıb

CHP-li bələdiyyə sədri saxlanıldı

Avropa Liqası: "Qarabağ" "ÇSKA Sofiya" ilə cavab oyununa çıxır

Bakının bəzi ərazilərində işıq kəsiləcək

Magistratura imtahanının nəticələri elan olunub

Türkiyədə meşə yanğınlarına 5 təyyarə, 18 helikopter cəlb olunub, 202 nəfər təxliyə edilib

Makron hökumətinin dərin böhranı - siyasi iflas, iqtisadi kəsir və xarici siyasətdə uğursuzluq - ŞƏRH

İlham Əliyev Dünya Güləş Birliyinin prezidentini qəbul edib

Türkiyə-İraq münasibəti: dinc yanaşı yaşamağın, inkişafın göstəricisi - ŞƏRH

Bu ilin ilk 6 ayında Azərbaycandakı muzeylərə 3893 yeni eksponat daxil olub

Fransaya casusluqda ittiham olunan Martin Ryan barəsində hökm dəyişməyib

Sabah Azərbaycanda 39 dərəcə isti olacaq

Ukrayna Permdə neft emalı zavodunda yanğın olduğunu bəyan edib

Kamran Əliyev Laçında vətəndaşları qəbul edəcək

Azərbaycan-Pakistan əməkdaşlığı çərçivəsində ədliyyə sahəsi üzrə təlim keçirilib

Magistraturaya qəbulun nəticələri sabaha qədər elan oluna bilər

Azərbaycan nefti 4 dollardan çox ucuzlaşıb

Yasamal və Nərimanov rayonlarının bir hissəsində işıq olmayacaq

Salyanda 60 yaşlı kişi keçmiş kürəkənini tüfənglə qətlə yetirməkdə şübhəli bilinir

Dövlət Mülki Aviasiya Agentliyi auditor seçib

Azərbaycanın Tacikistandakı səfiri geri çağırılıb, yenisi təyin olunub

Azərbaycanın Hindistandakı səfiri geri çağırılıb, İtaliyaya təyin edilib

Bütün xəbərlər